Cümə axşamı günü, 15 oktyabr 2026
     

Rusiya və Səudiyyənin “dollar-neft müharibəsi”nin uzun sürəcəyi proqnoz edilir

Image


Neft ətrafında baş verən son olaylar bir sıra ölkələrdə milli valyutaların dəyərdən düşməsi ilə müşayiət olundu. Xüsusən də dollara qarşı ucuzlaşma özünü aydın göstərdi. Amma nə qədər qəribə olsa da, yaxın tezlikdə tamamilə əks proses də yaşana bilər. Belə ki, neftlə bağlı baş verənlər yaxın tezlikdə dolların özünün çökməsinə, digər ölkələrin valyutasının isə bahalaşmasına rəvac vermək iqtidarındadır. Hətta bəzi ekspertlər bütün bunları Rusiyanın və bir sıra neft ölkələrinin dollara qarşı yeni böyük oyunu kimi də qiymətləndirir.

Bu barədə danışmazdan öncə qeyd edək ki, hazırda baş verənlər Rusiya ilə Səudiyyə Ərəbistanı arasında neft çəkişməsinin hələ müəyyən müddət davam edəcəyini göstərir. Hər iki tərəf neft hasilatını artırmaqla, həm qiyməti aşağı saxlayır, həm də bir-birinə güzəştə getmək niyyətində olmadıqlarını göstərir. “The Wall Street Journal”a Neft İxrac edən Ölkələr Təşkilatında (OPEC) olan mənbələr bildirib ki, indi Səudiyyə Ərəbistanının “Saudi Aramco” neft korporasiyasının neftin qiymətini kəskin azaltması Rusiyanın bu enerji daşıyıcısı üzrə dünya bazarındakı mövqeyinin zəifləməsinə yönəlib:“Bu, Rusiya bazar seqmentinin payını ələ keçirmək üçün təcavüzkar bir kampaniyanın elementidir”. Qeyd edək ki, “Saudi Aramco” rəhbərliyi ABŞ-a neft tədarükünün qiymətini bir barrel üçün 7, Şimali Avropa ölkələri üçün 8, Cənub-Şərq ölkələri üçün 6 dollar ucuzlaşdıracağı barədə xəbərdarlıq edib.

Rusiyanın energetika naziri Aleksandr Novak isə bildirib ki, ölkəsi neft istehsalını yaxın müddətdə gündəlik 250-300 min barrel səviyyəsində, ümumiyyətlə isə 500 min barrel artıra bilər. Novak onu da etiraf edib ki, Rusiya həqiqətən də OPEC+ razılaşmasından çıxmaq ssenarisini hazırlayırdı. Nazir bununla da Rusiya tərəfinin neft müqaviləsinin pozulması ilə bağlı planının olduğu barədə qeyri-rəsmi məlumatları təsdiq edib. Novak qeyd edib ki, neft bazarındakı hazırkı vəziyyət proqnozlaşdırılmış çərçivədədir. Hazırda reallıq budur ki, Moskvanın Ər-Riyadın addımına sərt reaksiya verməsi nəticəsində Səudiyyə Ərəbistanı və Rusiya neftdə uzun və dağıdıcı qiymət müharibəsinə başlamaq üçün addımlar atır. Kreml mübahisənin dağıdıcı təsirlərinə baxmayaraq geri çəkilmir. Nəticədə 1991-ci il Körfəz müharibəsindən bəri neftin qiymətində ən böyük azalma, neft şirkətlərinin milyardlarla dollar dəyər itirməsi və karbohidrogen resursdan asılı ölkələrdə istiqraz faizlərinin sürətli şəkildə artması qeydə alınır. Bütün bunlar mübahisənin təkcə birinci günündə baş verib. Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol isə qeyd edir ki, neft bazarında “rus ruleti” oynamaq ağır nəticələrə səbəb ola bilər. O əlavə edib ki, İraq, Anqola və Nigeriya kimi ölkələrin sabitliyinə təhlükə yaranır, hətta bəzi neftdən asılı ölkələr səhiyyə kimi zəruri xərcləri ödəməkdə çətinlik çəkə bilər. Şirkətlərin “qara qızıl”ın aşağı qiyməti səbəbindən maliyyə təzyiqinə məruz qalmaları fonunda ABŞ-da şist nefti hasilatındakı güclü artım da yavaşlaya bilər. Əslində, elə Rusiyanın da əsas istəyi budur. Moskva ABŞ şist neft hasilatçılarının sıradan çıxması, onların borclarını qaytara bilməməsi, bununla ABŞ birja bazarının və bankların çökməsini istəyir. Çünki aşağı qiymətlər halında ABŞ-ın şist neft hasilatçıları maliyyə cəhətdən daha çətin duruma düşür və müflis olurlar. Belə vəziyyət isə ABŞ iqtisadiyyatına zərbə sayılır və dollar üçün  böyük təhdiddir. Çünki bu halda dollar kəskin şəkildə ucuzlaşa bilər. Bu durumda o da məlum olub ki,  Rusiyanın ən böyük neft istehsalçısı “Rosneft” OPEC+ sazişinin müddəti bitən vaxtdan, yəni bu ayın sonundan etibarən hasilatını artırmağı planlaşdırır. O da məlumdur ki, Rusiya qiymətin düşməsini kompensasiya etmək və rubla dəstək vermək üçün 150 milyard dollara çatan Rifah Fondundan da istifadə edə bilər. Maliyyə Nazirliyi bu ehtiyatların neftin qiymətinin 25-30 dollara düşəcəyi zaman yaranacaq itkiləri 6 ildən 10 ilədək bir müddət üçün kompensasiya edə biləcəyini bildirib.

