Cümə günü, 06 noyabr 2026
     

Böyük Rusiya biznesi Ermənistanı tərk edir - Moskva İrəvana qarşı yeni cəza mexanizmlərini işə sala bilər...

Image


Moskva və İrəvan arasında gərginləşməkdə olan münasibətlərə daha bir maraqlı nüans əlavə olunmaqdadır. Söhbət yaranmış durumda Rusiya biznesinin Ermənistanı tərk etməyə hazırlaşmasından gedir. Bütün bunlara əsas səbəb isə Nikol Paşinyan iqtidarının Rusiya biznesini ölkədə sıxışdırmaqda davam etməsidir. Hadisələrin inkişaf axarından belə görünür ki, bu dəfə "Rusiya Dəmir Yolları"nın (RDY) törəmə şirkəti olan "Cənubi Qafqaz Dəmir Yolları” İrəvanda hakimiyyətin hədəfinə tuş gəlib.

Xatırladaq ki, Ermənistanda dəmir yollarının idarəçiliyi məhz "Cənubi Qafqaz Dəmir Yolları”nın (CQDY) tabeliyindədir. İndi isə Rusiyanın "Kommersant" qəzeti yazır ki, üzləşdiyi problemlər və təzyiqlər üzündən "Rusiya Dəmir Yolları" Ermənistanın dəmir yolu şəbəkəsinin idarə olunması ilə bağlı sazişi ləğv edə bilər. Məlumata görə, Rusiya tərəfi İrəvanın "Cənubi Qafqaz Dəmir Yolları”nın işinə mane olduğunu bəyan edib. Ermənistanda isə bu xüsusda Rusiya hökuməti ilə danışıqlar aparıldığını bildiriblər.

Xatırladaq ki, 2018-ci ilin avqustunda Ermənistan Dövlət Gəlirlər Komitəsi "Cənubi Qafqaz Dəmir Yolları”nda axtarışlar həyata keçirib və şirkəti vergi pozuntularında ittiham edib. Ermənistanın baş naziri Nikol Paşinyan "Kommersant"a müsahibəsində "Cənubi Qafqaz Dəmir Yolları”nın törəmə şirkətində 60 milyon dollar məbləğində sui-istifadə faktı aşkarlandığını və vergidən yayınma şübhəsi ilə cinayət işi başlandığını deyib. Rusiya tərəfi bütün ittihamları rədd edir. Rusiya Nəqliyyat nazirinin müavini Vladimir Tokarevin bildirdiyinə görə, Ermənistan "Cənubi Qafqaz Dəmir Yolları”nın normal işləyə bilməyəcəyi vəziyyət yaradıb. O həmçinin qeyd edib ki, "Cənubi Qafqaz Dəmir Yolları” Ermənistanla sazişin vaxtından əvvəl ləğvi ilə bağlı məsələnin ciddi şəkildə araşdırılmasına başlayıb. Hesab edilir ki, dəmir yolu ilə bağlı anlaşma pozulsa, bu hal iki ölkə arasında növbəti böyük qalmaqalın göstəricisi olacaq. Aydındır ki, Moskva bunları cavabsız buraxmayacaq.

Digər tərəfdən, belə vəziyyətdə Ermənistanın İrandan ölkəyə dəmir yolu çəkmək niyyətinin də tam iflasa uğrayacağı gözlənir. Xatırladaq ki, İrəvan hələ 2014-cü ilin avqustunda İrandan Ermənistana dəmir yolunun çəkilməsi haqqında dövlət proqramı hazırlayıb. Proqrama əsasən, 300 kilometrlik dəmir yolu 64 körpüdən, 60 tuneldən və 27 stansiyadan ibarət olmalı idi. Layihənin ümumi dəyəri isə 3,5 milyard dollar həcmində dəyərləndirilirdi. Lakin ötən müddətdə bu istiqamətdə heç bir addım atılmayıb ki, bunun da həm siyasi, həm də iqtisadi səbəbləri var.

Siyasi səbəb ondan ibarətdir ki, bu gün dünya ictimaiyyəti aydın şəkildə Ermənistanın müstəqil olmadığını anlayır. Mühüm siyasi qərarların İrəvanda deyil, başqa paytaxtlarda verildiyi hamıya gün kimi aydındır. Belə vəziyyətdə Rusiya Ermənistanın İranla dəmir yolu əlaqəsini inkişaf etdirməsinə birmənalı şəkildə imkan verməyəcək. 

