şənbə günü, 07 noyabr 2026
     

Ermənistanda Paşinyan üçün şok effektli “Qaynar payız”...

Image


Komandası tam şəkildə dağılmaq üzrə olan Ermənistanın baş naziri Nikol Paşinyanı qarşıdakı dövrdə daha böyük problemlər gözləyir. Çünki Paşinyana artıq bir neçə istiqamətdən təzyiqlər edilir. Əvvəla, cəmiyyətdə artıq onun fəaliyyətindən böyük narazılıq var. Əhali vədlərinin heç birini yerinə yetirə bilməyən Paşinyandan ciddi şəkildə narazıdır və bu fonda onun istefasını istəyənlərin sayı artır.

İkinci bir tərəfdən, yaranmış vəziyyətdən istifadə etməyə çalışan “Qarabağ klanı” da xeyli aktivləşib. Onlar da Paşinyanı daha çox sıxışdırmağa başlayıb. Paşinyan üçün üçüncü böyük təhlükə isə onun komandasından ayrılan və ayrılmağa hazırlaşanlardır. Onlar da Paşinyana qarşı vahid mərkəzdə birləşməyə hazırlaşır. Həm onlara, həm də “Qarabağ klanı”na Rusiyadan edilən yardımlar isə Paşinyanın durumunu daha da ağırlaşdırır. Məhz belə vəziyyətdə Paşinyan hökumətindəki istefalar daxili siyasi gərginliyin daha da artmasına rəvac verir. Politoloq Armen Badalyan isə bildirir ki, istefaya gönərilən Milli Təhlükəsizlik Xidmətinin sabiq başçısı Artur Vanetsyan Paşinyana qarşı yeni siyasi hərəkat yaradacaq. Politoloq vurğulayıb ki, Vanetsyan xalq arasında nüfuzu getdikcə azalan Paşinyan hökumətinə yaxşı alternativ ola bilər. Onun sözlərinə görə, Paşinyana qarşı yeni siyasi güc mərkəzi məhz Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları hesabına formalaşa bilər. Badalyan hesab edir ki, Vanetsyanın qarşısında dura biləcək heç bir siyasi güc olmayacaq.

Badalyan əlavə edib ki, MTX-nin sabiq sədri reytinqinə görə Paşinyandan geri qalmır, onun kifayət qədər imkanları və xarici dəstəyi var. Politoloqun sözlərinə görə, Rusiyanın timsalında Vanetsyanın ciddi dəstəyi var: “MTX sədrinin öz istefası ilə bağlı açıqlamasında “biri sanki mənə “dayan” deyir!” sözləri də maraqlı məqamlardan xəbər verir. Ermənistan baş nazirinin MTX sədrindən sonra ölkənin polis rəisi Valeri Osipyanı da istefaya göndərməsi iqtidar daxilində ciddi ziddiyyətlərin daha bir göstəricisidir”.  Bu durumda Rusiyanın “Nezavisimaya gazeta” mətbu orqanı yazır ki, Paşinyan üçün daha bir şok effekti “qaynar payız” olacaq: “Artıq Ermənistanda yerli politoloqların bəyan etdikləri “qaynar payız” sürət götürür. Hadisələr uşaq kaleydoskopundakı naxışlar kimi bir-birini əvəz edir. Və yeni hökumətin ictimaiyyətə arabir yaxşı xəbərlər atdığına baxmayaraq, çoxlarında bu hiss keçmir ki, bütün bunlar azdır. Xüsusən də Milli Təhlükəsizlik Xidmətinin başçısı Artur Vanetsyanın və polis rəisi Valeri Osipyanın gözlənilməz istefaları fonunda. Doğrudan da görməmək olmaz ki, nazirlər kabineti üzvlərinin çoxunu gənclər, təcrübəsiz adamlar təşkil etsə də və tez-tez sadəcə öz vəzifələrinin öhdəsindən gələ bilməsələr də, Nikol Paşinyan hökuməti səy göstərir. Baş nazir bu günlərdə jurnalistlərin diqqətini, onun fikrincə, hökumətin aktivinə yazıla biləsi yüz addıma yönəltdiyi böyük mətbuat konfransı keçirib. Amma reallıqda vəziyyət tam fərqlidir və Paşinyan daha çox keçmiş hakimiyyətə qarşı amansız təqibləri ilə daha çox diqqət cəlb edib. İstintaq qurumları Ermənistanın keçmiş prezidenti və baş naziri Serj Sarksyanın, keçmiş baş nazir Ovuk Abramyanın, keçmiş nazirlərin, idarə rəislərinin, qubernatorların qohumlarına çatıb. Dövlət Gəlirlər Komitəsinin keçmiş sədri və keçmiş maliyyə naziri Qaqik Xaçatryan həbs olunub, Serj Sarksyanın doğma qardaşı isə axtarışa verilib. Respublikanın ikinci prezidenti Robert Köçəryan və general Manvel Qriqoryan müttəhimlər kürsüsündədir. Bununla yanaşı, ölkə vətəndaşlarının böyük çoxluğu bu adamların hamısına tezliklə cəza kəsilsin deyə məhkəmə islahatlarını sürətləndirməyi tələb etməklə keçmiş korrupsiyaçılarla mübarizənin tempindən narazıdır. Ermənistanda islahatların tempindən narazılıq artır – elan edilmiş iqtisadi inqilab yerində sayır. Ölkə iqtisadiyyata önəmli yatırımı, iş yerlərinin kəskin artacağını və adamların yaşayışının keyfiyyətcə yaxşılaşacağını hələ də səbrsizliklə gözləyir. Hökumət öz növbəsində bildirir ki, yatırımlar artıq var və yaxın gələcəkdə bunu görməmək olmaz. Hər necə olur-olsun, iqtisadiyyatda önəmli uğurlar əvvəlkitək müşahidə olunmur.

