Cümə günü, 06 noyabr 2026
     

Qafqaz uğrunda yeni geoiqtisadi savaş başlanır – Azərbaycan mühüm aktor kimi…

Image


Dünyanın geosiyasi, geoiqtisadi müstəvisində ciddi dəyişikliklər müşahidə olunması özünü indi daha qabarıq şəkildə büruzə verməkdədir. Xüsusən də Asiya nəhəngi sayılan Çinin iqtisadi gedişləri bu prosesə ciddi təkan verib. Elə bundan irəli gələrək ABŞ-ın Çinlə iqtisadi müstəvidə ciddi savaşa başlaması vəziyyəti əhəmiyyətli dərəcədə gərginləşdirir. Baş verənlər bütün dünya ölkələrinə, eləcə də Cənubi Qafqaza, burada regionun əsas dövləti sayılan Azərbaycana da təsirsiz ötüşmür. Çünki Çinin "Bir kəmər, bir yol" adlı yeni iqtisadi inkişaf strategiyasının əsas dövlətlərindən biri də məhz Azərbaycandır.

Pekinin hələ 2013-cü ildə elan etdiyi "Bir kəmər, bir yol" adlı yeni iqtisadi inkişaf strategiyası, tarixi İpək Yolu üzərində yerləşən dövlətlər də daxil olmaqla, Çinin xarici ölkələrlə qarşılıqlı əlaqələrinin inkişafına və ticari-iqtisadi əməkdaşlığın inkişafı ilə bağlı müvafiq infrastruktur yaradılmasına yönəlib. Avrasiyanın mərkəzində, Şərqlə Qərbin qovuşuğunda yerləşən Azərbaycan isə tarixi İpək Yolunun vacib ölkələrindən biri olub. Müasir dövrdə Azərbaycan beynəlxalq ticarət dəhlizlərinin yaradılmasında fəal iştirak edir. Dünyanın ən böyük ixracatçısı və ən böyük ikinci idxalçı ölkəsi olan Çinin özünün xarici ticari-iqtisadi əlaqələrini daha da dərinləşdirməkdən ötrü irəli sürdüyü "Bir kəmər, bir yol" strategiyası Azərbaycan üçün də yeni əməkdaşlıq imkanları yaradır. Azərbaycan Çinin bu yeni təşəbbüsünün əməkdaşlıq, birgə inkişaf üçün yaratdığı imkanları düzgün qiymətləndirən, strategiyanı dəstəkləyən ilk ölkələrdən biri olub. Cari ilin mayında Pekində baş tutan ikinci "Bir kəmər, bir yol" Beynəlxalq Əməkdaşlıq Forumu çərçivəsində isə Azərbaycan və Çin şirkətləri arasında ümumi dəyəri 821 milyon dollar olan müxtəlif istiqamətlər üzrə 10 sənəd imzalanıb. Bunlar Azərbaycanla Çinin iqtisadi-ticari əlaqələrinin, xüsusən də "Bir kəmər, bir yol" strategiyası üzrə əməkdaşlığının böyük perspektivlərindən xəbər verir. Amma məsələ burasındadır ki, "Bir kəmər, bir yol" Qərbdə, xüsusən də ABŞ-da heç də birmənalı qarşılanmır. Bununda bağlı Rusiyanın " regnum.ru" portalı yazır: “Türkiyənin məşhur eksperti Levent Yılmaz “Yeni Şafak” qəzetində “dünya iqtisadiyyatının ağırlıq mərkəzinin Qərbdən Şərqə yer dəyişdiyi bir vaxtda çoxqütblü dünya şəraitində” Cənubi Qafqazda və Yaxın Şərqdə hadisələrin mümkün inkişafı haqda proqnozları birləşdirən maraqlı məqalə ilə çıxış edib. Onun fikrincə, bu prosesin simvolik göstəricisi Çinin "Bir kəmər, bir yol"  layihəsidir ki, bu da “gözlənilən sabitləşməni deyil, kürəsəl risqlərin çoxalması və hər şeydən qabaq, bu marşrutda yerləşən bütün ölkələri bürüyən bölgəsəl çağırışların kəskinləşməsini” nəzərdə tutur. O bu zaman, hər şeydən öncə, Cənubi Qafqaz və Yaxın Şərq ölkələrini, xüsusən də “qəliz dövrlərin gözlədiyi” Türkiyəni göstərir. İndi deyil, bir az sonra. Yılmaz hələlik “əlüstü bir neçə yöndə potensial rəqibləri aradan qaldırmağa” başlayan ABŞ-ı “sakitliyin baş araqarışdıranı”kimi göstərir. ABŞ bu zaman aşağıdakılardan istifadə edir: “Brexit”ə açıq dəstək yolu ilə Avropa Birliyini, “uzunmüddətli ticari savaşa girişdiyi və coğrafiyaca onu çevrələməyə başlamaqla, yan-yörəsindəki Şimali Koreya, Honkonq və Orta Asiyanı təxribata çəkmək, ya da dəstəkləməklə Çini zəiflətmək”. Sonra “uzun illər sakit bölgə kimi görünən” Kəşmirin problemidir. Yılmaz Rusiyaya bu siyahıda sonuncu yeri ayıraraq bildirir ki, ABŞ ona qarşı “Yaxın Şərqdə yeni strategiyadan istifadə edir, ya da etmək, amma bunu Rusiyaya daha yaxın coğrafı məkana yönəltmək niyyətindədir”.

