çərşənbə axşamı günü, 22 sentyabr 2026
     

Pivə istehsalçıları ilə görüşdən əlavə həm də mübarizə aparmaq lazımdır...

Image


Eyyub Hüseynov:“Müxtəlif müstəvilərdə ciddi mübarizə aparılmalıdır ki, o cür saxta sənədlərlə pivə satışına son qoyulsun”

Dövlət Vergi Xidməti pivə istehsalçılarını topladı: bazarda gizli dövriyyə halları aşkarlanıb. İyunun 24-də İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində (DVX) pivə istehsalı sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri ilə görüş keçirilib.

Görüşdə qeyd olunan bazarda şəffaflığın təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər və aparılmış təhlillərin nəticələri barədə ətraflı məlumat verilib.

Bildirilib ki, təhlillər və nəzarət tədbirləri zamanı bir sıra hallarda istehsal üçün tələb olunan xammalın qanunvericiliyin tələblərinə uyğun sənədləşdirilmədən dövriyyəyə daxil edilməsi, eləcə də uçotdan gizlədilməsi faktları aşkarlanıb. Belə halların istehsal həcmlərinin düzgün bəyan edilməməsinə və vergi risklərinin yaranmasına səbəb olduğu vurğulanıb. Qanunvericiliyin tələblərini pozan şəxslər barəsində tədbirlər görüldüyü xüsusi qeyd olunmaqla yanaşı, vergi nəzarətinin daha da genişləndiriləcəyi bildirilib.

Görüş zamanı bu sahədə həyata keçirilmiş son nəzarət tədbirlərinin nəticələri müzakirə olunub, qanunvericiliyin tələbləri bir daha iştirakçıların diqqətinə çatdırılıb.

Bildirilib ki, həm istehsalçılar, həm də məhsulların topdan və pərakəndə satışı ilə məşğul olan təsərrüfat subyektləri tərəfindən aksizli mal hesab edilən pivənin satışının qanunvericiliyin tələblərinə uyğun rəsmiləşdirilməməsi, əməliyyatların müvafiq informasiya sistemində qeydiyyata alınmaması, eləcə də aksiz markası ilə markalanmamış məhsulların dövriyyəyə buraxılması hallarına vergi nəzarəti tədbirləri zamanı xüsusi diqqət yetirilir. Bu kimi halların qarşısının alınması məqsədilə qanunvericilik çərçivəsində sərt tədbirlər görüləcək.

Pivə sahəsində qanunsuzluqlarla mübarizə çərçivəsində bu görüşlərin keçirilməsi kifayətdirmi?

Yəni əgər doğrudan da pivənin istehsalı, dövriyyəsi, satışı sahəsində qansuzluq varsa, satışa aksiz markasız mal çıxırsa, standartlara əməl olunmursa görüş keçirib şirkətlərə tövsiyyə verməklə bu sahədə mübarizə aparmaq olmaz. Bu hallar varsa bu qanunsuz faktları ortaya qoyulmalı və cinayət işi açılmalı idi. Yəni təkcə belə görüşlərlə pivə istehsalı sahəsində qansuzluqların aradan qaldırılmasına nail olmağa nə dərəcədə güvənmək olar?

