Cümə günü, 06 noyabr 2026
     

Paşinyana yeni ittihamlar – ölkə qanunlarla yox, qərbyönlü QHT-in nizamnamələri ilə idarə olunur, diasporu parçalayır...

Image


Ermənistanda mövcud hakimiyyətin yaratdığı daxili qarşıdurmanın sonunun necə olacağı indi xüsusi müzakirə predmetidir. Belə hesab olunur ki, Ermənistan daxilində yaşanan qarşıdurma, xarici siyasətdə yol verilən qüsurlar tezəliklə baş nazir Nikol Paşinyanın hakimiyyətinə son qoyacaq. Bunu xüsusi olaraq vurğulayan erməni ekspert Stepan Danielyan qeyd edir: “Nikol istəsə də, istəməsə də istefa verməlidir və verəcək. Gec-tez dərin destruktiv proseslər başlayacaq”.

O bildirib ki, Paşinyan destruktiv şəxsdir və cəmiyyəti konsolidasiya etmək üçün öz şansından istifadə etmədi: “O məhkumdur. Bu o demək deyil ki, Ermənistanda hakimiyyət dəyişikliyi olmalıdır. Hakimiyyət baş nazirə yox, parlamentə məxsusdur və yeni hökumət yaratmaq hakimiyyət dəyişikliyi demək deyil. Bu, parlament idarə üsuluna malik olan ölkələr üçün normal bir şeydir”. Danielyan Paşinyanın beynəlxalq platformalarda da anlaşılmaz olduğunu vurğulayıb: “Paşinyan beynəlxalq tərəfdaşlar üçün nizamsız, birincisi ikincisindən fərqlənməyən şəxsin hörmətini qazanıb, o cümlədən öz qərarlarında elementar və uyğunsuzdur. Bizə konstruktiv davranışa sahib olan, cəmiyyətin müxtəlif təbəqələri ilə dialoqa girən, etibarlı, proqnozlaşdırıla bilən, öz sözlərində və fəaliyyətlərində təmkinli olacaq şəxs lazımdır”.

Nüfuzlu beynəlxalq mətbu orqanların da yazdıqlarından belə bəlli olur ki, Paşinyanın artıq hakimiyyətdə qalmaq şansı yoxdur. Məsələn, “Politnaviqator” informasiya agentliyi yazır ki, Paşinyanın sərsəmliyi ölkədə yeni etiraz dalğasına səbəb olacaq. Məqalədə qeyd olunur ki, sentyabrın sonlarında iki güc strukturunun rəhbərinin – Milli Təhlükəsizlik Xidmətinin (MTX) rəisi Artur Vanetsyanın və Ermənistan polisinin rəisi Valeri Osipyanın istefaya göndərilməsi Paşinyanın qəribə qərarlarından biridir: “Çünki cəmi bir neçə ay əvvəl elə Paşinyan özü onlara general rütbəsi vermişdi. İstefadan sonra MTX-nin rəisi Paşinyanın ona təklif etdiyi Futbol Federasiyasının rəhbəri vəzifəsindən imtina edərək, baş naziri ağılsız qərar verməkdə təqsirləndirib. Paşinyan da, öz növbəsində, ABŞ-a səfəri zamanı çıxışında keçmiş rəisin ona qarşı çıxmasını “poqonları zibil yeşiyinə atmaq” kimi qiymətləndirib”.

Agentlik yazır ki, Paşinyanın ətrafından sızan məlumata görə, MTX-nin rəisi vəzifəsinə hazırkı ədliyyə naziri, 27 yaşlı Rustam Badasyanın təyin olunacağı gözlənilir: “Gənc olmağı bir tərəfə qalsın, Badasyan ümumiyyətlə, hərbi sahədən uzaq insandır, güc strukturlarında bir gün də çalışmayıb. Gələcək rəisin “Soros” Fondunun Ermənistan nümayəndəliyinin rəhbəri Larisa Minasyanın namizədi olduğu da ekspertlərin gözündən qaçmayıb. Ermənistan baş nazirinin qəribə qərarlarından biri kimi öz meydan silahdaşı Armen Qriqoryanı Təhlükəsizlik Şurasının rəhbəri təyin etməsini qeyd etmək olar. Qriqoryanın Ermənistanla Qarabağ arasında yol çəkmək barədə sərsəm bəyanatı bu qərarın, yumşaq desək, qəribəliyinə sübutdur. Küçədən yığılmış meydan hökumətində belə hallar əvvəlcədən gözlənilən idi və inqilabdan ötən təxminən bir ilin sonunda Paşinyan komandası martın axırlarında əriməyə başlayan qar yığınını xatırladır.

Hələ bu yaxınlaradək Paşinyana ümidlər bəsləyən politoloqlar və müşahidəçilər indi onun Ermənistanın ən xırda problemlərini belə həll etməyə qadir olmadığını bildirirlər. Onun Amerikaya bu yaxınlarda baş tutmuş və ölkəyə heç bir fayda gətirməyən səfəri də Ermənistanda tənqid olunub və bildirilib ki, baş nazirin BMT tribunasına çıxıb saqqalını yelləməsinə 300 min dollar xərclənib”.

