Bazar ertəsi günü, 29 iyun 2026
     

İllərin sanksiyalarına dözən İran çörək sınağında: inflyasiya 58 faizİ keçir...

Image


İran xalqı illərdir davam edən ağır iqtisadi sanksiyalara baxmayaraq, süfrəsinə çörək qoya bilirdi. Amma bu, indiyə qədər belə idi. ABŞ və İsraillə müharibənin alovlandırdığı kəskin bahalaşma və tədarük qıtlığı İranın infrastruktur və sənayesini çökdürüb. Bu isə ölkədə qarşısıalınmaz inflyasiyaya və işsizliyə yol açıb.

Çörək tarixən dövlət subsidiyaları sayəsində ucuz saxlanılan azsaylı əsas ərzaqlardan biri olub. Dövlət çörək sexlərinə unu aşağı qiymətlərlə verirdi. Amma paytaxt Tehran kimi şəhərlərdə çörəyin qiyməti ötən illə müqayisədə iki dəfə bahalaşıb. Bu da bir çox insanın gündəlik çörəkpulunu tapmasını belə çətinləşdirib. Paytaxt sakinlərindən biri "Radio Fərda"ya bildirib: "Vəziyyət çox bərbaddır. Amma biz yenə də bir çox insandan yaxşı durumdayıq". Hökumətin təzyiqlərindən qorxaraq adının gizli qalmasını istəyən qadın İrandakı yaşayış böhranını belə təsvir edib: "Artıq ət almıram, restoranlarda, demək olar ki, yemək yemirəm və aylardır özümə heç nə almamışam". Tehran və Vaşinqton təxminən dörd aydır davam edən müharibəyə son qoymaq məqsədilə müvəqqəti saziş imzalayıb. Hazırda tərəflər tam sülh müqaviləsi bağlamaq üçün 60 günlük danışıqlar mərhələsindədirlər. Amma diplomatların sazişin bəndlərini müzakirə etdiyi bir vaxtda milyonlarla iranlı hələ də iqtisadi çətinliklərlə boğuşur. Hətta bəzi insanlar gündə cəmi bir dəfə yemək yeməli olur. Çörəyin qiymətini dövlət özü təyin edir. Tehran rəsmiləri çörəyin ucuz saxlanılması ilə bağlı subsidiya vədini pozaraq iyunun 23-də qiymətlərin kəskin artırılmasına razılıq veriblər. Qeyri-rəsmi qiymət artımları digər əyalətlərə də yayılıb, orada da xərclər iki dəfə artıb. Mağazalarda və çörək sexlərində adətən ən ucuz çörək növü olan lavaşın qiyməti 14 min rialdan (0.01 ABŞ dolları) 27 min riala (0.02 dollar) yüksəlib.

Bahalaşma təkcə çörəklə məhdudlaşmır. İran Statistika Mərkəzinin məlumatına görə, təxminən 90 milyon əhalisi olan ölkədə may ayında ərzaq qiymətləri təxminən 130 faiz sıçrayıb. Bu, ümumi inflyasiyanın ardıcıl olaraq üçüncü ay artması deməkdir və hazırda inflyasiya 58 faizə yaxındır. Beynəlxalq Valyuta Fondu (BVF) İranın ümumi inflyasiyasının 2026-cı ildə 69 faizə çatacağını proqnozlaşdırır. Bu, 1979-cu il İslam İnqilabından bəri ən yüksək göstərici olacaq. İran iqtisadiyyatı illərdir ABŞ-nin ağır sanksiyaları və dövlətin səmərəsiz idarəçiliyi ucbatından iflic vəziyyətində idi. Yanvarda milli valyutanın kəskin dəyər itirməsi kütləvi hökumət əleyhinə etirazlara səbəb olmuşdu. Cəmi bir neçə həftə sonra ABŞ və İsrailin hava hücumları ölkənin əsas enerji və nəqliyyat sistemini sıradan çıxardı və ya ciddi zədələdi. Əsas sənaye sahələrinin də hədəfə alınması yerli istehsalı pozdu və təməl ərzaq məhsullarının qiymətini kəskin artırdı. ABŞ-ın dəniz blokadası ölkə iqtisadiyyatının can damarı olan neft ixracını dayandırdı. Eyni zamanda, İranın interneti aylarla tamamilə söndürmək qərarı bir çox biznes sahəsinə və sahibkarlara ciddi zərbə vurdu. Minimum aylıq əməkhaqqının təxminən 100 dollar olduğu İranda bu gərginlik hər bir ailədə hiss olunur. "Donya-e Eqtesad" qəzetinin hesablamalarına görə, orta hesabla dörd nəfərlik ailə gəlirinin təxminən 70 faizini təkcə əsas ərzaq məhsullarına xərcləyir. Çörəkçi Hüseyn isə çörəyin qiymətinin artmasını arenda haqqı və kommunal xərclərin yüksəlməsi ilə əlaqələndirib. O, "Radio Fərda"nın Instagram səhifəsindəki şərhində yazıb: "Siz hadisəyə yalnız bir tərəfdən baxırsınız. Hər şey yüz qat bahalaşıb". Tehranda çalışan iqtisadçı Cavad Rəhimpur "Radio Farda"ya bildirib ki, İran iqtisadiyyatı ciddi struktur çatışmazlıqlarından əziyyət çəkir: "Heç bir sahədə xərclərin idarə olunmasını və ya cilovlanmasını təmin edəcək mexanizm yoxdur". Onun sözlərinə görə, bütün səviyyələrdə biznes strukturları artan xərcləri sadəcə qəbul edərək istehlakçıların üzərinə yükləyir. O, bu vəziyyəti "yanlış idarəçiliyin zəncirvarı ötürülməsi" adlandırır. Rəhimpur ABŞ ilə imzalanacaq hərtərəfli sülh sazişinin müvəqqəti rahatlıq gətirə biləcəyini söyləsə də, xəbərdarlıq edib ki, hər hansı bir razılaşmadan asılı olmayaraq, İranın ticarət və iqtisadi sistemi genişmiqyaslı yenidənqurmaya ehtiyac duyur.