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov baki-xeber.com-a bildirdi ki, bazarlarda olan əsas problem təkcə qiymət, aksiz məsələsi deyil. “Saxta, standartlara uyğun olmayan pivəni standartlara uyğun olan pivə adı altında satırlar. Bu belə baş verir. Misal üçün ölkədə çoxlarının rəğbətini qazanmış “X” pivə istehsalı var. Hansısa bir iş adamı gedir “X” pivə istehsalçısından müəyyən qədər pivə alır, onun sənədlərini götürüb standartlara uyğun olmayan saxta pivə istehsalçısının yanına gedir, ondan da tutalım, 200 litr pivə götürür və onun da sənədlərini alır. Hazırda demək olar ki, sənədsiz pivə istehsalı mümkün deyil. Hamısı Qida Təhlükəsizliyi Agentliyin nəzarəti altındadır. “X” pivə istehsalçısı əhalinin rəğbətini qazanmış, neçə illərdir bazara girmiş bir pivə istehsalçısıdır. Həm ondan, həm də saxta pivə istehsalçısından pivəni alan adamın əlində iki sənəd olur. Yəni bu iki pivəni götürən adam müəyyən restorana, pivə satış nöqtələrinə, rayonlara və s. gedir və deyir ki, pivəm var. Qiyməti razılaşır. Deyirlər ki, haranın pivəsidir? O, da deyir “X” müəssisəsinin pivəsidir. Müştəriyə “X” müsəssəsinin sənədlərini göstərir və pivəni satır. Yəni saxta pivə istehsalçısının sənədələrini gizlədir saxta olmayan pivənin istehsalçının sənədlərini göstərir. Ondan sonra başqa bir yerə gedir. Bir sözlə, “X” pivə müəssisəsinin sənədləri ilə saxta pivəni müxtəlif yerlərə satır.

Burada söhbət təkcə dövlətin izləmə mexanizminin pozulmasından getmir, həm də istehlakçı hüquqları ciddi şəkildə pozulur. Çox təəssüf olsun ki, bu yığıncaqda istehlakçı hüquqları məsələsinə heç toxunulmayıb. Halbuki son nəticədə bütün hallarda əzab çəkən, aldadılan istehlakçılardır. Ölkədə istehlakçı siyasəti pis vəziyyətdə olduğundan və Azad İstehlakçılar Birliyinin pis işləməsinə görə bu məsələlər həmişə arxa planda qalır. Bu sahədə ciddi dönüş yaradılmalıdır. İllər boyu əhalinin rəğbətini qazanmış “NZS” pivəsi və yaxud “Azəri” pivəsi adı altında Salyanda, Xaçmazda pivə istehsalı var idi. Açıq-açıq ona yazırdılar ki, “NZS” pivəsidir. Hazırda bu açıq şəkildə bu işi görmək yığışdırılıbdır. Yəqin ki, bu Qida Təhlükəsizliyi Agentliyi və dövlət orqanlarının təsiri altında baş verib”.

E.Hüseynov vurğuladı ki, istehlakçıların aldadılması əsasən “NZS” pivəsi adı altında baş verir. “ Xüsusən bu regionlarda baş verir. Pivənin süzəndə iki krant qoyurlar. Bəzən birindən pivə süzürlər, o birisinə isə su əlavə edirlər və yaxud su əlavə edilmiş şəkildə satırlar, yəni bir, bir krantla. Pivə qeyri-adi bir məhsuldur ki, əgər 1 ton təzə pivənin 10 litr köhnə pivə qarışdırasan, o pivə hamısı qıcqırıb məhv ola bilər. Ona görə də su qarışdırma çox geniş yayılıb. Düşünürəm ki, istehlakçı hüquqları nöqteyi-nəzərindən hökumət bu işlərə yanaşsa və istehlakçıların dəstəyinə nail olsa, çox şey əldə edə bilər. Yəni burada ictimai nəzarətin də olması vacibdir. Çox təəssüf ki, bu yoxdur və vəziyyət belədir”. E.Hüseynov hesab edir ki, saxta pivə istehsalçılarına qarşı standartlara uyğun pivə istehsal edən müəssisələr də mübarizə aparmalıdır. “Çox təəssüflər olsun ki, “NZS” müəsissəsi və digər standartlara uyğun pivə istehsal edən müəssisələr öz bazarlarını qorumaq üçün çox ciddi işlər aparmırlar. Gərək onlar öz bazalarını qorumaq üçün o saxtakarları ifşa etsinlər. Media ilə ciddi iş aparsınlar ki, o saxtakarlar bir də bu cür saxtakarlığa əl atmasınlar. Müxtəlif müstəvilərdə ciddi mübarizə aparılmalıdır ki, o cür saxta sənədlərlə pivə satışına son qoyulsun”-deyə E.Hüseynov bildirdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistanda keçmiş "Arsax"la bağlı qondarma dövlət qurumları qadağan edildi...

