Cümə günü, 06 noyabr 2026
     

Qarabağ münaqişəsinin həlli istiqamətində mühüm dəyişikliklər...

Image


Ermənistanda mütləq diktora çevrilən baş nazir Nikol Paşinyan hakimiyyət dayaqlarını möhkəmləndirmək üçün özünə rəqib saydığı bütün dairələri sıradan çıxarmaq yolunda indi ən sərt üsullardan belə faydalanmağa hazırlaşır.

Hazırda görünən budur ki, baş verənlər fonunda ermənilərin millət və dövlət kimi formalaşmasında rol oynayan əsas amillərlə hakimiyyət arasında ciddi ziddiyyət yaranıb. Söhbət  kilsə, Rusiya faktoru, diaspor və “Qarabağ klanı”ndan gedir. Nikol Paşinyanın diasporla münasibətləri kifayət qədlər ziddiyyətlidir. Kilsə və Rusiya ilə münaisbətləri də olduqca gərgindir. “Qarabağ klanı” ilə onun arasında isə əsl düşmənçilik gedir.

Bütün bunların nəticəsi isə Ermənistan üçün fəlakətli hal sayılır. Əvvəla o baxımdan ki, diaspor, kilsə və Rusiya faktorunun aradan qalxması Ermənistanın bir dövlət olaraq tarixin arxivinə gömülməsini şərtləndirir. Çünki qeyd edilən amillər olmadan Ermənistanın bir dövlət olaraq varlığını davam etdirməsi sadəcə mümkünsüzdür. Ölkənin ehtiyatları, mövcud potensilaı kənar yardımlar olmadan onun mövcudluğunu davam etdirməsinə imkan vermir. Bu mənada, yaranmış vəziyyət işğalçı ölkənin bir dövlət olaraq varlığıın davam etdirməsini ciddi sual altına alır. Ekspertlər hesab edir ki, elə bu vəziyyət də Dağlıq Qarabağ münaqişəsinin həllində tamam yeni bir vəziyyət yaratmaq iqtidarındadır. Çünki varlığı artıq sual altına düşməkdə olan Ermənistanın işğal siyasətini davam etdirməsi mümküsüz sayılır.

Başqa bir tərəfdən, “Qarabağ klanı” və komandasının bir sıra üzvləri ilə düşmənçilik siyasəti yaşayan Paşinyanın onlara qarşı gedişləri Ermənistanda ciddi daxili qarşıdurmanın əsaslarını qoymaqdadır. Belə qarşıdurma da Ermənistanın əhəmiyyətli dərəcədə zəifləməsi və işğal siyasətini davam etdirməsinin daha da çətinləşməsi deməkdir. Belə görünür ki, ümumiyyətlə, qarşıdakı günlər ərzində Ermənistanı böyük daxili qarşıdurma gözləyir. Ən azından, Paşinyanın Los-Ancelesdə səsləndirdiyi fikirlər onun “Qarabağ klanı”na qarşı daha amansız olacağını göstərir. Bu xüsusda Paşinyan vurğulayır ki, “Qarabağ klanı”nın əsas təmsilçiləri olan Ermənistanın keçmiş prezidentləri Robert Köçəryan və Serj Sarkisyanın bundan belə ölkədə siyasi fəaliyyətlərini davam etdirmək şansı yoxdur: "Ermənistan əhalisi həm Köçəryanın, həm də Sarkisyanın və tərəfdarlarının 2018-ci ildəki bütün bəyanatlarını şərh edib, bu günə qədər də qiymətləndirməyə davam edir. Bu adamlar başa düşmürlər ki, daha Ermənistanda siyasi fəaliyyətlərini davam etdirmək şansları yoxdur". Paşinyan eks-prezidentlərin və tərəfdarlarının "Köçəryan və Sərkisyanının erməni dövlətçiliyini qurmaq üçün tər tökdükləri barədə " ifadələrini əsassız adlandırıb: "Tər töküb nə ortaya çıxartdılar? Öz milyonlarını? Bəli, Əgər bunları demək istəyirlərsə, yaratdıqları "qəsrləri” və yığdıqları milyonları tezliklə itirəcəklərinə böyük təhlükə mövcuddur. Mən buna ümid edirəm. Əslində onlar yığdıqları milyonları çoxdan itirməli idilər, lakin hələ də böyük maliyyə və iqtisadi qaynaqlara sahibdirlər. Onların oğurladığı pullar son qəpiyinə kimi geri qaytarılacaq. Mən bundan öncə də dəfələrlə Serj Sarkisyanın ailəsinin korrupsiya yolu ilə dövlət büdcəsindən mənimsədikləri külli miqdarda pulları geri qaytarmağa borclu olduqlarını vurğulamışam. Artıq bir hissəsini geri qaytarıblar, ancaq indi qalan hissəsini geri qaytarmalıdırlar. Görəsən, Sarkisyanın ailəsi və Robert Köçəryan bu milyonları hansı qabiliyyətlə və necə əldə ediblər? Bunlar vunderkinddirlərmi? Bəs, indi niyə bu milyonları qazana bilmirlər? Biz onları narahat edirik? Onda pul qazanmaq üçün xaricə getsinlər”. Paşinyanın sözlərinə görə, həm Köçəryanın, həm də Sarkisyanın maddi imkanları, siyasi ambisiyalarından asılı olmayaraq, 1998-ci ildəki status-kvoya qayıtmalıdır. Aydındır ki, “Qarabağ klanı” Paşinyanın məsələyə bu şəkildə yanaşmasını cavabsız qoymayacaq. Onların baş nazirə qarşı gedişləri isə Ermənistan daxilində vətəndaş müharibəsinin belə başlanmasını istisna etmir.

