şənbə günü, 07 noyabr 2026
     

Paşinyanın populist Qarabağ bəyanatlarının pozucu rolu barədə daxili və xarici rəylər intensivləşir

Image


Ermənistanda mövcud hakimiyyətin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı reallıqdan uzaq və populist xarakterli mövqeyinin bu ölkənin özünə nə dərəcədə ziyan vurması artıq beynəlxalq miqyasda da açıq etiraf olunur. Hesab edilir ki, yaranmış vəziyyət Qarabağ məsələsində Ermənistanın onsuz da zəif mövqeyinin daha da pisləşməsinə, həmçinin, işğalçı kimi statusunun möhkəmlənməsinə rəvac verib. Bu xüsusda erməni ekspert Ara Papyan qeyd edir ki, Ermənistan diplomatiyasının son dövrlərdə bir-birinin ardınca yol verdiyi səhvlər və reallıqdan uzaq bəyanatlar İrəvanın mövqeyinə mənfi istiqamətdə ciddi təsir edir.

Onun sözlərinə görə, yol verilən diplomatik səhvlər beynəlxalq arenada, eləcə də ölkə daxilində hakimiyyətə qarşı ciddi inamsızlıq formalaşdırır: “Biz insanları hər hansı şəkildə aldatmaqla irəli getmək istəyirik. Belə olmur. Diplomatiyanın fırıldaq olması barədə düşüncə çox köhnə və səhv bir yanaşmadır. Yeni əsrdə fırıldaq keçmir”. Erməni politoloq etiraf edib ki, Qarabağ Ermənistanın nəzarəti altındadır və hakimiyyətin səsləndirdiyi “müstəqil Qarabağ” ifadəsi sadəcə yalandan ibarətdir: “Hər kəs bilir ki, Qarabağ Ermənistanın tam nəzarəti altındadır. Bu, beynəlxalq anlayışdır. Buna görə də “müstəqil Qarabağ” ifadəsi yalandır. Beynəlxalq hüquqda isə yalan danışmaq asan deyil. Hətta başqa bir problem də var. Məsələn, biz Kosovonun müstəqilliyini tanımamışıq. Bunu əvvəlcədən şərt kimi təyin etmək istəmədiyimiz üçün deyil, sadəcə olaraq Rusiya istəmədiyi üçün tanımamışıq. Bu reallıqdır”. O qeyd edib ki, erməni hakimiyyəti 25-30 il ərzində öz müqəddəratını təyin etmək barədə danışıb və daha 30 il danışa bilər: “Amma əminliklə deyə bilərəm ki, bu, Qarabağ məsələsinin əsasında baş verəcəksə, bu məsələnin həll yolu yoxdur, çünki, məsələn,7 rayonu qaytarsaq və ən yaxşı halda Dağlıq Qarabağ Muxtar Vilayətinə sahib olmaq qərarına gəlsək, o bölgəni qoruya bilməyəcəyik. Azərbaycanın əhatə etdiyi 4,5 min kvadrat kilometr ərazini necə qoruya bilərik? Bunu kimsə dərk edir, yoxsa sadəcə kağız imzalamaq kimi baxır və düşünür ki, hər şey yaxşı olacaq?”.
O vurğulayıb ki, ermənistanlı və qarabağlı ermənilər fərqli maraqlara da sahib ola bilərlər: “Yəni etnik problem heç bir şey deyil. Qohumlarımla müharibə etmək istəmirəm. Bunu asanlıqla təşkil edə bilərlər, çünki Qarabağ mütəmadi olaraq Ermənistanın başına vurmaq üçün Rusiyanın əlində çox rahat bir alətə çevriləcək. Burada başqa bir problem də var. Bəziləri indi Qarabağın müstəqil olduğunu düşünürsə, məncə belə deyil. Əgər müstəqildirsə, belə olan halda müstəqil ölkənin vətəndaşları Ermənistan pasportunu hansı əsaslarla alırlar? 
Eyni şey orduya da aiddir. Qarabağ Ermənistan deyilsə, çağırışçını Şengavitdən, Çarbaxdan çağıraraq Xocavəndə və ya Ağdərəyə xidmət etmək üçün nəyə əsaslanaraq göndəririk? Ya qoşunlarımızı xarici bir ölkəyə apardığınız ikitərəfli dövlətlərarası razılaşma olmalıdır, ya da onu ölkəniz kimi tanımalı və oraya qoşun göndərməlisiniz. Avtomobil nömrələri, universitet təqaüdləri, xəstəxana qiymətləri və sair kimi bu cür nümunələr çoxdur. Məhkəmənin, cavabdeh tərəf olaraq Qarabağ rejiminin deyil, Ermənistanın olduğuna dair qərar verdiyi Kəlbəcər ərazisi ilə bağlı “Çıraqovlar Ermənistana qarşı” iddiasına istinad edə bilərəm, çünki məhkəmə aydın şəkildə qərar verdi ki, cavabdeh Ermənistan Respublikasıdır, ona görə ki, onun bütün ərazisi tam nəzarət altındadır. Yəni bununla bağlı hətta məhkəmə qərarları da var. Biz isə insanları hər hansı şəkildə aldatmaqla irəli getmək istəyirik. Belə olmur”. Bu açıqlamalardan kifayət qədər aydın görünür ki, artıq ermənilər özləri işğalçı olduqlarını etiraf edirlər. Bu mənada, baş nazir Nikol Paşinyanın zəbt edilmiş Azərbaycan ərazilərində yaradılan separatçı rejimin müstəqillyindən dəm vurması Ermənistanda belə istehza ilə qarşılanır. Görünən budur ki, erməni tərəfində işğalı etiraf edənlərin sayı artır. Bu isə eyni zamanda Azərbaycan diplomatiyasının mühüm uğuru sayıla bilər. Özü də bütün bunlar o vaxt baş verir ki, Ermənistan hakimiyyəti həm daxildən, həm də xaricdən ciddi təzyiqlərlə üzləşir. Rus politoloq Vitali Arkov qeyd edir ki, hazırda hər şey Bakının ssenarisi ilə gedir: “Bakı Ermənistanın işğalçı mövqeyini tam faş edib. Baş nazir Nikol Paşinyanın ziddiyyətli açıqlamaları da Ermənistanın işğalçı olduğunu təsdiq edib. Azərbaycan bu fonda beynəlxalq ictimaiyyətdən qəti hərəkət gözləyir. Əks təqdirdə Azərbaycan güc yolu ilə ərazi bütövlüyünü bərpa etməli olacaq və bunun üçün müvafiq şərait də var. Xüsusən də Ermənistanın Rusiya ilə münasibətlərini pisləşdirməsi Bakının əlinə oynayır“.