Qərbdə Azərbaycana qarşı media kampaniyaları hər gün güclənir - səbəb...

Ərəblərdən sonra Albaniya Aqvan adlandı, ancaq heç vaxt Hayastan olmadı...

SON XƏBƏRLƏR

21.09.2026 / 23:08
ABŞ-dan bütün dünyaya İran təhdidi - dollar sistemindən çıxarılacaqsınız…

21.09.2026 / 22:45
Tramp ABŞ ordusuna husilərə hücum əmr verdi, qısa müddət sonra qərarını ləğv etdi...

21.09.2026 / 22:19
Avroittifaq Rusiyaya qarşı sanksiyaları uzadır - milyarderlər siyahıdan çıxarılır…

21.09.2026 / 21:56
Tramp Rusiyanın neft sənayesi üzərində nəzarəti itirdiyini dedi – zavodların çoxu vuulub…

21.09.2026 / 21:40
Paşinyan Rusiyanı Ermənistanda ancaq metro tikintisinə buraxır...

21.09.2026 / 21:22
"Karusel səsverməsi" Putinin də, Dumanın da dadına yetişdi...

21.09.2026 / 21:07
Azərbaycan 2023 - Antiterroru keçirməsəydi... Olacaq hansı dəhşətlərdən yan keçdik...

21.09.2026 / 20:42
Paşinyan Putinə - “qonşu ilə münaqişədə olan Ermənistanla sülh içindəki Ermənistanın fərqini bilin”...

21.09.2026 / 20:20
Ötən il 1,2 faiz böyüdük - bu il 3,5 faiz arta bilərik?... Müzakirə...

21.09.2026 / 20:03
Azərbaycan güclü alternativ tapacaq - Cənub Qaz Dəhlizinə görə Avropaya mesaj...

21.09.2026 / 19:44
Özbəkistan Naxçıvan vasitəsilə Türkiyə limanlarına çıxışı nəzərdən keçirir

21.09.2026 / 19:27
Nazir Vilayət Eyvazov sıra baxışı keçirdi - FOTO/VİDEO

21.09.2026 / 19:10
Hörmüz boğazında daha bir tanker vuruldu – yaralılar var…

21.09.2026 / 18:29
İrana hücum Trampın neçənci “qələbəsi” sayıldı...

21.09.2026 / 18:15
Husilər Pakistanın, Səudiyyə və Türkiyənin hərbi "Məkkə ittifaqını" dağıda bilər...

21.09.2026 / 18:10
Nazirlər Kabineti dövlət məktəblərində geyim formaları qaydalarına dəyişikliyi təsdiqlədi

21.09.2026 / 18:00
Çin Orta Asiya üzərindən İrana dəmiryolu açdı - Pekin ABŞ-a şok yaşatdı...

21.09.2026 / 17:53
Rusiya ilə Ermənistanın əmlak savaşı hər ikisini siyasi uçuruma aparır...

21.09.2026 / 17:36
"Bakı Biznes Mərkəzi" Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

21.09.2026 / 17:30
Qarabağdakı əməliyyatlarla bağlı dünyanın susduğu daha bir məqam...

21.09.2026 / 17:20
Qafqaz Albaniyasının yazılı irsi: Alban əlifbasının genezisi, məhv edilməsi və tarixi saxtalaşdırma cəhdləri

21.09.2026 / 17:05
Albanlar erməni idilərsə, niyə özlərinə fərqli əlifba yaratdılar...

21.09.2026 / 16:58
Türk Dövlətləri Təşkilatının qlobal rolu artır

21.09.2026 / 16:40
ABŞ Ermənistan ordusunu Rusiya və İrana qarşı hazırlayır - ən sonda Azərbaycan...

21.09.2026 / 16:37
Ermənistanı Avropa İttifaqı ilə bir neçə konkret mərhələli çətinlik gözləyir...

