Cümə günü, 06 noyabr 2026
     

Qarabağ təcavüzkarlığı Ermənistan üçün daha böyük problemə çevrilir

Image


Ermənistan daxilində gərginləşən vəziyyət, hakimiyyətdə baş verən çatlar, fikir ayrılıqları və bu qəbildən olan digər halların Dağlıq Qarabağ münaqişəsinə də öz təsirini göstərəcəyi ekspertlər tərəfindən qaçılmaz hal sayılır. Məsələ burasındadır ki, mövcud erməni hakimiyyətinin Qarabağ məsələsində  vahid mövqe sərgiləməsi artıq müşkülə çevrilib. Eyni zamanda görünən budur ki, hakimiyyətdə bir çoxları baş naziri Nikol Paşinyanın Qarabağla bağlı populist mövqeyi ilə də razılaşmır. Çünki Paşinyanın addımları məsələnin dinc müstəvidə həllini dalana dirəyir və belə vəziyyətdə Azərbaycanla savaşın başlanmasının Ermənistanın sonu ola biləcəyini dərk edənlərin sayı az deyil.

Digər tərəfdən bütün bunlar elə bir vaxtda baş verir ki,  Ermənistan əsas xarici himayədarlarının, xüsusən də Rusiyanın dəstəyindən məhrum olub. Məhz bu durumda Paşinyanın vəziyyəti gərginləşdirən mövqe nümayiş etdirməsi Ermənistan üçün olduqca təhlükəli hal sayılır. Bununla yanaşı, görünən həm də odur ki, Paşinyan mövqeyi üzündən getdikcə təklənir və onun komandasının dağılma prosesi də getdikcə sürətlənəcək. Qeyd edilənlərlə bağlı Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyanın “Qraparak” qəzetinə müsahibəsində səsləndirdiyi fikirlər xüsusi diqqət cəlb edir: “Paşinyan mənim istefamdan sonra yanıma müxtəlif adamları göndərərək bir müddətlik susmağımı xahiş edib, amma görürəm ki, o, növbəti dəfə razılaşmaları pozub, populist bəyanatlar verir. Aydındır ki, Paşinyan öz sözlərinin nəticələri haqqında düşünmür, yalnız insanlara anlıq təsiri fikirləşir. Təsəvvür edin ki, mən nəticələrini düşünmədən danışmağa başlayıram. Cəmiyyəti “kim bizlə deyilsə, o satqındır” fikrini irəli sürərək, nə vaxta qədər fikir ayrılığına salmaq olar? Kimsə Paşinyanla razı deyilsə, o, keçmişdəkilərin sifarişi ilə hərəkət edir. Demişəm və təkrar edirəm ki, məni keçmişdəkilərlə əlaqələndirməyə cəhd etməyin. Xatırladıram ki, sülh dönəmində Ermənistan baş naziri Ali Baş Komandan deyil. Mənim bəyanatımı oxuyanlar nə dediyimi anlayıblar. Mən əminliklə deyirəm ki, zaman kimin və nəyin zibillikdə olacağını göstərəcək. İnanıram ki, xalq manipulyasiyaya getməyəcək”. .

Qeyd edək ki, Paşinyan Los-Ancelesdə jurnalistlərə açıqlamasında Vanetsyanın bəyanatını Ali Baş Komandana, yəni özünə hörmətsizlik kimi dəyərləndirib: “Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri olmuş Artur Vanetsyanın istefadan sonra yaydığı bəyanat Ermənistan Silahlı Qüvvələrinə hörmətsizlikdir. Vanetsyan bəyanatında zabit şərəfindən bəhs etdi. O, Milli Təhlükəsizlik Xidmətinin de-yure direktoru olaraq özünün Ali Baş Komandanına qarşı bəyanat verir. Zabit şərəfinə bundan hörmətsiz münasibət ola bilməz. Vanetsyan bu bəyanatı istefa sərəncamından dərhal sonra yaydı. Siz bilirsiniz bu nə deməkdir? Bu, rütbələrini zibilliyə atmaq deməkdir”. Paşinyan deyib ki, bəyanatın Ermənistan Milli Təhlükəsizlik Xidmətinin  saytında yerləşdirildiyini sonradan bilib: “Mən biləndən sonra çıxardılar, nə etməli idilər? Nə qalmalı idi? Zabitin belə bir şey etməsi rütbəsini zibil qutusuna atması deməkdir. Sonuncu dəfə belə bir şeyi 1991-ci ilin “putçistləri” edib”.  Qeyd edək ki, Vanetsyan istefasından dərhal sonra Paşinyan hökumətini tənqid edərək, onu kortəbii qərarlar qəbul etməkdə ittiham edib.

