20/10/2019 18:57
728 x 90

İƏT-in Baş katibi Paşinyanın 5 avqust bəyanatını ifşa etdi

img

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Ermənistan baş nazirinin 5 avqust 2019-cu il tarixli bəyanatı ilə bağlı dərin narahatlıq ifadə edib.

Baki-xeber.com-un xəbərinə görə, İƏT Baş katibi Yusef bin Ahmad Al-Otaimin Ermənistan baş nazirinin Azərbaycanın işğal olunmuş ərazilərinə bu ilin 5 avqustunda səfər edərək orada səsləndirdiyi bəyanatla bağlı dərin narahatlığını ifadə edən açıqlama ilə çıxış edib.

Baş katib Ermənistan rəhbərliyinin bu bəyanatı və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünü pozan əməllərinin beynəlxalq hüququn prinsiplərinə və beynəlxalq ictimaiyyətin möqeyinə məhəl qoymadığını və regional sülh və təhlükəsizliyə hədə təşkil etdiyini qeyd edib. O, münaqişənin sülh yolu ilə həlli üzrə BMT və İƏT Nizamnamələrinin müddəalarına, Helsinki Yekun Aktına, BMT TŞ-nin 1993-cü il tarixli qətnamələrinə, İƏT-in müxtəlif qətnamələrinə istinad edərək, Ermənistan Respublikasını münaqişənin sülh yolu ilə həlli üçün BMT TŞ-nin müvafiq qətnamələri əsasında Azərbaycan Respublikası ilə sülh danışıqlarına çağırıb.

Son xəbərlər