20/10/2019 18:59
728 x 90

Sosial şəbəkələrdə söyüş-təhqirlərlə bağlı ictimaiyyət adından qəti çağırış edildi

img

Sentyabrın 19-da “Boulevard Hotel”də “Sosial şəbəkələrdə söyüş, təhqir və böhtana YOX deyək” adlı “dəyirmi masa” keçirilib.

Tədbiri giriş sözü ilə Mili Məclisin deputatı Çingiz Qənizadə açıb. “Dəyirmi masa”nın iştirakçıları adından son dövrlərdə sosial şəbəkələrdə, xüsusilə “YouTube”da əxlaqi dəyərlərə sığmayan söyüş, təhqir və böhtan xarakterli çıxışlarla bağlı bəyanat verilib.

"Son dövrlər sosial şəbəkələrdə, xüsusilə “Facebook” və “YouTube” vasitəsilə əxlaqi dəyərlərə sığmayan söyüş, təhqir və böhtan xarakterli çıxışların şahidi oluruq. Xüsusilə də həmin çıxışlara münasibət bildirən və şərh yazan sosial şəbəkə istifadəçiləri dilə gətirilməsi belə mümkün olmayan söyüş, təhqiramiz ifadələr işlədirlər. Milli-mənəvi və əxlaqi dəyərlərimizdən uzaq olan bu cür halların belə davam etməsi hiddət doğurur və yolverilməzdir.

Biz bu mətnə imza edənlər, respublikanın hüquq-mühafizə orqanlarına müraciət edərək sosial şəbəkələrdə ölkəmizdə bərqərar olmuş ictimai-siyasi sabitliyin pozulmasına yönələn, vətəndaşlar arasında dövlətin həyata keçirdiyi tədbirlərə inamsızlıq və əhali arasında vahimə yaradan, insanları istənilən qanunazidd hərəkətlərə çağıran, o cümlədən, söyüş, təhqir və böhtanlara yol verən şəxslər barəsində ciddi tədbirlərin görülməsini xahiş edirik.

Hər bir vətəndaşımızın, tələbə və gənclərimizin, xüsusi olaraq məktəblilərin təlim-tərbiyəsinə və psixologiyasına mənfi təsir göstərən bu cür halları qəti şəkildə pisləyir, istər xaricdə, istərsə də ölkə daxilində bu cür hərəkətlərə yol verən şəxslərdən söyüş, təhqir və böhtanlardan əl çəkməyi, bu hərəkətləri dayandırmağı tələb edirik.

Azərbaycanın hər bir vətəndaşını - ziyalılarını və ağsaqqallarını, kütləvi informasiya vasitələrinin rəhbərlərini, hüquq müdafiəçilərini, QHT və ictimaiyyət nümayəndələrini susmamağa, bu cür hallara qarşı etiraz səslərini ucaltmağa, söyüş, təhqir və böhtanlara YOX deməyə çağırırıq!"

Son xəbərlər