Rusiya Təhlükəsizlik Şurasının sədr müavini və "Vahid Rusiya"nın sədri Dmitri Medvedev bildirib ki, Rusiya ilə mövcud əlaqələrin kəsilməsi qaçılmaz olaraq adi Ermənistan vətəndaşları üçün ağır nəticələrə səbəb olacaq.
Onun sözlərinə görə, Qərb Ermənistana yalnız Rusiyaya qarşı mübarizədə bir alət kimi baxır: “Onlar Moskva ilə İrəvan arasında sağlam münasibətlərin tərəfdarı olan bütün qüvvələrin siyasi meydanı təmizləməkdə maraqlıdır”.
Medvedev bildirib ki, Aİ ölkələri onilliklər ərzində qurulan əlaqələrin kəsilməsinin adi vətəndaşlar üçün qaçılmaz ağır nəticələrində qətiyyən maraqlı deyillər.
Tahir TAĞIYEV