Samirə SƏFƏROVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Əmək pensiyası yaşına görə qonşular bizi bir neçə il qabaqlayır...

Ermənistan hakimiyyətinə qarşı 102-ci Rusiya bazası hərəkətə gətirilir - İrəvan panikada...

Trampa partiyadaşlarından ağır zərbə - İranla müharibəyə girməyi qadağan etdilər...

SON XƏBƏRLƏR

29.06.2026 / 14:43
Zelenski Rusiyaya qarşı 40 günlük "təsir əməliyyatına" başladı...

29.06.2026 / 14:26
Putin Lukaşenkonu Ukrayna ilə müharibəyə təhrik edir...

29.06.2026 / 14:10
Ermənistan Rusiyaya qarşı "NATO-nun hücum qoçu"na çevrilir...

29.06.2026 / 14:02
Ərdoğan Trampın qəribə açıqlamasını cavabsız buraxdı - niyə?

29.06.2026 / 13:45
İllərin sanksiyalarına dözən İran çörək sınağında: inflyasiya 58 faizİ keçir...

29.06.2026 / 13:41
Belarus Rusiya-Ukrayna savaşına qoşulur…

29.06.2026 / 13:35
Türkiyə İsrailin "erməni soyqırımı" iddiasını "öz cinayətlərini ört-basdır cəhdi" adlandırdı...

29.06.2026 / 11:57
Rusiyada çevriliş cəhdi... Putinə meydan oxuyan əsgər saxlandı – “ordu silahını Kremlə doğru çevirəcək”...

29.06.2026 / 11:35
Saatlıda narkotik əməliyyatı - saxlanılalar var

29.06.2026 / 11:19
Baş prokuror Xətai rayonunda vətəndaşları qəbul edəcək

29.06.2026 / 11:16
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı keçirilir

29.06.2026 / 11:12
Buğdanın tədarük qiyməti ilə bağlı hökümətdən QƏRAR

29.06.2026 / 10:57
İran Körfəz öıkələrinə yeni təhlükəsizlik sxemi təklif edəcək...

29.06.2026 / 10:56
“Sosial şəbəkələrdəki dərəbəylik cinayətkar və psixoz uşaqların sayını artırır”

29.06.2026 / 10:55
Prezident: "TDT-nin müasir mərhələdə gerçəkləşdirdiyi layihələrin bünövrəsində Birinci Türkoloji Qurultayın vaxtilə irəli sürdüyü mütərəqqi fikirlər dayanır"

29.06.2026 / 10:51
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsinə dair irəli sürdüyüm təşəbbüsün reallaşması məmnunluq doğurur" - Prezident

29.06.2026 / 10:48
Prezident İlham Əliyev Türk Dünyası Həftəsinin iştirakçılarına müraciət ünvanladı

29.06.2026 / 10:37
Leyla Əliyeva və Alona Əliyeva Xeyirxahlıq Festivalında iştirak ediblər - FOTO

29.06.2026 / 10:20
Zelenski "Avropa ordeni" təsis etdi - bu adda orden Avropanın özündə də yoxdur…

29.06.2026 / 10:11
XİN İsraili “erməni soyqırımı” qərarını yenidən nəzərdən keçirməyə çağırdı

29.06.2026 / 10:05
Azərbaycanda “Türk Dünyası Həftəsi” keçirilir

29.06.2026 / 09:20
ABŞ - İran danışıqları sabah Qətərdə yenidən başlanacaq

28.06.2026 / 23:16
Avropada istilərdən ölənlərin sayı 1300-ü keçdi – ÜST-dən "səssiz qatil" xəbərdarlığı...

