Cümə günü, 06 noyabr 2026
     

Paşinyan ABŞ-da katolikosun və Vanetsyanın “qərarını” eyni anda verdi…

Image


“Qarabağ klanı”nın bir çox üzvlərini həbsə atdıran Ermənistanın baş naziri Nikol Paşinyan bu dəfə diqqəti hakimiyyətinə mane ola biləcək digər şəxslərə yönəldib. Erməni mediası yazır ki, Paşinyan üçün indi əsas təhlükə komandasının üzvləri, eləcə də ölkənin siyasəti həyatına hələ də müəyyən təsir gücü olan kilsədir.

Qeyd edək ki, əslində, kilsəyə qarşı da müəyyən addımlar atacağının ilkin anonsunu artıq Nikol Paşinyan Los-Ancelesdə keçirdiyi mətbuat konfransında bəyan edib. Burada baş nazir bildirib ki, Ermənistan xalqı hökumətin ümumerməni kilsəsinin daxili işlərinə qarışmağı tələb edərsə, hakimiyyət təcili olaraq bunu müzakirəyə çıxarıb uyğun addımlar atacaq. Onun sözlərinə görə, Ermənistan hökumətinin liberal siyasətini bəzi siyasi qüvvələr zəiflik kimi dəyərləndirir: “Bu səhv yanaşmadır. Bu hal artıq bəzi ruhani dairələrdə də müşahidə edilməkdədir. Bizim kilsənin daxili işlərinə müdaxilə etməyəcəyimiz barədə dediklərimizi “kilsədəkilər” zəiflik kimi qiymətləndirir. Onlar çox sərt əks-zərbə alıb, birbaşa və dolayı olaraq diz çökəcəklər. Təkrar xəbərdarlıq edirəm, bizim təbəssümümüzü və hörmətimizi kimsə zəiflik hesab etməsin”. Bütün bunlar yaxın tezlikdə Paşinyanın kilsəyə qarşı inzibati resursları işə salacağını deməyə əsas verir.

Paşinyan komanda üzvlərindən özü üçün təhlükəli saydığı şəxslərin də sıradan çıxmasından ötrü güc amilindən faydalanmağı düşünür. Bu xüsusda, artıq aydın məsələdir ki, onun hədəfində olacaq əsas şəxslərdən biri Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanetsyandır. Vanetsyanın son açıqlamaları Paşinyanı ona qarşı daha da aqressivləşdirib. Ermənistanın  “Past” qəzeti etibarlı mənbələrinə istinadən yazıb: “Paşinyan Artur Vanetsyana qarşı cinayət işinin başlanmasını nəzərdən keçirməyi əmr edib. Eləcə də Futbol Federasiyası İcraiyyə Komitəsinin üzvlərinə qanuni üsulları tapmağı və Artur Vanetsyanın federasiya prezidenti vəzifəsindən kənarlaşdırılmasına nail olmağı tapşırıb.

O, Ermənistan milli komandasının Lixtenşteyn və Finlandiya komandalarını məğlub etmək, bu qrupda ikinci yeri tutmaq və nəticədə AVRO-2020-nin final mərhələsinə yüksəlmək üçün böyük şanslarının olmasından xüsusilə narahatdır. Çünki bu, təbii ki, Artur Vanetsyanın yüksək reytinqinin daha da artmasına səbəb olacaq. Paşinyan bu vəziyyəti aradan qaldırmaq üçün ətrafındakı müxtəlif siyasi qüvvələri, siyasətçiləri, iş adamları və ictimai sektorun nümayəndələri ilə bir sıra görüşlər keçirməyə təşəbbüs göstərib”.

