Cümə günü, 06 noyabr 2026
     

Rusiya Ermənistanla dəmir yolu sazişindən imtina edə bilər

Image


Rusiyadan Ermənistana yönəlik təzyiq kampaniyası özünü iqtisadi sahədə də göstərməyə başlayıb. Rusiyanın “Qazprom” şirkətinin qiymət siyasəti ilə bağlı məsələ tam həll edilməyib. Məlum olduğu kimi, 2019-cu ilin 1 yanvar tarixindən “Qazprom” şirkəti Ermənistana satdığı qazın qiymətini (min kubmetr üçün) 150 dollardan 165 dollara qaldırıb. Bununla yanaşı, əhali üçün qaz tarifinin qiyməti dəyişməyib.

İndi isə Ermənistan iqtisadiyyatının üzərində növbəti qara buludlar toplaşır. Belə ki, Rusiyanın nəqliyyat naziri “Rusiya dəmir yolları” şirkətinin Ermənistanın dəmir yolu şəbəkəsini idarə etməsi barədə müqaviləni vaxtından əvvəl ləğv edəcəyini deyib. Hazırda müqavilənin ləğvi üçün variantlar üzərində iş gedir.

Rusiyanın nəqliyyat nazirinin müavini Vladimir Tokarev müsahibəsində bildirib ki, Ermənistanın yaratdığı vəziyyət nəticəsində “Cənubi Qafqaz dəmir yolu” Qapalı Səhmdar Cəmiyyəti normal fəaliyyət göstərə bilmir: son 10 ilin sənədləri götürülüb, sübut edilməmiş ittihamlar irəli sürülüb və heç bir təminat verilməyib.

Bildirilir ki, 2018-ci ilin avqust ayında sözügedən şirkətdə 19 min dollar vergidən yayınma ittihamı ilə axtarış aparılıb. Bundan sonra isə dekabr ayında Ermənistanın nəqliyyat nazirinin müavini şirkətdə aparılan axtarışlar zamanı qanun pozuntularını gizlətdiyi üçün tutduğu vəzifədən azad edilib.

Ermənistanın İstintaq Komitəsi isə məlumat verib ki, “Cənubi Qafqaz dəmir yolu” şirkətinin son 10 il ərzində fəaliyyətini tədqiq edir və 230 milyon dollarlıq sərmayənin effektivliyi yoxlanır. 2019-cu ilin sentyabr ayında Paşinyan bildirdi ki, yoxlamalar Ermənistanın maraqları çərçivəsində aparılır.

“Cənubi Qafqaz dəmir yolu” Qapalı Səhmdar Cəmiyyəti “Rusiya dəmir yolları” Açıq Səhmdar Cəmiyyətinin törəmə şirkətidir və Ermənistanın dəmir yollarını idarə edir. Ermənistanın dəmir yolu infrastrukturu 2008-ci ilin 13 fevral tarixində imzalanan müqaviləyə əsasən sözügedən şirkətə güzəştli idarəetmə əsasında verilib. Güzəştli idarəetmənin müddəti 30 ildir və şirkətin bu müddəti daha 10 il artırma hüququ var.

Yaranmış bu vəziyyət nəyi söyləməyə əsas verir və bunun sonu nə ilə nəticələnə bilər?