Hakimiyyətin bal çəlləyində zəhər payı ciddiləşir. Artıq indi hakimiyyətin - həm də Paşinyan öz reytinqini tutmağa nail olunca – ən qısa müddətə həll etməli olacağı ictimai qarşıdurma qeydə alınır. Bəli, reytinqi laxlayıb, amma dağılmayıb. Söhbət, hər şeydən qabaq, açılışına hökumətin etiraz etmədiyi, amma ictimaiyyətin ciddi təşviş keçirdiyi “Amulsar” qızıl yatağından gedir. Lakin  burada da müxtəlif rəylər var – mədənin açılışının mühümlüyündən (bəs iş yerləri, dövlət büdcəsinə on milyonlarla dollar mədaxili və başqaları necə olsun) mineral bulaqları ilə kurort Cermukun və Göyçə gölünün bütün ekosistemi üçün ölümcül təhlükəyə qədər. Cermukluların özləri mədənə bütün girişləri bağlayıb, İrəvanda etiraz aksiyaları isə kəsilmir. “Amulsar”a görə yekun qərar hansı olacaq, o qədər də aydın deyil, amma ekoloji hərəkat Paşinyanın reytinqini ciddi laxlada bilər.

Analitiklərin çoxunun fikrincə, “1 mart işi”, daha doğrusu, ölkənin 2008-ci il martın başlanğıcında konstitusiya quruluşunu devirməkdə ittiham edilən ikinci prezidenti Robert Köçəryanın və başqalarının – generallar Yuri Xaçaturov və Seyran Ohanyanın, habelə baş nazirin keçmiş müavini Armen Gevorkyanın məhkəməsi uzanır. O zaman hüquq-mühafizə gücləri və prezident seçkilərinin nəticələrindən narazı yürüşçülər arasında qarışıqlıq və toqquşmalar nəticəsində 10 nəfər həlak olub, 200-dən yuxarı adam yaralanıb. Bundan başqa, Köçəryan xüsusilə böyük miqdarda rüşvət almaqda da ittiham olunur. Müxtəlif mərhələlərin məhkəmələri həbs qətimkan tədbirini – Köçəryanın həbsini artıq üç dəfə dəyişib, amma başqaları onu həmişə həbsxanaya qaytarıb. İndi keçmiş prezidentin vəkil qrupu və Kəçəryanın  özü əmindir ki, bu, siyasi təqibdir. Bəli, cəmiyyətdə narazılar kifayət qədərdir, bu həqiqətdir. Elə bu da “qaynar payız” üçün bəs edir. Bu payız isə Paşinyanın sonunu gətirə bilər”.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