Məşhur iqtisadçı Petr Svoik də qeyd edir ki, neftin qiymətinin kəskin azalması əslində böyük oyundur: “Dünya maliyyə bazarına, daha konkret desək, ABŞ dollarına qarşı hücum var. 2008-ci ilin dünya iqtisadi böhranı ABŞ bazarındakı maliyyə böhranından başlamışdı, ondan sonra da başqa məsələlər, o cümlədən neftin ucuzlaşması meydana çıxdı. İndi isə hamısı tam əksinə gedir. Əvvəlcə koronavirus çıxdı və bütün iqtisadiyyatı yavaşlatdı, ən əsası da dollar piramidasını bəsləmək imkanlarını azaltdı. İndi də Rusiya əvvəlcə ABŞ şist neftini bazardan sıxışdırıb çıxartmaq üçün neftin qiymətini erkən azaltmaq yönündə oyuna başlayır, daha sonra qaz bazarının növbəsi çatacaq. Bu ucuzlaşdırma oyunu yalnız ABŞ-dakı şist nefti hasilatının tam axırına çıxandan, bu sahədə çalışan şirkətlərin hamısı müflisləşəndən sonra başa çatdırıla bilər”. Onun sözlərinə görə, belə olan halda neftin qiyməti 30-40 dollara çatacaq:"Hər halda, ABŞ şist neftini sıxışdıracaq qiymət həddi olmalıdır. Bu qiymət uzun müddət saxlanılacaq, Rusiya üçün belə qiymət məqbuldur. Müharibə neft bazarı uğrunda yox, maliyyə bazarı uğrundadır”. Ekspert həmin müharibəni ayrı-ayrı ölkələrin deyil, ölkələr daxilindəki elit zümrələrin apardığını diqqətə çatdırıb:“Bu müharibənin əsas mərkəzləri kimi Vaşinqton, Brüssel, London, Moskva rol oynayır. Təxmini ehtimala görə, əvvəlcə ümumdünya dollar piramidası çökdürüləcək, sonra isə qaliblər yeni oyun qaydalarını təyin edəcəklər. İqtisadi baxımdan bölünmüş o yeni dünyada valyuta hesablaşmalarının daha səmərəli, hamı üçün məqbul olan üsullarını, yəni təbii ki, rəqəmli və blokçeyn texnologiyalarına əsaslanan, banklardan və sələmçilikdən uzaq üsullarını irəli sürənlər liderliyə də yiyələnəcək”. Ekspert, bununla yanaşı, ənənəvi iqtisadi gücləri də hesabdan silməməyi tövsiyə edib:"Postdollar dünyasında təbii sərvətlərə malik ölkələr qalanlar üzərində şərtsiz üstünlüyə malik olacaq. ABŞ təbii sərvətləri ilə evində oturub Avropa üçün tədarükçü rolunu qırağa qoyacaq, əvəzində Rusiya Avropanı neft və qazla etibarlı şəkildə təchiz edəcək”.

