Rusiyanın üzləşdiyi bütün çətinliklərə baxmayaraq, daxili inkişafa nail olunacağını deyən Prezident Putin bildirib ki, "Rusiya yalnız güclü ola bilər; əks halda Rusiya olmayacaq".
Putin, Rusiyanın hücumlar da daxil olmaqla, üzləşdiyi bütün çətinliklərin öhdəsindən gələcəyini və dövlətin bütün sosial öhdəliklərini yerinə yetirəcəyini və strateji inkişaf proqramlarını tam şəkildə həyata keçirəcəyini iddia edib. Putin çıxışını "Rusiya yalnız güclü ola bilər. Güclü deyilsə, Rusiya da olmayacaq" sözləri ilə yekunlaşdırdı.
Tahir TAĞIYEV