21.09.2026 / 16:31
Azərbaycan U-15 dünya çempionatı ilə bağlı viza qaydalarını asanlaşdırır

21.09.2026 / 16:18
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Culfada seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

21.09.2026 / 16:14
ABŞ-Çin "süni intellekt müharibəsinə" start verildi...

21.09.2026 / 16:08
Həsən Həsənov: “Albaniya ərazisində üç fərqli dinin mövcud olub”

21.09.2026 / 15:58
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir

21.09.2026 / 15:51
Həsən Həsənov: “Çində, uyğurların yaşadığı ərazilərin yaxınlığında alban adlı türkəsilli qruplar yaşayır, Qazaxıstanda da alban adlı tayfalar var”

21.09.2026 / 15:40
Tramp növbəti dəfə Zelenskiyə çağırış etdi – Rusiyanın neft zavodlarına hücumu dayandırın…

21.09.2026 / 15:33
Tarixçi alim dərsliklərdəki nöqsanlarla bağlı nazirliyə müraciət edib

21.09.2026 / 15:26
Ukraynadan Rusiyaya daha bir ağır zərbə - 60 milyon dollarlıq radar stansiyası vuruldu…

21.09.2026 / 15:17
Həsən Həsənov: “Albaniya Atropatenanın törəməsidir”

21.09.2026 / 15:10
Venesuelanın 4 milyardlıq qızıl ehtiyatı da ABŞ-ın əlinə keçdi - 31 ton qızıl Nyu-Yorka aparıldı…

21.09.2026 / 15:05
Tarixçi-alim: Alban irsinin öyrənilməsində toponimlər mühüm mənbədir

21.09.2026 / 14:53
“Qafqaz Albaniyasının irsinə tarixi baxış” mövzusunda maarifləndirici seminar təşkil olunub

21.09.2026 / 14:29
Polis Lerikdə əməliyyat keçirdi - bir nəfər 15 kq narkotiklə yaxalandı...

21.09.2026 / 14:17
Tramp Rusiya ilə geniş iqtisadi-ticarət əlaqələrinə başlayır - Ukraynaya zərbə...

21.09.2026 / 14:01
Putin Abxaziya və Cənubi Osetiyanı birləşdirməkdən hələlik vaz keçir - səbəb...

21.09.2026 / 13:46
Hörmüz boğazı iki il ərzində əhəmiyyətini itirəcək? – Qətərdən ABŞ-ın iddiasına reaksiya…

21.09.2026 / 13:31
Ukrayna Ufada neft emalı zavodunu vurdu...

21.09.2026 / 13:19
Formula 1 Azərbaycanla bağlı paylaşım etdi - Biz yenə Bakıdayıq!

21.09.2026 / 13:12
Avropa Ukraynanı qışa hazırlayır – Kiyevə gizli şəkildə silah daşınır…

21.09.2026 / 13:04
Polşada Azərbaycana qarşı təxribatın qarşısı alındı

21.09.2026 / 12:53
Alban-Udi icmasının nümayəndələri Gəncəsər məbədini ziyarət ediblər

21.09.2026 / 12:30
Ramiz Mehdiyevin cinayət işi üzrə hazırlıq iclası keçirildi

21.09.2026 / 12:16
Tovuzda 7 evi soyan oğru yaxalandı...

21.09.2026 / 12:08
Səyyad Aran deputatların səlahiyyətinin artırılmasını təklif etdi

21.09.2026 / 11:55
Kremlin müharibədən sonrakı ilk sınağı – seçicilər seçki qutusunda Putinə bu mesajı verdi…

21.09.2026 / 11:36
"Ermənistanda ən böyük revanşist elə kilsədir" - Fərhad Məmmədov

21.09.2026 / 11:21
Qazaxıstan Xəzərdə Rusiya ilə neft kəşfiyyat layihəsini sanksiyalara görə dayandırdı...

