Cümə axşamı günü, 15 oktyabr 2026
     

Dünya neft müharibəsinin mərkəzində yenə Səudiyyə - 20 dollar…

Image


Dünya bazarında neftin qiyməti ilə bağlı yaşanan təlatüm bütün ölkələr tərəfindən böyük narahatlıqla izlənməkdədir. Çünki qiymət enişi təkcə hasilatçı ölkələrə yox, digər dünya ölkələrinə də təsirsiz ötüşmür. Ən azı o baxımdan ki, dünya miqyasında istehlak və investisiya yatırımı əhəmiyyətli dərəcədə azalır.

Xatırladaq ki, ucuzlaşmaya səbəb Vyanada OPEC+ ölkələrinin nazirlərinin görüşündə hasilat həcmi ilə bağlı razılıq əldə edilə bilinməməsidir. Belə ki, nazirlər neft hasilatına tətbiq edilən məhdudiyyətlərin uzadılması barədə razılığa gələ bilməyib. Elə bundan sonra qiymətlərdə kəskin eniş başlanıb. İndi dünya bazarlarında neftin qiyməti bir barrelə görə, markasından asılı olaraq, 30-35 dollar arasında dəyişir. Belə qiymət heç bir hasilatçı ölkə üçün sərfəli sayılmır. ABŞ-ın "Goldman Sachs" investisiya bankı isə neftin qiymətində azalmanın 20 dollaradək davam edə biləcəyini proqnozlaşdırıb. Belə şok ucuzlaşmanın digər səbəbi budur ki, Rusiya hasilatı azaltmaqdan imtina etdikdən sonra Səudiyyə Ərəbistanı Moskvaınn  bu həmləsinə qarşı hasilatı artırmağa qərar verib və müştərilərə çox ucuz neft təklif edir. Koronavirusun dünyada yayılmağa davam etməsi də hazırda neftin qiymətinə mənfi təsir edən amillərdən biridir. Əsas fundamental problem həm də dünya iqtisadiyyatının artım tempinin zəifləməsi və yanacağa tələbatın aşağı düşməsidir.

Britaniyanın "Times" qəzeti yazır ki, vəziyyət gərgindir və Səudiyyə Ərəbistanı neft sahəsində Rusiya ilə təhlükəli müharibəyə başlayıb. Analitiklərdən biri bunu "neft bazarında müharibə elan edilməsinin ekvivalenti" adlandırıb. "Financial Times" isə qeyd edir ki, neft müharibəsi ABŞ-da "zibil istiqrazları"nın bazarı üçün də təhlükəli olacaq. Neftin qiymətinin düşməsinin effektlərini şərh edərkən başqa bir ekspert bəyan edib ki, bu gedişlə  bazarda "qan töküləcək". "Rapidan Energy Group"un əməkdaşı bildirib ki, bu, qiymətlərin kəskin düşməsinin "hələ başlanğıcıdır". "Wall Street Journal" yazır ki, neft qiyməti rekord həddə düşüb. Sonuncu dəfə qiymət 2016-cı ildə "dibi görmüşdü". Bütün bunlar isə "Saudi Aramco" neft şirkətinin qiymətləri endirəcəyi bəyanatından sonra baş verdi. Nəşrin fikrincə, bu bəyanat Səudiyyə Ərəbistanı ilə Rusiyanın münasibətlərini korlaya bilər. Nəşr OPEC iştirakçıları və səudiyyəlilərə istinadən bildirir ki, bu fəaliyyət bazarda Moskvanın payını ələ keçirmək üçün "aqressiv kampaniya"nın bir hissəsidir.  Bildirilir ki, gələn ay Səudiyyə Ərəbistanı hasilatı gündə 10 milyon barrelədək artırmağı planlaşdırır, bu azmış kimi, lazım gələrsə, hətta onu maksimal mümkün həddə - gündə 12 milyon barrelə çatdıra bilər.  Qəzet yazır ki, qiymətin kəskin düşməsinə koronavirusun iqtisadiyyata təsiri də səbəb ola bilər. "New York Times" isə öz növbəsində qeyd edir ki, neftin qiyməti 20%-dən çox düşüb, bu isə 1991-ci ildən bəri ən kəskin azalmadır. Qəzet hesab edir ki, Səudiyyə Ərəbistanı ilə Rusiya razılığa gələ bilər, amma böhran davam edərsə, "neftin qiymətinin, ən azından, son beş il ərzində ən aşağı həddə çatmasına heç nə mane ola bilməyəcək".