Bütün bu qeyd edilənlər Paşinyan komandası daxilində ciddi ziddiyyətlərin olduğunu aydın nümayiş etdirir və Artur Vanetsyanın açıqlamaları bunun real təsdiqi sayılır. Erməni siyasi şərhçi Naira Ayrumyan isə qeyd edir ki, hakimiyyət daxilində yaşananlar böyük təhlükələrin göstəricisidir və bu ziddiyyətlərin təsir göstərəcəyi məqamlardan biri məhz Qarabağ münaqişəsi olacaq: “Çünki Paşinyanla generallar arasında da ziddiyyət var. Belə vəziyyətdə cəbhədə hər hansı hərbi əməliyyat ordumuz üçün ciddi iflasla nəticələnə bilər. Çünki generallarla Paşinyan arasında ziddiyyət hərbi əməliyyatların gedişində hansı addımlar atılmasını lazımi qaydada koordinasiya etməyə imkan verməyəcək.

Ümumiyyətlə, hakimiyyət daxilində böyük gərginlik müşahidə olunur.

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin  direktoru Artur Vanetsyan və polis rəisi Valeri Osipyanın istefaları həm də yeni hökumətin gündəliyinin formalaşmasında katalizator rolunu oynaya bilər”. Onun sözlərinə görə, radikal demokratik baxışları olan gənc fəalların daxil olduğu “Mənim addımım” fraksiyasının hakimiyyətə gələn “gənc” nəslini cilovlamaq üçün əyləc lazımdır.
O qeyd edib ki, Ermənistandakı nihilizm mütləq “antikorrupsiya mübarizəsi” və “günahkar” olanların hamısının qisasını almaq üçün köhnə sistemi tamamilə silmək istəyini gizlətməyən yeni hökumətin siyasəti ilə şərtlənir:
“Hakimiyyətdəki bir çoxunun nihilizmi fərqli səbəblərdən qaynaqlanır. Bu qüvvələr yalnız nihilizm tərəfindən qurulsaydı, ölkədə geridönməz sarsıntılar ola bilərdi, bütün bunların məsuliyyəti isə Paşinyanın üzərinə düşə bilərdi. Buna görə hər kəsi və hər şeyi silə bilən kanalın qarşısını almaq lazım idi və “ağlabatan qüvvələrin” mövcudluğu tarazlığı qorumağa imkan verirdi. Artur Vanetsyanın istefası nihilizm dalğasının yenidən yüksəldiyini və indi Paşinyanı təhdid etdiyini sübut edə bilər. Bax, bu durumda Ermiənistan üçün böyük təhlükə formalaşır. Prosesləri diqqətlə izləyən Azərbaycan, yəqin ki, bundan maraqlı istiqamətində addım atacaq. Çünki Ermənistanda vəziyyətin qarışması Azərbaycan üçün sərfəlidir və Naxçıvanda onların mövqelərini irəli çəkməsi elə ötən il Ermənistanda qarışıqlıq olan zaman baş verdi. Paşinyan hakimiyyəti daxilində baş verənlər isə gərginlik və ziddiyyətin hələ uzun müddət davam edəcəyini göstərir”. Analitik hesab edir ki, dövləti qorumağa çalışan hüquq-mühafizə orqanları Paşinyan və partiyasını bu gərginlikdən qorumayacaq.
Ayrumyanın sözlərini görə, “Nihilizm partiyası”nın bir sıra məsələlərdə Paşinyan və hüquq-mühafizə orqanları ilə Amulsar, Köçəryanın həbsi, hakimlərin hökmləri, Konstitusiya Məhkəməsi məsələlərində fikir ayrılıqları var:
“İqtidar partiyası və parlament xaricindəki liberal dəstək düşərgəsi mədənçilikdən tam imtina edilməsi və ekoloqlara qarşı güc tətbiq edilməməsi, Robert Köçəryanın həbsi və bütün “keçmiş”lərin cəzalandırılması, məhkəmə sisteminin tamamilə islah edilməsi və əmlakın müsadirə edilməsi üzrə mütləq hədləri təyin edib. Hətta 70% dəstəyi olan bir partiya belə bu həddə çatmağa qadir deyil. Hüquq-mühafizə orqanları cari, davam edən proseslərin təmin olunması ilə daha çox məşğuldurlar. Həyat keçir və kimin günahlandırılmasından asılı olmayaraq, hər bir çağırışa cavab vermək lazımdır. Amma Paşinyan indiki halda bunu etməyə qadir deyil. Elə bu səbəbdən Qarabağ savaşı yenilənsə, Ermənistanı daha böyük çətinliklərin gözlədiyini demək olar”.