“1-in.am” portalı isə yazır ki, “Qarabağ klanı” ilə yanaşı, Paşinyan komandasının artıq keçmiş üzvlərilə qarşıdurma da Ermənistana müsbət heç nə vəd etmir: “Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) direktorunun müavini, polkovnik Eduard Martirosyan bu xidmətin direktoru vəzifəsinin müvəqqəti icraçısı təyin edilib. Baş nazir eyni zamanda polis rəisinin birinci müavini, polkovnik Arman Sarkisyanın polis rəisi vəzifəsinin müvəqqti icraçısı təyin edildiyi barədə məlumat verib. Baş nazir deyib: “Məlumat verirəm ki, Ermənistan qanunvericiliyilə müəyyən edilən bu status və bu statusda olan bizim həmkarlarımız iki sistemə də rəhbərlik etmək üçün tam səlahiyyətə malikdirlər. Biz formal olaraq prezidentin müvafiq fərmanı imzalamasını və dərc etdirməsini gözləyirik”. Ehtimal edilir ki, parlament qanunvericiliyə əlavə və dəyişikliklər edənə, polis rəisi və MTX direktoru vəzifəsi siyasi post olanadək baş nazir yanında olan bu xidmətlərə vəzifələri müvəqqəti icra edənlər rəhbərlik edəcək.

Sosial şəbəkələrdə son günlərin kadr dəyişiklikləri haqqında danışanların və böhranla, hətta hakimiyyətin ölümü ilə bağlı xəbərdarlıq edənlərin hamısını isə narahat edən olanların ölkə daxilində yaradacağı qarşıdurmadır. Artur Vanetsyanın və Valeri Osipyanın istefaları ilə inqilab komandası böhran keçirir. Bizim istəyib-istəməməyimizdən asılı olmayaraq, MTX və polisdəki, demək olar ki, bütün yüksək rütbəli məmurlar öncəki sistemlə əlaqəlidir.

Paşinyan, mahiyyətcə, “yarımçıq mübarizə” mərhələsinin başa çatdığını elan edir, son kadr dəyişikliklərinin məntiqini də məhz bunda axtarır. Amma bunun yaradacağı qarşıdurmanı, görünür, Paşinyan əvvəldən hesablamayıb. Buna müvafiq olaraq, hakimiyyət zəifləyib, siyasi fəaliyyətin effektivliyinin yüksəldilməsi baxımından heç nə qazanmayıb.  Paşinyanın bu gedişlərindən sonra, şübhəsiz, Ermənistanda daxilli ziddiyətlərin yüksəlməsi qaçılmaz olacaq. Çünki istefaya gedənlər revanşa hazırlaşır. Bu mənada payız, həqiqətən də, qaynar olacaq. İnqilabın “məxməri” qurtardı: Paşinyan qəti zərbə hazırlayır. Amma əks zərbələr Ermənistanı daha da zəiflədəcək”