İqtisadi səbəblərə gəldikdə, qeyd etmək lazımdır ki, dəmir yolunun çəkilişi üçün Ermənistanın ümumi icmal büdcəsində belə 3,5 milyard dolların heç üçdə bir hissəsi yoxdur. Beynəlxalq investorlar isə Ermənistanın uydurma layihələrinə deyil, real gəlir gətirən layihələrə sərmayə yatırır. Eləcə də İran özü “Şimal-Cənub” layihəsinin reallaşması çərçivəsində artıq Ermənistanla dəmir yolu əlaqəsinin çəkilməsinə hansısa maraq göstərmir. Əvəzində, Ermənistanın ölkə daxilində Rusiya şirkətini sıxışdırması isə Moskvanın cavab tədbirləri nəticəsində İrəvanın dəmir yolları şəbəkəsinin tam iflasa uğraması ilə nəticələnəcək.

Xatırladaq ki, "Cənubi Qafqaz Dəmir Yolları” Ermənistanda təzyiqə məruz qalan ikinci ən böyük Rusiya şirkətidir. Bundan əvvəl isə Rusiyaya məxsus “Qazprom Armenia” hədəfə alınıb. Rusiyanın qaz nəhəngi sayılan “Qazprom”un törəməsi olan bu şirkət hələ də  Ermənistanın Dövlət Gəlirləri Komitəsinin əli ilə sıxışdırılır. Qurum ötən ildən şirkətin böyük maliyyə vəsaitlərini vergidən yayındırdığını bildirir. Məlumata əsasən, 2016-cı və 2017-ci illərdə “Qazprom Armenia” şirkəti gəlir və əlavə dəyər vergiləri barədə saxta məlumatlar təqdim etməklə dövlətə vergi öhdəliklərindən milyonlarla dollar az vergi ödəyib. Aparılan yoxlamaların nəticələrinə əsasən, vergi, rüsum və başqa məcburi ödəmələrdə yayınmalarla bağlı cinayət işi başlanıb. “Qazprom Armenia” bu ittihamı gülünc adlandıraraq ünvanına söylənilənləri təkzib edib. Şirkət Ermənistanda ən böyük vergi ödəyiciləri olduqlarını xatırladıb: “Komitənin belə davranışı “Qazprom Armenia”nın nüfuzunu və normal fəaliyyətini təhdid edir”. Hazırda “Qazprom Armenia” ətrafında araşdırmalar davam edir.

Qeyd edək ki, 1997-ci ildə təsis edilən “Qazprom Armenia”  Qapalı Səhmdar Cəmiyyəti Rusiyanın “Qazprom” Qapalı Tipli Səhmdar Cəmiyyətinin törəmə müəssisəsidir. “Qazprom Armenia”  Rusiyadan Ermənistanın daxili bazarına təbii qazı təkbaşına nəql edir. Bununla da onun ölkənin daxili bazarında inhisarçı olmaq hüququ tanınıb. Rusiya hazırda Ermənistana qazı 165 dollara satır. Bununla belə, Ermənistan Rusiyadan “mavi yanacağ”ın qiymətini ucuzlaşdırmasını istəyir. Əks halda, İranı Moskvaya alternativ olaraq göstərir. Amma “Qazprom Armenia” nın baş direktoru Qrant Tadevosyan bunu sərfəli saymır: “İranın min kubmetr təbii qazının istiliyi 7900 kilokalori, Rusiyanınkı isə azı 8200 kilokaloridir. Bu isə Rusiyanın təbii qazının daha çox istilik verməsi deməkdir. Rusiya qazın min kubmetrini 150 dollara satırsa, keyfiyyət göstəricisi daha aşağı olan İranın “mavi yanacağı”nın 135 dollara idxal edilməsi sərfəli olar. Amma İran bu qiymətə qaz satmır və qazın İrandan Ermənistana gəlişi üçün infrastruktur da yoxdur”.

Belə vəziyyətdə Ermənistanın atdığı addımlara uyğun olaraq Rusiya qazı bu ölkəyə 200 dollara satmağa hazırlıq görür. Amma görünən həm də budur ki, İrəvanın təzyiq siyasəti davam etsə, böyük rus şirkətləri Ermənistanı tərk edəcək. Məhz bu durumda Ermənistan daha acınacaqlı bir vəziyyətə düşəcək. Həm də bundan sonra Kreml İrəvana qarşı daha sərt siyasətə üstünlük verməli olacaq.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