Radikal müxalifət içindəki son olaylar dərinləşdikcə, onların iç üzü daha çılpaqlığı ilə üzə çıxır. Artıq neçə gündür ki, daim ixtilafların baş verdiyi və qarşıdurmaların ənənə halını aldığı dağıdıcı müxalifət daxilində yeni çəkişmələrə start verilib. Söhbət “Selcan olayı” ilə start götürən və dağıdıcı müxalifətin qrant uşaqlarının bir-birin qırmasından gedir. Və artıq bir-birinə düşmən kəsilmiş qrupların davası açıq müstəviyə keçib.
Heç kimə sirr deyil ki, ağa qara deməyi vərdiş edən, Azərbaycanın maraqlarını hər zaman zərbə altına qoymağa çalışan dağıdıcı müxalifət təmsilçiləri, qondarma hüquq müdafiəçiləri, ziyalı adına ləkə salan bəziləri illərdir “siyasi məhbus” adı altında biznes şəbəkəsi qurublar.
“Siyasi məhbus” dəllallığının başında duran əsas fiqur antiazərbaycançı dairələrlə ən sıx əməkdaşlıq edən AXCP sədri Əli Kərimlidir. Kərimlinin tərəfdarları etiraf edirlər ki, böyük qrant mafiyası var və “siyasi məhbus” məsələlərinin arxasında böyük pullar dayanır. Hansı ki, bu pullar qəpiyinədək əsasən AXCP sədrinin cibinə gedir. Ə.Kərimlinin inkişaf etmiş Avropa ölkələrində yaşamaq istəyənlər üçün saxta dəlillərin hazırlanması ilə də məşğul olduğu məlumdur. Ona görə, partiya yoldaşlarından fərqli olaraq, Ə.Kərimlinin ailəsi olduqca zəngin həyat sürür. Onlar ilboyu xarici ölkələrin ən lüks hotellərində dincəlir. Ə.Kərimlinin antiazərbaycançı şəbəkədən aldığı və miqdarını öz ətrafında olanlardan da gizli saxladığı qrantlar hesabına özünə dəbdəbəli həyat təşkil etməsini AXCP-də bilməyən yoxdur.
İllərdir dağıdıcı müxalifət nümayəndələri, eləcə də xaricdə Azərbaycan əleyhinə iş aparan, ölkəmizin müstəqilliyini, inkişafını həzm edə bilməyən mərkəzlərlə əməkdaşlıq edən milli satqınlar bunun üçün antiazərbaycançı təşkilatlardan qrantlar alırlar. Bu asan qazanc üstündə illər boyu müxalifətdaxili və antimilli QHT-lər arasında mübarizə gedib və necə deyərlər, bu sahədə də mafiyalaşma yaranıb. Elə məlum düşərgəni təmsil edən müxalifətçilərin özləri də etiraf edirlər ki, böyük qrant mafiyası var və onlardan birinin başında AXCP sədri Ə.Kərimli dayanır. Erməni təəssübkeşi olan və hazırda antiazərbaycançı fəaliyyətini Avropa ölkələrində davam etdirən Leyla Yunusovanın da xaricdən qrant alınmasında aparıcı rol oynadığı sirr deyil.
Dağıdıcı müxalifət daxilində, qeyd etdiyimiz kimi, yeni qalmaqal başlayıb və indi onlar özləri-özlərini ifşa edirlər. Elə qrantla bağlı söz-söhbətlər də bu qalmaqaldan sonra ortaya çıxıb. Başqa sözlə, dağıdıcı müxalifət və ona bağlı olan QHT-lər daxilində xaricdən qrant alınması və istifadəsi üstündə dərin ziddiyyətlər, dartışmalar, çəkişmələr mövcuddur. Təsadüfi deyil ki, bir vaxt E.Millinin radikal müxalifətin və onun satellit QHT-lərinin “haqqını” və ayrılan qrantları təkbaşına mənimsəmək cəhdi digər “qrantyeyənlərin” qəzəbinə səbəb olmuşdu. Məsələn, Ə.Kərimlinin dəstəsindən olan Natiq Adilov sosial şəbəkədə E.Millini saxtakarlıqda və qrant üçün fəaliyyət göstərməkdə ittiham etmişdi. Cəmil Həsənli isə E.Millinin rəhbəri olduğu “Meydan TV”nin aldığı qrantları doğrultmadığnı yazmışdı.
Tərəflər arasında qrant uğrunda mübarizə özünü sosial şəbəkələrdə daha aşkar şəkildə büruzə verir. Bu günlərdə Fransada məskunlaşmış Məhəmməd Mirzalının sosial şəbəkələrdəki paylaşımı da buna bariz sübutdur. Sitat:
”2012-ci ildə Emin Millinin evində azərbaycanlı jurnalistin intim videosu çəkilir. Xüsusi xidmət orqanları tərəfindən çəkilən videodan sonra intim videosu çəkilən xanım jurnalist təhdid olunur, ondan Azərbaycan iqtidarı barədə yazdığı tənqidi yazıları dayandırmaq tələb olunur. Jurnalist bunu etmədiyinə görə intim video yayılır. Həmin dövrlərdə Emin Milli ilə yaxından dost olan şəxsin şəxsən mənə dediyinə görə, Emin özü ölkədəki jurnalistlərə, ictimai sektor fəallarına evini cütlüklərin görüş yeri kimi istifadə etməyi təklif edirmiş. Daha sonra məlum oldu ki, həmin evdə təkcə qeyd etdiyim jurnalistin yox, digər ictimai fəalların da videosu çəkilib”.
Mirzalı daha sonra yazır:
“Emin ingilis dilində post paylaşıb Azərbaycanın real müxalifətçilərinə qara yaxmağa da başlayıb. Xüsusi xidmət orqanlarının planlarının tərkib hissələrindən biri də budur ki, Əliyevlərə qarşı mübarizə aparanlar beynəlxalq aləmdə gözdən salınsın. Əslində isə Eminin gerçək kimliyini mən beynəlxalq təşkilatlara çatdıracam, bu yazımı müxtəlif dillərə tərcümə elətdirib Eminin qrant aldığı təşkilatlara bir-bir göndərəcəm”.
Təsəvvür edin, bu adam beynəlxalq təşkilatlara müraciət edib Azərbaycanda söz azadlığı, müstəqil jurnalistikanın inkişaf etdirilməsi adı altında pul alır, sonra isə səhifəsində iqtidara qarşı mübarizə aparan müxalifətə qarşı post paylaşıb həmin postu pulla reklam edir”.
Baxın, bir zamanlar bir cəbhədə olan bu adamlar qrant uğrunda bir-birinə, el dilində desək, itin sözünü belə deyirlər, ən dar məqamda bir-birini satırlar. Budur, bunların demokrat maskası. Özləri cırırlar.
Bir dostumuzun dediyi kimi: Siz öz övladlarınızı, ailənizi fəaliyyətinizin səmimiliyinə, apardığınız siyasətin doğruluğuna inandıra bilmirsiniz. Övladlarınız üsyan püskürür sizə. Çünki onlar sizi hamıdan gözəl tanıyır. Ona görə də bir statusla sizi bitirə bilirlər. "Bizi xalq dəstəkləyir" deyib şüvənlik etməyin. Sizi övladlarınız nəinki siyasətçi olaraq, ata olaraq qəbul etmirlər, dəstəkləmirlər. "Selcan müsibəti"ndən daha betərləri var. Çox keçməz, çıxar üzə...”.
S.MƏMMƏDLİ