Cümə günü, 06 noyabr 2026
     

ABŞ-da keçirilən forumda Elmar Məmmədyarov Azərbaycan-ABŞ tərəfdaşlığının maraqlı aspektlərini açıqladı - FOTO

Image


Biz qarşılıqlı maraq doğuran digər enerji bağlılığı layihələri ilə məşğul olmağa hazırıq. Xarici İşlər Nazirliyindən baki-xeber.com-a verilən məlumata görə, bunu nazir Elmar Məmmədyarov ABŞ-da “II Xəzər Biznes Forumu”nda çıxışı zamanı deyib.

Nazir bildirib ki, son 30 ildə enerji təhlükəsizliyi, terrorizm və transmilli təhdidlərə qarşı mübarizə sahələrindəki strateji fəaliyyətimiz də daxil olmaqla, Azərbaycan ABŞ-ın bölgədəki etibarlı tərəfdaşı olub: "Azərbaycan Asiya ilə Avropa arasındakı təbii körpü olaraq, ABŞ-ın Mərkəzi Asiya və Əfqanıstana bağlantısını təmin edən əsas ölkədir, eyni zamanda ABŞ-ın Cənubi Qafqazdakı ən böyük ticarət tərəfdaşıdır. 2018-ci ildə ikitərəfli ticarətimiz 860 milyon ABŞ dollarını ötüb - əvvəlki ilə nisbətən 10% artım olub.

ABŞ bu günə qədər Azərbaycan iqtisadiyyatına 10 milyard ABŞ dollarından çox sərmayə qoymuşdur. Eyni şəkildə, Azərbaycan Dövlət Neft Fondu (ARDNF) ABŞ bazarlarına, o cümlədən sabit gəlirə, kapitala və daşınmaz əmlaka 8 milyard ABŞ dollarından çox investisiya qoymuşdur. 250-dən çox ABŞ şirkətləri Azərbaycanda qeydiyyata alınıb və fəaliyyətlərini təşkil ediblər. Amerikanın böyük tikinti və əməliyyat şirkətləri, podratçılar, xidmət təminatçıları və investorları müstəqillik əldə etdikdən etibarən Azərbaycanda böyük və orta miqyaslı layihələrin əksəriyyətində iştirak etmişlər".

E.Məmmədyarovun sözlərinə görə, müstəqillik əldə etdikdən sonra Azərbaycan özünü pan-Avropa və ondan kənarda enerji təhlükəsizliyinə töhfə verən etibarlı və sadiq tərəfdaş kimi doğrultdu: "Ötən həftə, son onilliklər ərzində Azərbaycan iqtisadiyyatını dəyişdirən - Xəzər dənizindəki nəhəng Azəri-Çıraq-Günəşli (AÇG) neft yatağının kəşfiyyatı və işlənilməsi barədə razılaşmaya dair sazişin - "Əsrin müqaviləsi"nin 25 illik yubileyi qeyd edildi. Qərbin digər əsas şirkətləri arasında ABŞ-ın böyük neft şirkətləri “Əsrin müqaviləsi” adını almış Hasilatın Pay Bölgüsü Sazişinin ilkin konsorsiumunun bir hissəsini təşkil edir. AÇG-nin 2049-cu ilə qədər uzadılması ilə bağlı yeni müqavilə 2017-ci ildə imzalanmışdır. Müqavilə çərçivəsində ABŞ-ın Chevron və Exxon şirkətləri AÇG Konsorsiumunun 16 faizdən çox səhminə sahib oldu.

Amerika Birləşmiş Ştatları Cənub Qaz Dəhlizinin bir hissəsi olmasa da, ABŞ ilə möhkəm tərəfdaşlıq və sonuncunun dəstəyi enerji marşrutlarının şaxələndirilməsi və Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsi baxımından vacib olub. ABŞ-ın diplomatik səyləri və Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum boru kəmərlərinin tamamlanmasına töhfə verən Amerika şirkətlərinin iştirakı Cənub Qaz Dəhlizinin uğuru üçün də vacibdir. ABŞ tikinti materialları, işçiləri və podratçıları Azərbaycanda və Avropada bu layihələrin inşası, inkişafı və istismarı baxımından həm maddi, həm də yaxından iştirak edirlər – bura ümumi dəyəri 2 milyard ABŞ dollarından çox olan müqavilələrlə 20-dən çox iri podratçı kontraktorlar (məsələn, Baker Hughes, Bechtel, Cameron, Emerson, GE, KBR, Schlumberger və Siemens) daxildir.

Prezident D.Tramp öz məktublarında ABŞ-ın Cənub Qaz Dəhlizinə davamlı dəstəyini ifadə etmişdir. ABŞ hökumətinin Cənub Qaz Dəhlizi layihəsini bir çox qurumlar daxilində ciddi şəkildə dəstəklədiyini qeyd etmək vacibdir. Cənub Qaz Dəhlizini layihəsi başa çatmaq üzrədir və biz qarşılıqlı maraq doğuran digər enerji bağlılığı layihələri ilə məşğul olmağa hazırıq".