Türkiyəyə gəlincə, o, Avropa və Asiya arasında strateji önəmli yer tutmaqla Çinin layihəsinə özünü hələlik ehtiyatla əlavə kimi təqdim edir, çünki Anadolu üzərindən Avropanı Gürcüstan, Azərbaycanla, Xəzər dənizi üzərindən Türkmənistan, Qazaxıstan, Özbəkistan, Əfqanıstan, Pakistan və nəhayət, Çinlə birləşdirən qapanan “orta dəhliz”in bir hissəsi kimidir. Bakı-Tiflis-Qars dəmiryolu Türkiyəyə çıxır. Davamı Ədirnə qanadıdır. Artıq Bosforun altında tunel (“Mərmərə layihəsi”), Bosfor üzərində üçüncü körpü tikilib, Qara dənizin sahilində Zonquldağda, İzmirdə Çandarlıda və Aralıq dənizində Mərsində limanların tikintisi və modernləşdirilməsi gedir. Bununla belə, şərq qütbündə türklər üçün ağrılı uyğur məsələsinin Çində “gözlənilmədən” kəskinləşdiyi nəzərə alınsa, Türkiyə eksperti Yılmazın proqnozu gerçəkləşir. O biri yandan, Türkiyə Kadir Has Universitetinin energetika və dayanıqlı inkişaf Mərkəzinin direktoru Volkan Edigerin “Vatan” qəzetində yazdığı kimi, “Türkiyənin daxili və xarici siyasətdə yaşadığı, demək olar, bütün problemlər, mürəkkəb geopolitik durumu və hətta ərazi bütövlüyünün saxlanmasına meydan oxumalar məntiqli olaraq özgə heç nə ilə deyil, ABŞ-ın məhz "Bir kəmər, bir yol" layihəsinə qarşı savaşı ilə izah olunur”. Onun fikrincə, “Türkiyə Çinlə eyni düşərgədə olmasın deyə ABŞ Türkiyəyə bundan sonra da iqtisadi basqı göstərməyə çalışacaq”.

Gördüyümüz kimi, Cənubi Qafqaz ölkələri aralıq geopolitik duruma düşür və Edigerin sözlərinə görə, “müəyyən şəraitdə ciddi şahmat oyununun tam ortasında” ola bilər, çünki Çinin Cənubi Qafqaz-Yaxın Şərq-Avropa layihəsinin tranzit nəqliyyat marşrutlarını onların üzərindən keçirmək nəzərdə tutulur. Yeri gəlmişkən, eyni şey bu layihənin inkişafında önəmli tərəfdaş sayılan İrana da aiddir. Yılmaza görə, nüvə sazişini gerçəkləşdirmək perspekrivləri haqda Tehran və Vaşinqton arasında yaranmış gərginlik də təsadüf deyil və “uzunmüddətli xarakter daşıyacaq”. Amerikanın “EurasiaNet”nəşrinin dəyərləndirdiyinə görə, bax, “Çin Cənubi Qafqazda buna görə ehtiyatla hərəkət edir, amma onun bölgədəki iştirakı getdikcə daha çox gözə dəyir”.