28.06.2026 / 22:59
Ukrayna Rusiyanın neft sənayesini çökdürdü - Putin rəsmən etiraf etdi...

28.06.2026 / 22:47
Fransada temperatur tarixi rekord həddində - Ölüm statistikası dəhşət saçır…

28.06.2026 / 22:11
Kaja Kallas üçün yolun sonu göründü…

28.06.2026 / 21:44
Putinin qızının rəhbərlik etdiyi Fondun yaxınlığında zenit-raket kompleksi qurulur - İlginc…

28.06.2026 / 20:32
Zelenski Azərbaycan diasporunun rəhbərini təltif edib

28.06.2026 / 14:26
“Rusiya ilə əlaqələrin kəsilməsi ermənilər üçün ağır nəticələrə səbəb olacaq” - Medvedev

28.06.2026 / 14:01
Rusiyada yanacaq böhranı dərinləşir - Hindistan və Qazaxıstandan benzin idxalı başlayır...

28.06.2026 / 13:47
Kılıçdaroğlu özünü Atatürklə müqayisə etdi, cavab sərt oldu – “Ona millət xain demədi, amma sənə..."

28.06.2026 / 13:30
Azərbaycanda məhkəmə hakimlərinin sayı açıqlanıb

28.06.2026 / 12:53
Serbiyanı şoka salan qərar... Vuçiç rəsmən elan etdi – istefa verirəm...

28.06.2026 / 12:31
UFC döyüşçüsü Rafael Fiziyev bir gündə 100 min dollar qazandı

28.06.2026 / 12:07
Polis motosikleti təhlükəli idarə edən sürücünü saxladı

28.06.2026 / 11:42
Rusiya Azərbaycan üzərindən Ermənistana 770 ton buğda göndərdi

28.06.2026 / 10:55
Tramp "Ankoric sazişlərini" ləğv edə bilər…

28.06.2026 / 10:46
Türkiyəyə 700 milyon dollarlıq təyyarə mühərrikləri satışı erməni lobbisinin yuxusunu qaçırdı - ANCA hərəkətə keçdi

28.06.2026 / 09:58
İstilər səbəbindən Parisdə 100-dən çox ölüm faktı qeydə alınıb

28.06.2026 / 09:11
Reuters: “İranın regional hücumları davam edir”

28.06.2026 / 09:06
Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin doğum günüdür

28.06.2026 / 08:36
Kılıçdaroğlu Özəli fraksiya sədrliyindən də uzaqlaşdırır - Bacaracaqmı?..

28.06.2026 / 08:06
Hizbullah İsrail-Livan sazişinə etiraz etdi - “…rüsvayçılıqdır”…

28.06.2026 / 07:32
ABŞ yenə İranı vurdu, İran Küveyt və Bəhreynlə qarşılıq verdi - savaş yenidən başlayır?..

28.06.2026 / 07:18
Avrokomissiyanın qərargahında kondisioner söndürüldü - anomal istilər səbəbindən…

27.06.2026 / 21:08
Pentaqonda əsrin ən böyük qalmaqalı - Rusiya, Çin kəşfiyyatlarının izində olduğu Ağ Evdəki iki gizli casus ifşa edildi...

27.06.2026 / 20:35
Üzərində Trampın portreti olan yeni ABŞ pasportu təqdim edildi - Amerika tarixində bir ilk...

27.06.2026 / 19:48
Fransa Afrikada daha bir zərbə aldı - Burkina Faso Parislə diplomatik əlaqələri kəsdi...

27.06.2026 / 19:10
Azərbaycan və Türkiyə XİN rəhbərləri ikitərəfli əməkdaşlığı müzakirə ediblər

27.06.2026 / 17:51
Milyarder ABŞ səfirinin 450 milyonluq superyaxtası Venesiyanı ayağa qaldırdı – onun əyləncəsini məhv edəcəyik...

27.06.2026 / 17:29
Azərbaycan milli komandası aktivinə bir qızıl və bir bürünc medal yazdırıb

27.06.2026 / 17:14
İsrail və Livan Vaşinqtonda tarixi saziş imzaladı – “Hizbullah” silahı yerə qoymaqdan imtina etdi...