21.09.2026 / 10:57
İran Hörmüz boğazı üzərində ABŞ PUA-sını vurdu...

21.09.2026 / 10:43
"Qafqaz Albaniyasının tarixinin müəyyən dairələr tərəfindən dəyişdirilərək erməniləşdirilməsinə cəhdlər edilir" - Fərid Şəfiyev

21.09.2026 / 10:34
Zakir Həsənov hərbi polisin döyüş hazırlığı prosesini izlədi - FOTO/VİDEO

21.09.2026 / 10:26
Avropa kəşfiyyatlarından xəbərdarlıq... Rusiya yaxın aylarda NATO-ya hücum edə bilər...

21.09.2026 / 10:10
Ucarda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlandı

21.09.2026 / 09:58
Ramiz Mehdiyev məhkəmə qarşısına çıxarılır...

21.09.2026 / 09:34
Tehranda Fransa səfirliyi ilə əlaqəli dil mərkəzinin gizli fəaliyyəti ifşa edildi - bağlandı...

21.09.2026 / 09:08
Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı növbəti qərarını bu həftə açıqlayacaq...

21.09.2026 / 08:06
Təbiətə münasibət özümüzdən başlayır

20.09.2026 / 23:31
Xəzər dənizinin qərb sahilləri və Abşeron yarımadası rus-hay siyasi-hərbi qüvvələrinə qarşı... XX əsrin əvvəllərində...

20.09.2026 / 22:55
Rusiya 2027-ci ilin payızında Avropaya hücum edəcək - Fransa kəşfiyyatından iddia…

20.09.2026 / 22:38
Macarıstanın Baş naziri hücuma məruz qaldı – Macyarın üzünə içki çırpdılar… VİDEO

20.09.2026 / 22:22
“Arşın mal alan” operettası Lənkəran teatrının təqdimatında Xankəndidə nümayiş olunub

20.09.2026 / 22:12
Ukrayna Avropa ölkələrini Rus Evlərini bağlamağa çağırdı – onlardan casusluq fəaliyyəti üçün istifadə edilir…

20.09.2026 / 21:53
Xocavənddə ilk dəfə Şəhər Günü keçirilir

20.09.2026 / 21:21
Vüqar Rəhimzadə: “Əsrin müqaviləsi”ndən başlanan inkişaf bizi suverenliyimizin bərpasına qovuşdurdu

20.09.2026 / 19:49
Tramp BMT iclası zamanı Pezeşkianla görüşə biləcəyi mesajını verdi - çox böyük hadisələr baş verəcək...

20.09.2026 / 19:22
ABŞ İranı yenidən vurmağa hazırlaşır – Tehrandan region ölkələrinə sərt xəbərdarlıq…

20.09.2026 / 15:25
Ukrayna Moskva Neft Emalı Zavodunu da bombaladı… - VİDEO

20.09.2026 / 15:04
Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi

20.09.2026 / 14:47
ABŞ-ın təyyarə gəmiləri təhlükədə - İran 80 döyüş başlığına bölünən yeni raketi sınaqdan keçirdi…

20.09.2026 / 14:25
Dünyanın ən böyük müsəlman ölkəsi ilk təyyarə gəmiyə sahib oldu…

20.09.2026 / 12:50
Tramp Yaxın Şərqdə gərginliyin artır - Tramp təcili Ağ Evə qayıtdı, husilərə genişmiqyaslı hücum əməliyyatı masada…

20.09.2026 / 12:14
DİN: "Tarixi missiya uğurla yerinə yetirildi" - VİDEO

20.09.2026 / 11:44
Moskvaya görünməmiş dron hücumu – bir gecədə 2 mindən çox dron vuruldu…

20.09.2026 / 11:08
Ceyhun Bayramov ABŞ-a getdi...

20.09.2026 / 10:46
İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik etdi

20.09.2026 / 10:19
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il ötür...

Əliyev Qarabağda dünya presedenti yaratdı - işğala son, separatçılara cəza presedenti...

XƏBƏR ARXİVİ