Rusiyalı ekspert, Beynəlxalq Avrasiya hərəkatının lideri Aleksandr Duqin də bildirir ki, Moskva ilə münasibətləri korlayan İrəvan özünü çətin vəziyyətə salıb: “Faktdır ki, Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra əvvəlki illərdə qurulan Rusiya-Ermənistan münasibətləri modeli ermənilər tərəfindən şübhə altına alındı. Paşinyan bu münasibətlərin əsas təməllərini yenidən nəzərdən keçirmə prosesinə start verdi. Təbii ki, bu, Moskvanın xoşuna gəlmədi və gəlmir.

Razılaşma uzunmüddətli və dövlətlər arasında idi. Razılaşma Ermənistana rəhbərlik edən hansısa şəxsi ehtiva etmirdi. Rusiya bu məsələdə, məntiqə uyğun olaraq, siyasi, diplomatik, iqtisadi və hərbi sahədə əməkdaşlıq edirdi. Bu əməkdaşlıq reallaşdı. Ermənistan Avrasiya İqtisadi Birliyinə, KTMT-yə üzv olaraq bir sıra inteqrasiya təşəbbüslərini dəstəklədi. Ermənistanın keçmiş rəhbərlikləri ilə yaranan anlaşılmazlıqlara baxmayaraq, erməni tərəfi bu paradiqmaya dəyişiklik etmədi. Paşinyan isə hər şeyi dəyişmək istədi və bu, təsirsiz ötüşmədi. Məsələn, o belə bir hərəkət etdi: KTMT-nin rəhbərini həbs edək, yoxlayaq, görək KTMT nədir. Avrasiya İqtisadi Birliyi - baxaq, görək Ermənistan üçün nə dərəcədə faydalıdır. Rusiyanın Ermənistanda hərbi kontingenti hələlik sual altına alınmayıb. Amma burada bir sual meydana çıxır: Ermənistanda hərbi baza hansı əsasa görə inşa edilib? Bizə nə qədər ödəyirsiniz?  İqtisadi model - gəlin, əvvəllər imzalanmış müqavilələrə yenidən baxaq. Qarabağ məsələsinə görə razılaşma? Bunu bizimlə müzakirə etməyiblər.  Bax, məhz bu yolla Paşinyan bütün sistemi və razılaşmaları şübhə altına saldı. Ermənistanın yeni rəhbərliyi deyir ki, Rusiya müttəfiqdir, amma gəlin, mövqelərə yenidən nəzər salaq. Təbii ki, Moskva bundan narazıdır. İrəvanın hələlik düşmənçilik mövqeyi açıq-aşkar deyil. Amma bu, Rusiyanı şübhələndirir“.

