Cümə günü, 06 noyabr 2026
     

Ali Məhkəmə ölkənin ən radikal sayt və TV-ləri üçün yeni fəaliyyət şansı açır

Image


Ali Məhkəmədə "Azadlıq" qəzeti, "Azadlıq" radiosu, "Azərbaycan saatı" proqramı, “Turan TV” və “Meydan TV”nin saytlarına blok qoyulmasını nəzərdə tutan qərarla bağlı verilən kassasiya şikayətinə baxılıb. Bildirilir ki, hakim Ələsgər Əliyevin sədrliyi ilə keçirilən prosesdə qəbul edilmiş qərara əsasən, saytlara blok qoyulması ilə bağlı qərar ləğv edilərək yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib.

Qeyd edək ki, Səbail Rayon Məhkəməsi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin iddiası əsasında 2017-ci ilin mayında "Azadlıq" qəzeti, "Azadlıq" radiosu, "Azərbaycan saatı" proqramı, “Turan TV” və “Meydan TV”nin saytının bloklanması barədə qərar çıxarıb. Bakı Apelyasiya Məhkəməsi həmin qərardan verilən şikayəti təmin etməyib. Bakı Apelyasiya Məhkəməsinin qərarından isə Ali Məhkəməyə kassasiya şikayəti verilmişdi.

“Meydan TV”nin vəkili Elçin Sadıqlı da qərarla bağlı öz “Facebook” səhifəsində açıqlama yayıb. Vəkil deyir ki, müdafiə etdiyi resurs digər qurumlardan ayrılaraq təkbaşına şikayət edib:

“Ali Məhkəmə 10 sentyabr 2019-cu il tarixli (sədrlik edən hakim Ələsgər Əliyev) qərarıyla “Meydan TV”nin bloklanması işi ilə bağlı verdiyi kassasiya şikayətini təmin edib. Bakı Apelyasiya Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə tamamilə ləğv edilərək, iş yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə qaytarılıb. Ali Məhkəmənin qərarının mətni hələ bizə verilmədiyindən, BAM-ın qətnaməsinin ləğv edilmə səbəbləri barədə məlumat verə bilmirik”.

Qeyd edək ki, Apelyasiya Məhkəməsinin saytında “Meydan TV” ilə yanaşı, “Azadlıq” radiosu “Turan TV”, “Azərbaycan saatı” və sair bloklanmış media resursları ilə bağlı Apelyasiya Məhkəməsinin qərarının ləğv olunduğu qeyd olunub. Digər saytlarla bağlı qərarın ötən il iyulun 4-də verildiyini xatırladan media hüququ üzrə ekspert Xalid Ağəliyev Ali Məhkəmənin qərarını belə şərh edib: “Meydan TV”nin bloku götürülməyib. Ali Məhkəmə resursun kassasiya şikayətini təmin edib – Bakı Apelyasiya Məhkəməsinin qərarını (həmin qərarda “Meydan TV”nin bloklanması barədə rayon məhkəməsinin qərarı qanuni və əsaslı sayılırdı) ləğv edib və Bakı Apelyasiya Məhkəməsinə deyib ki, işə yenidən bax. Ali Məhkəmənin qərarı hələ tərəflərə təqdim edilməyib, hələ bəlli deyil ki, Ali Məhkəmənin qərarı hansı əsaslara söykənir. Amma istənilən halda xoş qərardır. “Meydan TV”nin bloku o zaman götürülmüş ola bilər ki, Bakı Apelyasiya Məhkəməsi gələcəkdə Səbail Rayon Məhkəməsinin qərarını ləğv etsin. Texniki olaraq, o da mümkündür ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi texniki süzgəci öz təşəbbüsü ilə qaldırsın”.

“Azadlıq” qəzetinin əməkdaşları isə bizmlə söhbətlərində bildirdilər ki, Ali Məhkəmənin qərarının onlara aidiyyəti yoxdu: “Bu qərarın “Azadlıq” qəzetinə heç bir aidiyyəti yoxdur. “Azadlıq” qəzetinin kassasiya şikayətinə 1 il əvvəl, 2018-ci ilin iyununda baxılıb. Ali Məhkəmə həmin resursun bloklanmasının qanuni olmasına qərar verib. Ali Məhkəmənin bir il əvvəlki həmin qərarı ilə bizim ölkədaxili müdafiə vasitələri tükənib. Buna görə də Avropa Məhkəməsinə şikayət edilib. Bildiyimiz qədər, həmin şikayət icraata qəbul olunub”.

Bloklanan saytlarla bağlı Ali Məhkəmənin qəbul etdiyi qərarın nə kimi perspektivi ola bilər?

Media eksperti Azər Həsrət “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycanda medianın fəaliyyəti üçün mümkün qədər liberal şərait var: “Azərbaycan hakimiyyəti bütün dövrlərdə çalışıb ki, mətbuat heç kimin, xüsusən də dövlətin müdaxiləsi olmadan sərbəst fəaliyyət göstərə bilsin. Təəssüflər olsun ki, bir sıra həmkarlarımız mətbuatdan başqa məqsədlər üçün sui-istifadə ediblər. Ölkədə çaxnaşmaya xidmət edən materialları paylaşıblar. Təbii ki, dövlət də belə bir durum qarşısında müxtəlif tədbirlər görməyə məcbur olub. Onlayn medianın geniş yayıldığı bir dönəmdə xüsusilə də xaricdən idarə olunan və Azərbaycanda daxili sabitliyi pozmaq istiqamətində fəaliyət göstərən KİV-in fəaliyyətinin qarşısının alınması zərurəti yarandı. Dövlət əlində olan bütün qanuni vasitələrdən istifadə edərək bu addımları atırdı. Amma yenə də dövlət öz böyüklüyünü göstərir. Qanunların işlədiyini bir daha sübut etmiş olur. Adını çəkdiyiniz KİV-in sərbəst fəaliyyəti üçün bir şans tanınır. Düşünürəm ki, belə bir şansı onlar dəyərləndirməlidirlər. Hansına şamil olunacaqsa, qanunvericilik çərçivəsində fəaliyyətə üstünlük verməlidirlər. Azərbaycan jurnalistlərinin peşə davranışı qaydalarına əməl etməlidirlər. Digər tərəfdən isə daxili çaxnaşmaya səbəb olacaq saxta məlumatları yaymaqdan boyun qaçırmalıdırlar. Məhkəmənin yanaşması təqdirəlayiqdir. Bu həm də bloklanması ləğv ediləcək saytların əlavə məsuliyyəti deməkdir. Onlar çalışmalıdırlar ki, bundan sonrakı fəaliyyətlərində əvvəlki səhvlərini təkrarlamasınlar”.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