Aydındır ki, dollarla bağlı yaranmış vəziyyət Azərbaycanda da özünü göstərəcək və manatın bu valyutaya qarşı bahalaşması da bu fonda istisna olunmur. Digər tərəfdən görünən həm də odur ki, hökumət, ümumiyyətlə, manatın ən azından sabit qalmasında da maraqlıdır. Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun sədrliyilə keçirilmiş müşavirədə bildirilib ki, Azərbaycan hökuməti dünya bazarında neftin kəskin ucuzlaşmasının tədiyə balansına təsirlərinin proqnoz ssenarilərini hazırlayıb. Qeyd olunub ki, zərurət olarsa, bu ssenarilərə uyğun sabitləşdirici tədbirlər paketi həyata keçiriləcək:“Neft bazarında və qlobal iqtisadiyyatda baş verən hadisələrə qarşı ölkə iqtisadiyyatının kifayət qədər yüksək maliyyə immuniteti və təhlükəsizlik “yastığı” mövcuddur. 2019-cu ilin yekunlarına görə, strateji valyuta ehtiyatlarımız ÜDM-in 100%-ni ötür, valyuta ehtiyatları xarici dövlət borcunu 6 dəfə üstələyir. Valyuta bazarında sabitliyin və manatın məzənnəsinin qorunması məqsədilə zəruri tədbirlər görülməsi üçün bütün imkanlar var. Həm monetar, həm də iqtisadi siyasətin digər istiqamətləri üzrə nəzərdə tutulan tədbirlər inflyasiyanın hədəflənən səviyyədə saxlanmasını təmin edəcək”. Bu açıqlamadan aydın görünür ki, manatın dollara qarşı ucuzlaşması baş verməyəcək. Əksinə, dollara qarşı qlobal miqyasda yeni oyun manatı dollar qarşısında bahalaşdıra bilər.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTO/YENİLƏNDİ

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

15.10.2026 / 10:28
Tramp Vaşinqtonun Tehranda kiminlə danışıqlar apardığını dəqiq bilmir…

15.10.2026 / 10:15
Ağdərəyə qayıdan 75 yaşlı Süleyman kişinin hekayəsi

15.10.2026 / 10:10
Azərbaycan–Laos münasibətləri möhkəm dostluğa və qarşılıqlı hörmətə əsaslanır

15.10.2026 / 09:46
Hörmüz boğazında 2500-dən çox konteyner daşıyan nəhəng gəmi minaya düşdükdən sonra batdı…

15.10.2026 / 09:27
Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşdü...

15.10.2026 / 09:10
Azərbaycan BMT-ni mina təhlükəsi məsələsini diqqətdə saxlamağa çağırdı

15.10.2026 / 08:57
Türkmənistan Prezidenti Bakıya gəldi

15.10.2026 / 08:49
Səhiyyə Nazirliyi adından hazırlandığı iddia edilən saxta məktub ifşa edildi

15.10.2026 / 01:28
Ərbakan 1969-da "lüt" deputat seçildi, 25 il sonra görün nələrə sahibləndi... O talançının oğlu indi bizə "dərs öyrədir"...

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

14.10.2026 / 22:07
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

14.10.2026 / 21:57
TRIPP marşrutunun açılmasına 2 böyük maneə - biri İrandan, digəri Moskvadan gəlir...

14.10.2026 / 21:43
Ermənistan dövlətinin uzunömürlülüyü Azərbaycanın imzasından asılıdır - Paşinyanın etirafı...

14.10.2026 / 21:28
Ermənistanda Qarabağdan köçmüş ermənilərin işini əsasən həll ediblər - Bir neçə min adam qalır...

14.10.2026 / 21:15
Erməni qadını Ani Avetisyan əsgərimiz Nəsimini Ermənistanda niyə saxlamaq istəyirdi?

14.10.2026 / 21:01
Türk dünyasının gələcəyinə yönələn ideyalar

14.10.2026 / 20:50
AKP-dən Azərbaycana iç müdaxilənin hədəfi var - Ermənistanla açılıma cəmiyyəti hazırlamaq...

14.10.2026 / 20:49
Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

14.10.2026 / 20:38
Azərbaycan kapitalistlərinin Laosa investisiya yolu açıldı...

14.10.2026 / 20:25
Yaxşı başladınız, yaxşı da bitirsəniz, əla olacaq, sayın Baxçalı... Əliyev-Ərdoğan görüşünü niyə Zirvəyə saxlayaq?!...

14.10.2026 / 20:14
AKP rəsmilərinin Azərbaycan-İsrail-Fələstin münasibətlərini təhrif etməsi qətiyyətlə pisləndi...

14.10.2026 / 20:01
Çinin "Azərbaycan, Xorvatiya, Monteneqro və Bolqarıstan" planı...

14.10.2026 / 19:48
Mərkəzi Asiyanın islam ölkələri vahid məktəb formasını problemsiz şəkildə çoxdan qəti həll ediblər...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