Amma bu bölgənin ölkələri qarşısında orada dərin tarixi kökləri olmayan və onun əsas hədəfinin məhz nə ilə bitəcəyini heç kimin bilmədiyi Çinin iştirakını eyniləşdirmək vəzifəsi meydana çıxır: kommunikasiya strukturunun, ticarətin, ya da daha nəyinsə inkişafına yatırım qoymaq. Onda Qərbə, Rusiyaya, ya da Türkiyəyə Çin üzərindən bu qədər qəliz labirintdən çıxmaq Cənubi Qafqaz ölkələrinin nəyinə gərəkdir? Söhbət Çində hələ də böyük həcmdə istehsal edilən, Avropa bazarlarına çatdırılmalı malların satışı üçün ancaq yeni bazar və marşrutlar yaratmaqdan gedirsə, Avropada onlara tələbat düşəndən sonra nə olacaq?

İndi Rusiyanın Cənubi Qafqazda dayanıqlı, amma bir qədər dar siyasi, iqtisadi və hərbi iştirakı müşahidə olunur. Orada ABŞ, AB və əlbəttə, Türkiyə ilə İranın maraqları ifadə olunub. ABŞ dövlət katibi Mayk Pompeo bu yaxınlarda Qara dənizdə Anaklia layihəsini həyata keçirməyin problemlərinə toxunaraq xəbərdarlıq edib ki, ora “Rusiya və Çinin təsirinə düşə bilər”. Rusiya ilə hələ necə olursa-olsun, Gürcüstanda bu yaxınlardakı siyasi sarsıntılarla bağlı Çinin adının çəkilməsi isə ABŞ-dan ilk dəfə səslənib. Bu nəyi bildirir?

İndi ABŞ üçün Cənubi Qafqaz ölkələrini buna inandırmaq önəmlidir ki, Rusiya və Çin bölgədə bir ələ oynayır. Bu durumda Gürcüstana AB-yə  inteqrasiya kursunu daha dəqiq göstərmək təklif olunur, Qərbin “Modern Diplomacy” nəşrinin iddia etdiyi kimi, “Tiflis hətta Pekinlə də azad ticarət haqda saziş bağlasa da, daha sonra Çinin layihəsindən çıxacaq”. Ermənistan “məxməri” deyilən inqilab vasitəilə əvvəlki sabit xarici siyasət cığırından çıxıb və nəqliyyat infrastrukturunun pis inkişaf etdiyi, hətta Avrasiya İqtisadi Birliyi (AİB) ölkələri ilə ümumi sərhədinin olmadığı bir durumda alternativ həll axtarışında vurnuxur. Hələlik Azərbaycan sabit vəziyyətdədir, lakin onu yeni və əski güc mərkəzləri arasında elə bir balanslaşma gözləyir ki, Qərbdən Şərqə tektonik tərpənişlər anında geopolitik dəyirman daşlarının arasında görünməsin. Yılmaza görə, bu bölgədə önəmli hadisələr üçün ilkin şərtlər indi-indi formalaşır və heç kim bilmir ki, sabah Cənubi Qafqaz ölkələrinin maraqları həm öz aralarında, həm də xarici oyunçularla necə calaşacaq”.  

Bütün bunlar, faktiki olaraq, Cənubi Qafqazda yeni geoiqtisadi çəkişmə mərhələsinin yaşanmaqda olduğunu da təsdiq edir. Belə vəziyyətdə region ölkələri arasında ən yaxşı mövqedə isə məhz Azərbaycan dayanır.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