Erməni politoloq Karen Köçəryan da bildirib ki, Paşinyan Vanetsyanı hər vəchlə sıradan çıxarmağa çalışacaq: “Əlbəttə, Vanetsyan və Paşinyan 1,5 ildir televiziya və ya “Facebook” üzərindən ünsiyyət qurmurlar, yəni onlar arasında hansısa razılaşmalar olub. İndi isə bəzi şeylər baş verir və Vanetsyan deyir ki, razılaşma pozulub”. Onun sözlərinə görə, Vanetsyan istefa mətninə əsasən siyasətə girir: “Bu şəraitdə cinayət işi açılması və ya Vanetsyanın həbs olunma mümkünlüyü istisna olunmur”. Xatırladaq ki, Paşinyan Los-Ancelesdə keçirdiyi mətbuat konfransında Artur Vanetsyanın istefa bəyanatını kəskin tənqid edib, onun zabit paqonlarını "zibil yeşiyinə atdığını" bildirib. Vanetsyan dərhal ona cavab verib, Paşinyanın hərbi işlərdən və zabit şərəfi deyilən anlayışdan xəbərsiz olduğunu bildirib. Və deyib ki, kimin yerinin zibillik olacağı hələ məlum deyil: “Zaman kimin və nəyin zibillikdə olduğunu göstərəcək. Nikol Paşinyan Los-Ancelesdə keçirdiyi mətbuat konfransında yenidən məlumatı az olan məsələlərdən danışıb. Nə vaxtadək ictimaiyyətə yalan danışıb “bizimlə olmayanlar milləti satanlardır” tezisini irəli sürəcək? Onunla razı olmayanlarla xələflərinin etdiyi kimi davranır. Mən yenə təkrar edirəm, məni əvvəlkilərlə bağlamağa cəhd etməyin”. Vanesyan Paşinyanı Konstitusiyanı bilməməkdə də ittiham edib. Bildirib ki, bu qanuna əsasən, müharibə şəraiti olmayanda baş nazir ali baş komandan səlahiyyətini daşımır: "İstefa barədə bəyanatımı oxusa, əminəm ki, nəyi nəzərdə tutduğumu anlayacaq. Ona görə də zamanın kimin və nəyin zibilliyə atacağını göstərəcəyinə əminəm”. Ermənistan Təhlükəsizlik Şurası administrasiyasının keçmiş işçisi Ara Qasparyan bildirib ki, baş verənlər ölkə daxilində ziddiyyətlərin daha da artacağının real təsdiqidir: “Ermənistanda baş verən bu dəyişikliklər hüquq-mühafizə orqanları ilə əlaqəlidir və hakimiyyət cəmiyyətlə sərt qarşıdurmaya hazırlaşır, çünki insanların həyatı dəyişməyib, hakimiyyətin həlləri yoxdur”. O qeyd edib ki, Ermənistanda yaranmış siyasi vəziyyətin qiymətləndirilməsini bir neçə cümlə ilə təsvir etmək çətindir: “Birincisi, bizim hakimiyyət dəyişikliyindən sonra əvvəlki siyasi rejim dövründən yığılıb qalmış çoxlu sayda problemlərin bir hissəsini cəld həll etmək imkanımız var idi. Digər hissəsi isə daha dərin problemlərdir, bu problemlər daha yaxşı sistemləşdirilmiş iş, olduqca ciddi sistem dəyişiklikləri və resursların cəlb edilməsini tələb edir. Siyasi vəziyyət çoxsaylı problemlərlə şərtləndirilib. Həmin problemlər öz həllini gözləyirdi, vətəndaşlarımız bu vəziyyətdən narazı idilər və küçəyə çıxdılar. Bu problemlər indi də həll edilmir. Hökumət hakimiyyət dəyişikliyi zamanı qazandığı yüksək reytinqin aşağı düşdüyünü başa düşür. Hakimiyyətin həll yolları yoxdur”. Onun sözlərinə görə, Paşinyan hökuməti erməni cəmiyyətinin gözləntilərini və probelmlərini həll etmir: “Cəmiyyət institusional islahatlar, siyasi reformalar, idarəetmənin səmərəliliyinin artırılmasını gözləyirdi, lakin biz görürük ki, bütün bunların hamısı reallıqdan uzaqdır. İnsanlar etiraz edəcəklər. Hökumət bu hadisələrə hazırlaşır və güc resurslarını öz əlində mərkəzləşdirməyə çalışır. Keçmişdə hüquq-mühafizə orqanlarının təyin olunmasında müəyyən filtrlər var idisə, indi onlar çıxarılır”. Bu vəziyyətdə indi gözləntilər bundan ibarətdir ik, kilsə, eləcə də Paşinyanın təzyiq etdiyi hakimiyyətin indiki və keçmiş üzvləri artıq baş nazirə qarşı “Qarabağ klanı” ilə birləşəcək. Elə bu da Ermənistan daxilində qarşıdurmanın daha da şiddətlənməsi deməkdir. Hətta bəzi ekspertlər bu durumda ölkədə vətəndaş müharibəsinin başlanmasını belə istisna etmir.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