Hizbullah lideri Naim Qasim ABŞ-ın vasitəçiliyi ilə İsrail və Livan arasında əldə edilən çərçivə sazişini "əhəmiyyətsiz və alçaldıcı" adlandıraraq, bunun "rüsvayçılıq" və "suverenliyin güzəşti" olduğunu vurğulayıb. Sazişin imzalanmasından sonra Hizbullah tərəfdarları Beyrutda etiraz aksiyası keçiriblər. İsrailin İran-Amerika anlaşma memorandumuna uyğun olaraq Livandan çıxmasını tələb edən Qasım qeyd edib ki, İsrailin geri çəkilməsini Livan boyunca müqavimətin tərksilah edilməsi ilə əlaqələndirmək bütün qırmızı xətləri keçən və Livanı düşmən İsrailin oyuncağına çevirən çox təhlükəli bir təklifdir.
Sazişin elan edilməsindən sonra paytaxt Beyrutda Hizbullah tərəfdarları tərəfindən etirazlar təşkil edilib, yollar yanan təkərlər vasitəsilə bağlanıb.
Bu arada, İsveçrədə ABŞ və İran arasında aparılan danışıqlar zamanı Livanda atəşkəs rejimini izləmək üçün yeni bir mexanizmin yaradıldığı elan edilib və İranın bu mexanizmə nümayəndə göndərəcəyi bildirilib.
SAMİRƏ