Qəzet əlavə edir ki, neftin qiymətinin bu cür enməsi "bütün dünyada istehsalçılara", xüsusilə "neft iqtisadiyyatı" ABŞ sanksiyaları altında əzilən Venesuela və İrana ziyan vuracaq. Aşağı qiymətlərin uzun müddətə bərqərar olması, eləcə də Amerikanın böyük borcu yığılmış neft şirkətlərinə iqtisadi təzyiqi də artıracaq. Bu zaman Nigeriya, Anqola və Braziliya kimi neftdən asılı ölkələr də güclü iqtisadi çöküşdən zərər görə bilər. "Washington Post" qeyd edir ki, koronavirusun törətdiyi yeni neft müharibəsi qiymətlərin kəskin enməsinə səbəb olub.  Nəşr "Exxon" şirkətinin Yaxın Şərq üzrə keçmiş eksperti Əli Hədərinin sözlərini sitat gətirir:"20 dollarlıq neft 2020-ci il üçün tamamilə realdır. Neftin qiymətlərinin kəskin düşməsi böyük geosiyasi nəticələrə səbəb olacaq".

“Bloomberg” agentliyi yazır ki,  qiymətlərdə faciəli çökmə “Exxon Mobil Corp” kimi nəhənglərdən tutmuş Qərbi Texasdakı kiçik şist qazma şirkətlərinə qədər enerji sənayesində rezonans doğuracaq. İraqdan Nigeriyaya qədər neftdən asılı ölkələrin büdcələrinə zərbə vuracaq və Səudiyyə Ərəbistanı kimi ölkələrin təsirini korlayaraq qlobal siyasəti dəyişdirəcək: "Hyustonda yerləşən “Lipow Oil Associates MMC”-nin prezidenti Andi Lipoi deyib: “İnanılmazdır, bazarı açıq satış dalğası bürüyüb. OPEC+ qiymət müharibəsi gedir”. Koronavirusa görə tələbat getdikcə azalır, neft bazarında xaos daha da dərinləşir. Səudiyyə Ərəbistanı rəsmi qiymətləri həftəsonu ən azı 20 ildəki minimuma endirib və alıcılara məhsul hasilatının artacağını bildirib. Bu, bazarı xam neftlə doldurmaq niyyəti barədə birmənalı bəyanatdır. Rusiya şirkətlərinin bacardıqları qədər hasilatı gücləndirəcəyini açıqlayıb. Hər dəfə qiymət müharibəsi başladıqda, neft qiymətləri kütləvi enişə məruz qalıb. “West Texas Intermediate” 1985-ci ilin sonundan 1986-cı ilin martına qədər, ABŞ-da neft hasilatının yenidən qurulması şərtilə, 66% itirib. Səudiyyə Krallığı 1990-cı illərin sonlarında Venesuela ilə qarşıdurma apararkən “Brent” markalı xam neftin qiyməti 1 barrelə görə 10 dollardan aşağı düşüb. Koronavirusun iqtisadiyyata təsiri ucbatından neft tələbatı onsuz da azalmaqda ikən, tacirlər qiymətlərin daha da enəcəyini proqnozlaşdırır. Nyu-Yorkdakı “Goldman Sachs” şirkətinin əmtəə araşdırmalarının rəhbəri Cefri Körri deyib: “Neft bazarı artıq iki qeyri-müəyyən nəhəng sarsıntı ilə qarşı-qarşıya qalıb”.