27.06.2026 / 16:39
Ukraynadan Putini özündən çıxaracaq addım - Volqoqradda hərbi zavod vuruldu...

27.06.2026 / 16:10
Azərbaycan, Gürcüstan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi yekunlaşdı

27.06.2026 / 15:59
Silahlı Qüvvələri Gününə həsr olunmuş tədbir keçirib...

27.06.2026 / 15:46
Netanyahu qondarma " erməni soyqırımını" tanısa, ağır cavab zərbəsi alacaq...

27.06.2026 / 15:28
“Uğurlu gələcək” adlı sərgi təşkil olundu

27.06.2026 / 15:15
"Soyqırım və deportasiya qurbanlarına dəstək" adlı layihənin icrası davam edir

27.06.2026 / 11:49
Tramp NATO Zirvəsi ərəfəsində Avropa ölkələrini 100 faiz tariflə hədələdi...

27.06.2026 / 11:30
DİN son sutka ərzində keçirilən əməliyyatların nəticələrini açıqladı

27.06.2026 / 11:23
Leyla Əliyeva və Arzu Əliyeva “CandyFest” yay festivalını ziyarət edib - FOTO

27.06.2026 / 11:17
Leyla Əliyeva və Arzu Əliyeva Bakı Bulvarında mövsümi güllərin əkilməsi aksiyasında iştirak ediblər - FOTO

27.06.2026 / 11:11
Leyla Əliyeva və Arzu Əliyeva Dənizkənarı Milli Parkda açılış və təqdimat mərasimlərində iştirak ediblər - FOTO

27.06.2026 / 10:36
Rusiya Ermənistandan balıq idxalını tam dayandırdı – “Ermənistan iqtisadiyyatı çökə bilər” xəbərdarlığı...

27.06.2026 / 10:15
Yol Polisindən piyada və sürücülərə müraciət - görünüş məsafəsi məhdudlaşır...

27.06.2026 / 09:50
Venesuelada son 126 ilin ən DƏHŞƏTLİ ZƏLZƏLƏSİ - ölənlərin sayı minə çatır, ən azı 50 min nəfərdən xəbər yoxdur...

27.06.2026 / 09:32
Yaxın Şərqdə müharibə yenidən başladı – ABŞ İranı, İran Körfəz ölkələrini bombaladı...

26.06.2026 / 23:56
Belarusu da Ukrayna ilə müharibəyə sürükləyirlər - Lukaşenko Zelenskiyə mesaj göndərdi...

26.06.2026 / 23:41
İran Körfəz ölkələrinə sərt xəbərdarlıq - qumar oynamayın...

26.06.2026 / 23:10
Silahlı Qüvvələr Gününə həsr olunmuş "Vətənə Sadiqlik" adlı sərgi təşkil olundu

26.06.2026 / 21:10
Silahlı Qüvvələr Günündə iki qızıl medal

26.06.2026 / 20:44
Hörmüzdə gərginlik yenidən artdı - İran yük gəmisini vurdu, ABŞ ordusu hərkətə keçdi..

26.06.2026 / 19:10
Əlincə qalasının 14 illik (1387–1401-ci illər) qəhrəman müdafiəsinin əsil səbəbləri nədir?

26.06.2026 / 18:49
Aşura qazanı və Kərbəlanın kölgəsi

26.06.2026 / 17:20
Kılıçdaroğlunun “nəhəng karvanlı” İstanbul səfəri alınmadı…

26.06.2026 / 16:44
Nazirliyin hərbi qulluqçularına ali hərbi rütbələr təqdim edildi - FOTO

26.06.2026 / 16:25
Tramp Suriyanı Hizbullahla müharibəyə təhrik edir - Şəraa narazı, Netanyahu narahat...

26.06.2026 / 16:10
ABŞ-İran müharibəsi OPEC-i dağıdır – BƏƏ-nin ardından İraq da gedir...

26.06.2026 / 16:08
Müdafiə Nazirliyinin rəhbər heyəti Fəxri Xiyaban, Zəfər parkı və Hərbi Memorial Məzarlığı ziyarət etdi - FOTO

26.06.2026 / 15:46
Xeyrəddin Qocadan deputata sərt reaksiya - “A kişilər, yaltaqlığın başqa yollarını axtarın!..”

26.06.2026 / 15:30
18 yaşında ölümə meydan oxudu - Şəhriyar Mirişli

Dövlət qulluğu statusu-dövlətçilikdə Azərbaycan brendi...

XƏBƏR ARXİVİ