ABŞ prezidenti Donald Trampın iyul ayında Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon danışığı ətrafında qalmaqal böyüyür.
Baki-xeber.com xəbər verir ki, Trampın Zelenski ilə telefon danışığında, demokratlardan prezidentliyə namizəd Co Baydenin oğlunun Ukraynadakı fəaliyyətlərinin araşdırılmasını istədiyi iddia edilmişdi. Bunun ardınca, ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosi Trampa qarşı impiçment proseduru başladıqlarını açıqlayıb. Tramp isə iddiaları rədd edərək, Zelenski ilə görüşünün tamamilə qaydalarına uyğun olduğunu bildirib, Ağ Ev isə prezidentlərin danışığının təfsilatını yayımlayıb.
Tramp Twitter-də yaydığı son mesajında, Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin sədri Adam Şiffin saxta və qorxulu açıqlamamalr verdiyini, parlament kürsüsündə Amerika xalqını aldatdığını və özünə aid olmayan sözləri söylədiyinə görə həbs olunmasını istəyib.
Tramp həmçinin papaz və və televiziya aparıcısı Robert Ceffressin "(Trampın) vəzifədən kənarlaşdırılması vətəndaş müharibəsinə bənzər qırılmaya səbəb olacaq" sözlərini öz sosial media hesabında paylaşıb.
Trampın paylaşdığı Ceffressin, Respublikaçılara yaxınlığı ilə tanınan Fox News-dakı açıqlamalarının təfsilatında deyilir: "Nensi Pelosi və Demokratlar impiçmentdın imtina edə bilməzlər. Onun 2016-da Hillari Klintona məğlub olmayacağını bilirdilər və indi də 2020-də onu məğlub edə bilməyəcəklərini hiss edirlər. Demokratlar üçün ondan qurtulmağın yeganə yolu onu vəzifədən uzaqlaşdırmaqdır. Bu müddətdə ölkənin yanıb kül olması onları maraqlandırmaz. (...) Əgər demokratlar prezidenti vəzifədən kənarlaşdırsalar, bu vətəndaş müharibəsi kimi qırılmaya səbəb olacaq və ölkəmiz heç vaxt düzəlməyəcək”.