Daxili qarşıdurmalarla yanaşı, Ermənistanın Rusiya ilə münasibətlərinin getdikcə pisləşməsi də  artıq birmənalı həqiqətdir. Buna bir neçə faktor təsir edir. Onlardan biri budur ki,  Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın həbsdə saxlanması İrəvanla Moskvanın münasibətlərini gərginləşdirən amillərdən sayılır. İkincisi, Paşinyan hakimiyyəti Rusiyanın maraqlarına zidd olaraq Qərblə, ABŞ-la yaxınlaşmaq kursundan imtina etməyib. Moskva isə bunu xoş qarşılamır. Eyni zamanda Ermənistanda Rusiya biznesinin sıxışdırılması da Moskva-İrəvan münasibətlərini gərginləşdirir. Başqa bir amil silah məsələsi ilə bağlıdır. Ermənistanın müdafiə naziri David Tonoyan bəyan edib ki, ölkəsi Rusiyadan silah alışını başqa dövlətlərlə də əvəz edə bilər.  Rusiya hakimiyyətinə qarşı olanlara Ermənistanda sığıncaq verilməsi də Kremldə xoş qarşılanmır. Dövlət Dumasının deputatı Konstantin Zatulin isə Moskva-İrəvan münasibətlərini gərginləşdirən digər bir amilə toxunub. O, Ermənistan sürücülük vəsiqəsinin Rusiyada və əksinə istifadə edilməməsini mənfi hal sayıb. Avrasiya İqtisadi İttifaqına üzv dövlətlərin sürücülük vəsiqələrinin istifadəsi bir-birinin ərazisində yararlıdır. Ancaq Rusiya bu məsələdə bir şərt qoyub: rus dili ikinci dövlət dili olmayan üzv ölkələrin sürücülük vəsiqələri federasiyada etibarsızdır. Ermənistan yeganə ittifaq üzvüdür ki, rus dilinin dövlət statusu yoxdur. Konstantin Zatulin bunun qarşılıqlı münasibətlərə mənfi təsir etdiyini vurğulayır. Bütün bunlar Rusiyanın Ermənistana qarşı münasibətlərində ciddi dəyişikliklərə rəvac verir. Moskva artıq İrəvanın etibarlı tərəfdaş olmadığını aydın görür. Məhz bu durumda Rusiyanın Ermənistan üzərindən əlini çəkməsi qaçılmaz sayılır. Rusiya amilinin sıradan çıxması isə Ermənistanı daha da zəiflədən mühüm məqamlardan sayılır.

Burada maraq yaradan digər cəhət diaspor faktı ilə bağlıdır. Artıq diaspor da Paşinyan iqtidarına etibar etmir və baş nazirin ziddiyyətli açıqlamaları diasporu Ermənistandan uzaq salır. Burada onu da xatırladaq ki, Paşinyan diaspor komitəsini ləğv edəndə hətta kilsə də ona qarşı çıxdı. Ümumerməni katolikosu ona açıq məktub ünvanlayaraq, erməni diasporunun fəaliyyətini yüksək qiymətləndirmiş, komitəyə ehtiyacın olduğunu vurğulamışdı. Amma Paşinyan mövqeyindən geri çəkilmədi və elə o vaxtdan onunla diaspor arasında ziddiyyətlər dərinləşir. Ermənistana diaspor yardımlarının azalması da bununla bağlıdır. Kilsə faktoru da burada öz sözünü deyir. Paşinyanın Los-Ancelesdə keçirdiyi mətbuat konfransında baş nazirin kilsə ilə münasibətlərindəki gərginliyin həllini tapmadığı məlum olub. O bildirib ki, Ermənistan xalqı hökumətin Ümumerməni Kilsəsinin daxili işlərinə qarışmağı tələb edərsə, hakimiyyət təcili olaraq bunu müzakirəyə çıxarıb uyğun addımlar atacaq. Kilsənin buna qarşı çıxması və Paşinyan əleyhinə fəaliyyəti isə hakimiyyətlə onun arasında ziddiyyətləri sadəcə dərinləşdirir. Bütün bunlar Ermənistanın böyük ziddiyyətlər dövrünə qədəm qoyduğunu da açıq nümayiş etdirir. Belə vəziyyətdə Ermənistanın onu ayaqda saxlayan əsas dayaqlardan məhrum olması isə onun bir dövlət kimi məhvə getməsini qaçılmaz edir. Elə bu da, öz növbəsində, İrəvanın mövcud Qarabağ siyasətini davam etdirməsini  mümkünsüz hala gətirir. Aydındır ki, belə vəziyyət Qarabağ münaqişəsinin həllini əhəmiyyətli dərəcədə tezləşdirmək iqtidarındadır.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