Erməni hərbi ekspert Karen Vrtanesyan da məsələyə eyni prizmadan yanaşır.
Vrtanesyan vurğulayır ki,  Serj Sarksiyan və Nikolun hakimiyyət idarəçiliyini müqayisə edərkən sonuncunun daha qəddar və yarıtmaz olması dərhal nəzərə çarpır: "Serj bir ekstremist idi: heç kimi sona qədər məhv etmirdi. Qəzəbə tuş gələnlər oyundan çıxırdı, cəzalanırdı, lakin hətta ona kələk gələnlər belə amansızcasına cəzalandırılmırdı və ölmürdü. Nikol isə əks-ekstremistdir: kiminlə bir gün yüngül bir fikir ayrılığı olursa, bu onun sonu olur: dərhal həmin adamı "millətin düşməni" elan edirlər, heyvan sürüsü də dərhal hücuma keçir. Bu vəziyyətdə Ermənistan ciddi təhdidlərlə üz-üzə qalıb. Mən burada xüsusilə Qarabağ məsələsini nəzərdə tuturam. Gəlin görək, yaranmış vəziyyətdə bizim Qarabağ məsələsində Azərbaycana müqavimət gücümüz ötən dövrdə azalıb, yoxsa artıb? Təəssüf ki, cavab mənfidir və bütün bunlara görə məsuliyyət baş nazirin üzərindədir. Onun hakimiyyətə gəlişindən sonra Azərbaycan hərbi, diplomatik müstəvidə daha irəliyə gedə bilib".

Beləliklə, qeyd edilənlərdən bəlli olur ki, Ermənistan daxilində baş verənlərin əhəmiyyətli dərəcədə təsir göstərdiyi məqamlardan biri də Dağlıq Qarabağ münaqişəsi ilə bağlıdır.  Qarşıdakı dövr ərzində Ermənistan daxilində ziddiyyətlərin artması fonunda bu ölkənin Qarabağ məsələsində  hansı siyasət yürüdəcəyinə gəlincə, ekspertlər burada bir neçə məqama toxunur. Əvvəla, yaranmış durumda Ermənistanda hakimiyyətdaxili çəkişmələr Qarabağ məsələsini arxa plana ata bilər. Bu durumda məsələnin dondurulmasına razı olmayan Azərbaycan hərbi əməliyyatlar yolu ilə ərazi bütövlüyünü bərpa etmək məcburiyyətində qalacaq. İkinci halda isə Azərbaycanın savaşa başlamasından ehtiyat edən Ermənistan hakimiyyəti, nəhayət, danışıqlarda konstruktiv mövqe sərgiləyə bilər. Bununla həm savaşın qarşısı alınar, həm də Ermənistan bir dövlət olaraq məhv olmaqdan xilas olar. Özü də burada İrəvan Rusiyanın dəstəyindən məhrum olduğunu, bunun Ermənistan üçün nə demək olduğunu mütləq mənada nəzərə almalıdır.

Rusiyalı ekspert Yevgeni Mixaylov isə məsələ ilə bağlı bildirir ki, Ermənistanın cana doymuş xalqı artıq həm sosial-iqtisadi, həm siyasi, həm də ən əsası, Qarabağ münaqişəsinin həlli istiqamətində hakimiyyətdən tələblər edir. O, xalqın iqtidar üzərində bu məsələlərlə bağlı təzyiqinin artıdığını da xüsusi olaraq vurğulayır: “İşğal faktı Ermənistana baha başa gəlir və bütün böhranların əsas səbəbidir. Xalq da bunu yaxşı görür. Qonşulara qarşı düşmənçiliyin sonu yoxdur. Sadə ermənilər artıq hər şeyi dərk edir, rəsmi mövqe ilə üst-üstə düşməyən nəticələr çıxarırlar. Dağlıq Qarabağ münaqişəsinin başlamasından sonra artıq bütöv bir nəsil dəyişib. Bugünkü nəslin əvvəlkilər qədər sağlam olmaması üzündən bir sıra döyüş tapşırıqlarını yerinə yetirmək iqtidarında olmamasına görə erməni əsgərlərinin döyüş hazırlığında kəskin geriləmə göz qabağındadır. Bunun səbəbi də iqtisadiyyatın acınacaqlı vəziyyəti və belə vəziyyətin Qarabağ münaqişəsi üzündən yaranmasıdır. Belə vəziyyətdə xalq artıq münaqişənin həllini tezləşdirməyi tələb edir”.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