16/10/2019 14:34
728 x 90

İrandan şok iddia… “ABŞ bizə "biz də bir nöqtəni vuraq, siz səs çıxarmayın. Dava bu şəkildə qapansın" mesajı göndərdi”

img

İran Silahlı Qüvvələrinin komandanı general Əbdürrəhim Musəvi ABŞ-ın Tehrana "Biz də bir nöqtəni vuraq, siz səs çıxarmayın. Dava bu şəkildə qapansın" dediyini iddia edib.

Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, Musəvi İran dövlət televiziyasına açıqlamasında ABŞ-ın vurulan dronu və qarşı tərəfin buna cavab reaksiyası ilə bağlı iddialarla çıxış edib.

ABŞ-ın İrana "Biz də bir nöqtəni vuraq, siz səs çıxarmayın. Dava bu şəkildə qapansın" mesajı göndərdiyini iddia edən Musəvi, Tehranın buna “əgər birini vursanız on qat artıq cavab alacaqsınız” cavabını verdiyini deyib.

Musəvi müharibənin başlanmasının ABŞ-ın əlində olmasının mümkün olduğunu, ancaq sonunun İrandan asılı olacağını bildirib: "Müharibə başlasa, təşəbbüs bizim əlimizdə olacaq və müəyyənləşdirdiyimiz vaxta qədər qarşıdurmalar davam edəcək".

Qeyd edək ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu iyunun 20-də Oman körfəzində İran hava məkanını pozduğunu iddia etdiyi ABŞ Hərbi Hava Qüvvələrinə aid RQ-4 Global Hawk tipli pilotsuz təyyarəni raketlə vuraraq saldığını bildirmişdi.

ABŞ isə Hörmüz Boğazı üzərindən uçan ABŞ Hərbi Hava Qüvvələrinə aid pilotsuz aparatın İran tərəfindən vurulduğunu təsdiqləyib, lakin dronun "beynəlxalq hava məkanında" uçarkən düşürüldüyünü bildirib.

ABŞ prezidenti Donald Tramp isə İranın böyük bir səhv etdiyini deyib və 18 iyulda Hörmüz Boğazında ABŞ donanmasına aid USS Boxer amfibiya hücum gəmisi və heyətinin təhlükəsizliyini təhdid edən İrana aid pilotsuz təyyarəni vurduqlarını söyləyib.

Son xəbərlər