16/10/2019 14:15
728 x 90

Tramp İran Milli Bankına sanksiya tətbiq etdi, ardından da İrana müdaxilənin dünyanın ən asan işi olduğunu dedi

img

ABŞ İranın Milli Bankına sanksiya tətbiq edib. Baki-xeber.com xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında bildirib.

O, bu sanksiyanın əvvəlkilərdən daha sərt məhdudlaşdırıcı tədbir olduğunu deyib.

ABŞ-ın maliyyə naziri Stiven Mnuçin Milli Bankın İran hökuməti üçün son vəsait mənbəyi olduğunu qeyd edib.

Qeyd edək ki, İranın ən iri maliyyə təsisatı olan, ölkədə 3 min şöbəyə malik Milli Bankın aktivləri 2016-cı ildə 80 milyard dollar məbləğində dəyərləndirilirdi.

Tramp Avstraliyanın Baş naziri Skott Morrisonla görüşdən sonra Ağ Evdə keçirdiyi birgə mətbuat konfransında da İranla bağlı açıqlamlar verib.

İrana qarşı sanksiyaların işləyəcəyinə inandığını vurğulayan Tramp, İrana müdaxilənin dünyanın ən asan işi olduğunu deyib: "İrana girmək dünyanın ən asan işidir. Ancaq dərhal İrana girməyərək böyük bir təmkin göstərdiyimi düşünürəm”.

ABŞ və İran arasındakı uzun müddətdir davam edən gərginlik, Vaşinqtonun Səudiyyə Ərəbistanının Aramco neft zavoduna hücumlara görə İranı günahlandırması ilə yenidən gərginləşib.

Hadisədən sonra Tramp İrana qarşı tez-tez hərbi əməliyyatlarla bağlı mesajlar verir.

Son xəbərlər