XİN rəhbəri qeyd edib ki, bu ilin may ayında Bakıda keçirilən ABŞ-Azərbaycan İqtisadi Tərəfdaşlıq Komissiyasının dördüncü iclası, qarşılıqlı maraq doğuran sahələrdə, o cümlədən ticarət və sərmayə, nəqliyyat və logistika, kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi və turizm məsələləri üzrə dialoqumuzun gücləndirilməsi və dərinləşdirilməsinə yönəlib: "Bu gün Mərkəzi Asiyadan Xəzər dənizi və sonra Qafqaz üzərindən keçən nəqliyyat yolları xüsusilə aktualdır. Bu gün Azərbaycan regional və transmilli bağlılıq təşəbbüslərinin, o cümlədən əsas nəqliyyat əlaqələrinin və strateji infrastrukturun inkişafı, Avrasiyanın müxtəlif regionları arasında sərnişin və yük daşınmasının inkişafı üçün beynəlxalq logistika mərkəzlərinin və sərbəst ticarət zonalarının yaradılmasının fəal iştirakçısı və onu təşviq edən tərəfdir.

Bakı-Tbilisi-Qars dəmir yolu Avropa ilə Çin arasında yük və sərnişin əlaqəsi yaradaraq Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirir. Dəmir yolu xətlərinin bir-biri ilə kəsişməsi öz-özünə təmin olunmur və kommersiya baxımından əlverişli olması üçün hazırda tariflərin unifikasiyası üzərində işləyirik. Bakı-Tbilisi-Qars, Asiyanı Avropa ilə birləşdirən və Azərbaycan, Gürcüstan, Qazaxıstan və Türkiyə ərazisindən keçən, 6500 km uzunluğunda olan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun bir hissəsidir. Bu nəqliyyat əlaqələri açıq dənizə çıxışı olmayan Mərkəzi Asiya, eləcə də Cənubi Qafqaz regionu üçün böyük əhəmiyyət daşıyır. İlk konteyner qatarları bu marşrutun tranzit müddətini 30-35 gündən 15 günə endirə biləcəyini sübut etmişdir. Transxəzər dəhlizi, özəl sektorun genişləndirilməsi üçün investisiya, ticarət və tranzit sahəsində əlavə imkanlar yaradacaqdır.

Son illərdə Hökumətimiz iş mühitinin yaxşılaşdırılması, o cümlədən məhdud qiymət nəzarəti, şirkətlərə qoyulan xarici kapitalın miqdarına heç bir məhdudiyyətin qoyulmaması, mənfəətin və texnologiyaların transferi repatriasiyasına qoyulan məhdudiyyətlərin aradan qaldırılması, xarici və yerli investorlar arasında ayrıseçkiliyin qoyulmaması, xarici valyuta mübadiləsi məhdudiyyətləri və xarici sərmayələrin əvvəlcədən avtorizasiyası kimi hədəflənmiş islahatlara diqqət yetirir.

Sahibkarlıq sahəsindəki bütün yoxlamalar 2021-ci ilə qədər qanunvericilik səviyyəsində dayandırılıb. Aktiv makroiqtisadi siyasət sayəsində 2017-2019-cu illərdə iqtisadiyyat sabitləşib.

Azərbaycan 2018-ci ildə Qlobal Rəqabət Qabiliyyəti hesabatında 35-ci, Dünya Bankı tərəfindən dərc edilmiş 2019-cu il “Doing Business Report”a uyğun olaraq dünyada 25-ci yerdə, o cümlədən biznesin qurulması üçün 9-cu və Dünyada investorların müdafiəsi üzrə 2-ci yerdədir. Azərbaycanda inkişaf etmiş biznes və investisiya mühiti ABŞ-Azərbaycan işgüzar dairələri arasında (B2B -business to business) əlaqələr yaratmaq üçün yeni imkanlar açır.

Azərbaycan, eyni zamanda, İrs (Heritage) Fondunun ən qabaqcıl hesabatı olan “2019 İqtisadi Azadlıq İndeksi”ndə ən böyük irəliləyiş əldə edən ölkədir. Hesabatda Azərbaycan 1995-ci ildə İndeks tətbiq olunandan bəri Qanunun Aliliyi kateqoriyasında ən yaxşı inkişaf etmiş ölkə olaraq qeyd olunub. Azərbaycanda mülkiyyət hüquqlarının, investisiya azadlığının və maliyyə sağlamlığının kəskin artması müşahidə edilib.

İqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı hökumətimizin əsas uzunmüddətli hədəflərindəndir. Milli iqtisadiyyatın inkişafı üçün strateji yol xəritələri iqtisadi islahatları daha da dərinləşdirəcəkdir.

Həmin islahatlar üzərində işlərin qurulması və iqtisadiyyatın rəqabət qabiliyyətini və dayanıqlılığını artırmaq üçün növbəti mərhələ kimi 2021-2025-ci illəri əhatə edən daha dərin iqtisadi islahat proqramının inkişafına başlanılıb.

Ümumilikdə əlverişli iş mühiti və məqsədyönlü islahatlar biznes və investorlar üçün əlavə imkanlar təmin edəcəkdir.

Sonda Amerika-Azərbaycan Ticarət Palatasının (USACC) və Azərbaycandakı Amerika Ticarət Palatasının (AmCham) ölkələrimiz arasında həm enerji, həm də qeyri-neft sektorunda ticari əlaqələrin qurulmasındakı mühüm rolunu xüsusilə qeyd etmək istərdim".



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