Rusiyanın “Nezavisimaya qazeta” mətbu orqanı da yazır ki, 2018-ci ilin aprelində Ermənistanda “məxməri inqilab” adlanan siyasi fırıldaq nəticəsində hakimiyyət Nikol Paşinyana keçib. Lakin bu hadisədən ilyarım keçsə də, Ermənistan demokratik ölkəyə çevrilməyib. Qəzet yazır ki, Ermənistan konstitusiya və qanunlarla deyil, qeyri-hökumət təşkilatlarının nizamnamələri ilə idarə olunur: “Keçmiş prezident Sarkisyan 2010-2017-ci illərdə bilərəkdən ölkədə Qərb fondları, qeyri-hökumət təşkilatları və təriqətləri üçün “yaşıl işıq” yandırıb. Məqsəd isə dövlətçiliyin zəiflədilməsi olub. Ermənistanda Corc Sorosun Açıq Cəmiyyət Fondu, “Yehovo şahidləri” təriqəti və digər belə təşkilatlar fəaliyyət göstərir. Ümumilikdə, ölkədə 3,5 mindən çox qeyri-hökumət təşkilatı var ki, onların da əksəriyyəti Qərb ölkələri tərəfindən maliyyələşdirilir. Ermənistanın hazırkı hökumətində Qərb qeyri-hökumət təşkilatlarının əməkdaşları işləyir. Məsələn, baş nazirin müavini, bir çox nazirlər, o cümlədən LQBT birliyinin lobbiçisi, mədəniyyət və idman naziri Araik Arutyunyan, təhlükəsizlik şurasının katibi, parlamentin sədri və müavini xarici ölkələrin xüsusi xidmət idarələrinin agentləridir. Rusiya ilə münasibətlərdə isə Paşinyan hökumətinin davranışı qeyri-müəyyəndir”.

Məqalədə qeyd olunur ki, Ermənistan hökuməti hakimiyyət strukturlarına Rusiyadakı erməni diasporunun nümayəndələrini inteqrasiya etmək niyyətində deyil. Diaspor üzrə komissar vəzifəsinə ABŞ vətəndaşı Zare Sinanyanın təyin edilməsini qəzet Rusiyadakı erməni diasporuna sillə kimi qəbul edir. Bildirilir ki, erməni xalqını parçalamağa çalışan Paşinyan rejimi ölkədə qarşılıqlı nifrət ab-havası yaradıb, demokratik cəmiyyət qurmaq adı altında insanların hissləri ilə oynayır: “Yeni hakimiyyətin elan etdiyi sevgi və barışıq inqilabı bir çox ictimai və siyasi xadimlərlə haqq-hesab çürüdür, məhkəmə sistemi güclü təzyiqlərə məruz qalır, saxtalaşdırılmış cinayət işləri Ermənistanı avtoritar dövlətə çevirir. Paşinyan daxili və xarici siyasətdə özünün qeyri-müəyyən hərəkətləri ilə Ermənistan milli təhlükəsizliyi üçün təhdidlər yaradır. O, Sorosla bağlı iki fonda hökumət fondundan böyük məbləğdə vəsait ayırır, ekoloji təhlükə yaradan “Amulsar” qızıl yatağının yenidən işlənməsi barədə qərar verir, öz rejiminə yararsız insanları siyasi meydandan açıq-aşkar uzaqlaşdırmağa çalışır. Son zamanlar Paşinyan “Sasna tserer” terror təşkilatı ilə əlaqələr qurmağa başlayıb. Bu da çox təhlükəilidir“.

Xatırladaq ki, bu günlərdə Ermənistanda olan İtalyan Katolik Həftəlik Qəzetləri Federasiyasının (FISC) jurnalistlərdən biri Çiara Biagioni də Ermənistanda vəziyyətin böyük qarşıdurmaya getdiyinə dair xəbərdarlıqla çıxış edib. Jurnalist tənhalığa düçar olmuş yaşlılarla bağlı acınacaqlı vəziyyətin hökm sürdüyünü, hazırda Ermənistanda gənclərin iqtisadi böhranla əlaqədar olaraq ölkəni tərk etdyini qeyd edir. İtaliyalı jurnalist Ermənistanın qərb sərhədlərinə başqa ölkənin əsgərlərinin nəzarət etdiyini və onların sərhəddən giriş və çıxışı qadağan etdiyini, eyni vəziyyətin şərq sərhədlərində də mövcud olduğunu vurğulayır. O, Ermənistanın Azərbaycanla müharibə şəraitində olmasının ölkəni mütəmadi şəkildə gərginlikdə saxladığını, istər qərb, istərsə də şərq sərhədlərinin bağlı olmasının malların tranzitinə, ticarətin inkişafına mane olduğunu, bu vəziyyətin də ölkəni ciddi iqtisadi böhrana gətirib çıxardığını diqqətə çatdırır. Analitiklərin fikrinə istinad edən jurnalist Azərbaycanla yekun bir razılığın əldə edilməyəcəyi və Türkiyə ilə münasibətlərin yaxşılaşmayacağına qədər vəziyyətin dəyişməyəcəyini bildirib. Elə bunlar da Paşiynan iqtidarı üçün böyük zərbə sayılır.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