İqtisadçı Elşən Əliyev “Bak-Xəbər”ə bildirdi ki, buradan iki nəticə çıxarmaq olar: "Ermənistan işğalçı siyasəti nəticəsində uzun illərdir iqtisadi blokadadan çıxa bilmir. Dəmir yolu strukturu da həmin aqibəti yaşayır. Onlar düşünürlər ki, Naxçıvanı blokadaya almaqla nəsə ediblər, ancaq real mənzərə göz qabağındadır. Düzdür, Ermənistan Mehridən olan dəmir yolunu bağlayıb və bunun da nəticəsində özünü də blokadaya salıb. Naxçıvanın artq, demək olar ki, blokadan çıxmaq məsələsi həllini tapıb. Türkiyə və İranla quru yolun olması Naxçıvan üçün həyati əhəmiyyət kəsb edir. Bir çox hallarda Naxçıvanın ehtiyaclarını bu yollar vasitəsilə ödəyirlər. Ötən əsrin 90-cı illərindən etibarən vəziyyət belədir. Blokadaya görə dəmir yolu əlaqəsi kəsilib. Öncəki dövrdə isə Naxçıvana Mehri rayonundan keçən 27 kilometrlik dəmir yolu xətti var idi. Həmin ərazinin işğal altında olması səbəbindən dəmir yolu əlaqəsi də kəsildi. BTQ-yə qoşulan Naxçıvan Avropaya qədər uzanan yol-nəqliyyat imkanı əldə edib. Bu həm Naxçıvana yüklərin dəmir yolu vasitəsilə daşınmasına imkan yarada bilər, həm də bu yolun açılması Naxçıvanın Bakı-Tiflis-Qars xəttinə qoşularaq Avropaya qədər yüklərin, eləcə də sərnişinlərin daşınmasına şərait yaradır. Ermənistan isə bölgəni əhatə edən bütün layihələrdən kənarda qalıb”.

Ekspertin sözlərinə görə, Rusiya ilə məhz bu istiqamətdə yaranan fikir ayrılığının kökündə başqa bir amil də durur: “Paşinyan hakimiyyəti bildirirdi ki, yeni hökumətin qısa fəaliyyəti nəticəsində Ermənistanda dərhal bir neçə korrupsiya sxeminin üstü açılıb. Məlum olub ki, korrupsiya həyatın bütün sahələrinə sirayət edib və ən yüksək səviyyədə kölgəli müqavilələr üzərində qurulub. Yeni hökumətin antikorrupsiya qərarlarının bir hissəsi Ermənistan iqtisadiyyatında Rusiyaya yönəlik oriyentasıyanın dəyişməsindən xəbər verir. Buna ən böyük misal erməni mənşəli rusiyalı biznesmen, “Forbes”in versiyasına görə, bu ölkənin “əmlak krallarından” sayılan Samvel Karapetyana məxsus “Taşir kapital”la bağlanmış müqavilədən imtina olub.

Son iki ildə Samvel Karapetyan Ermənistanın elektrik enerjisi bazarında mütləq inhisarçı idi. 2015-ci ildə o, “Ermənistan Elekrik Şəbəkəsi”ni satın almış, 2017-ci ildə isə “Ermənistan Yüksək Gərginlikli Elektrik Şəbəkəsi”ni idarə  etmək üçün ona etibarnamə verilmişdi.

Ermənistanda hesab edirdilər ki, Moskva bütün Ermənistanı “öz milyarderinə” etibarnamə ilə idarə etməyə verib.

Ermənistanda baş verən “məxməri inqilab” əvvəlki müqavilərlərin, o cümlədən də Ermənistanla Rusiya arasında bağlanan sazişlərin təftişi ilə nəticələndi. Böyük təftiş Rusiya kapitalı olan və Ermənistanın strateji obyektlərinə malik digər şirkətlərdən də yan keçmədi. Bildirildi ki, “Rusiya Dəmir Yolları”na məxsus “Cənubi Qafqaz dəmir yolu” dövlət şirkəti uzun illərdir Ermənistan dəmir yolundan pulsuz istifadə edir. Böyük ehtimalla, indi onları ödəniş etməyə məcbur etmək istəyiblər.

Rusiya kapitallı başqa bir şirkət “GeoProMayning” də Ermənistanda ciddi problemlərlə üzləşib.

“GeoProMayning” Sotdakı qızıl və Aqarakdakı mis-molibden yataqlarının istismarı ilə məşğuldur. Bu günlərdə şirkət rəhbərliyi bəyan edib ki, Ermənistandakı Rusiya kapitalına “millətçi yanaşma” var. Məhz bu yanaşmaya görə Rusiya bütün sahələrdə Ermənistanı sıxmağa başlayıb. Yəni Ermənistanın iqtisadi şantajları öz başında çatlayıb. Rusiya bütün layihələrdə olduğu kimi, dəmir yolu sahəsində də Ermənistanı sıxır. Onsuz da rentabelli olmayan sahədən imtina etməklə Ermənistanı daha çıxılmaz vəziyyətə salmış olacaq”.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