Təbii ki, baş verənlər Azərbaycanda da diqqətlə izlənir. Belə görünür ki, Azərbaycan neft qiymətindən yaşanan itkiləri təbii qaz satışı və qeyri-neft məhsullarının ixracı hesabına ödəməyə çalışacaq. Xatırladaq ki, bu il Azərbaycan qazının Avropya satışı başlanır. Qeyri-neft sahəsində də vəziyyət ölkəmizin lehinə dəyişir. İxracın stimullaşdırılması və təşviqi ilə bağlı görülən kompleks işlər nəticəsində qeyri-neft məhsullarının ixracı dəyər ifadəsi ilə ötən il 20 faizə yaxın artıb. Cari il ərzində qeyri-neft ixracının 3 milyard dollara yaxın həddə çatması gözlənir. Bu isə neft qiymətlərində itkiləri kompensasiya etməyə imkan verir.

Ramil QULİYEV 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTO/YENİLƏNDİ

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

15.10.2026 / 10:28
Tramp Vaşinqtonun Tehranda kiminlə danışıqlar apardığını dəqiq bilmir…

15.10.2026 / 10:15
Ağdərəyə qayıdan 75 yaşlı Süleyman kişinin hekayəsi

15.10.2026 / 10:10
Azərbaycan–Laos münasibətləri möhkəm dostluğa və qarşılıqlı hörmətə əsaslanır

15.10.2026 / 09:46
Hörmüz boğazında 2500-dən çox konteyner daşıyan nəhəng gəmi minaya düşdükdən sonra batdı…

15.10.2026 / 09:27
Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşdü...

15.10.2026 / 09:10
Azərbaycan BMT-ni mina təhlükəsi məsələsini diqqətdə saxlamağa çağırdı

15.10.2026 / 08:57
Türkmənistan Prezidenti Bakıya gəldi

15.10.2026 / 08:49
Səhiyyə Nazirliyi adından hazırlandığı iddia edilən saxta məktub ifşa edildi

15.10.2026 / 01:28
Ərbakan 1969-da "lüt" deputat seçildi, 25 il sonra görün nələrə sahibləndi... O talançının oğlu indi bizə "dərs öyrədir"...

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

14.10.2026 / 22:07
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

14.10.2026 / 21:57
TRIPP marşrutunun açılmasına 2 böyük maneə - biri İrandan, digəri Moskvadan gəlir...

14.10.2026 / 21:43
Ermənistan dövlətinin uzunömürlülüyü Azərbaycanın imzasından asılıdır - Paşinyanın etirafı...

14.10.2026 / 21:28
Ermənistanda Qarabağdan köçmüş ermənilərin işini əsasən həll ediblər - Bir neçə min adam qalır...

14.10.2026 / 21:15
Erməni qadını Ani Avetisyan əsgərimiz Nəsimini Ermənistanda niyə saxlamaq istəyirdi?

14.10.2026 / 21:01
Türk dünyasının gələcəyinə yönələn ideyalar

14.10.2026 / 20:50
AKP-dən Azərbaycana iç müdaxilənin hədəfi var - Ermənistanla açılıma cəmiyyəti hazırlamaq...

14.10.2026 / 20:49
Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

14.10.2026 / 20:38
Azərbaycan kapitalistlərinin Laosa investisiya yolu açıldı...

14.10.2026 / 20:25
Yaxşı başladınız, yaxşı da bitirsəniz, əla olacaq, sayın Baxçalı... Əliyev-Ərdoğan görüşünü niyə Zirvəyə saxlayaq?!...

14.10.2026 / 20:14
AKP rəsmilərinin Azərbaycan-İsrail-Fələstin münasibətlərini təhrif etməsi qətiyyətlə pisləndi...

14.10.2026 / 20:01
Çinin "Azərbaycan, Xorvatiya, Monteneqro və Bolqarıstan" planı...

14.10.2026 / 19:48
Mərkəzi Asiyanın islam ölkələri vahid məktəb formasını problemsiz şəkildə çoxdan qəti həll ediblər...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