Ekspert hesab edir ki, vaxtilə Avropa İqtisadi Birliyindən çıxmağa və Rusiya ilə münasibətləri yenidən nəzərdən keçirməyə çağırışlar edən Paşinyan planlarından əl çəkməyib: “Düşünürəm ki, belədir. Bu isə Rusiya tərəfindən xoş qarşılanmır. Bu kifayət qədər uzun müddət davam edir. Paşinyan vəziyyəti qəlizləşdirir. Bu əslində təhlükəli oyundur. Yeni mərhələdə prezident Vldaimir Putinin siyasi kursu dəyişməsə, çətin anda dostlarını və partnyorlarını satanları cəza gözləyir. Bundan Ermənistan ciddi şəkildə uduzacaq. Azərbaycan isə burada ağıllı gedişlər edir. Ümumiyyətlə, Azərbaycan və Rusiya arasındakı münasibətlərə gəldikdə, düşünürəm ki, daha da yaxınlaşma və strateji partnyorluq müşahidə ediləcək ki, bunun memarı da İlham Əliyev və Putindir. Təbii ki, indi maraq doğuran məqam baş verənlərin Qarabağ münaqişəsinə də təsiri ilə bağlıdır. Hər halda, təsirsiz ötüşməyəcək”.

Digər rus politoloq Modest Kolerov da eyni mövqeni sərgiləyir. O hesab edir ki, Putinin qəzəbini qazanmış Ermənistanın Qarabağ kartı üzərindən cəzalandırılması tamamilə mümkün haldır: “Putin Ermənistan hakimiyyətindən çox narazıdır. Hətta hazırkı vəziyyətdə Putinin əvəzinə Rusiyanın baş naziri Dmitri Medvedyevin Ermənistana Avrasiya İqtisadi Birylinin iclasına qatılmaq üçün İrəvana gəlməsi ehtimalı kifayət qədər böyükdür”. Onun sözlərinə görə, Putinin belə bir şeyi etmək üçün bir sıra səbəbləri var:
“Əsas yanlış addım Robert Köçəryanla bağlı Konstitusiya Məhkəməsinin qərar qəbul etməməsi və görməzdən gəlməsi idi. Digər addım Ermənistan tərəfinin Qərbə meyllənməsidir. Bunlar Rusiyada xoş qarşılanmır. Ona görə də Ermənistanı siyasi, iqtisadi cəzalar gözləyir. Siyasi müstəvidə, məsələn, Qarabağ məsələsində Ermənistan Rusiyanı Azərbaycanın yanında görə bilər. Qazın qiymətinin artırılması isə iqtisadi təzyiq mexanizmələrindən sadəcə biridir”.

Digər rus siyasi təhlilçi İqor Korotçenko da Qarabağ məsələsində Ermənistanın mövqelərinin daha zəif duruma düşdüyünü qeyd edir: “Paşinyanın son aylar verdiyi bəyanatlar, yumşaq şəkildə desək, Rusiyaya qarşı dost münasibətini əks etdirmir. Siyasi səviyyədə heç kim - nə Putin, nə də Medvedyev Ermənistanı ictimai şəkildə tənqid etmək üçün ona göstəriş verib. Biz Paşinyanın öz müsahibəsində anti-Rusiya xarakterli şərhlər etdiyini müstəqil şəkildə görürük. Burada gizli anti-rus alt konteksti var”. Korotçenkonun sözlərinə görə, Paşinyanın fəaliyyəti artıq erməni xalqında da narazılıq yaradır: “Buna görə də erməni xalqı onun fəaliyyətlərini qiymətləndirəcək və siyasi taleyinə qərar verəcək, çünki xalq Paşinyanın hakimiyyətə gəlməyindən əvvəlki vəziyyətlə sonrakı vəziyyət arasında nəticə görmür, yeni rəhbər istəyir. Xalq onun Qarabağ məsələsində atdığı addımlardan da narazıdır. Çünki bu hal Ermənistanı Azərbaycanla savaşa sürükləyir. Bu savaşda isə Ermənistanın qalib olmaq şansı yoxdur və bunu ermənilər özləri də yaxşı bilir”. Bütün bunlar Azərbaycanın düşmən üzərində Qarabağ məsələsində üstünlüyünün daha da artmasının real göstəriciləri sayılır.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