şənbə günü, 07 noyabr 2026
     

Azərbaycanın Baş prokuroru Beynəlxalq Prokurorlar Assosiasiyasının yüksək fəxri mükafatı ilə təltif olundu - FOTO

Image


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstəriş və tövsiyələrinə uyğun olaraq, Azərbaycan Respublikasının prokurorluq orqanları bir sıra nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığı uğurla davam etdirir. Respublika Baş Prokurorluğunun Mətbuat xidmətindən “Bakı-Xəbər”ə verilən məlumata görə, Azərbaycanın prokurorluq orqanları dünya prokurorlarının ilk və yeganə qlobal təşkilatı olan və 172-dən çox dövlətin prokurorluq orqanlarının üzvü olduğu Beynəlxalq Prokurorlar Assosiasiyası (BPA) ilə səmərəli qarşılıqlı əməkdaşlığı davam etdirir və bu qurumun fəaliyyətinə öz töhfəsini verir.

Assosiasiya tərəfindən dövri olaraq təşkil edilən beynəlxalq səviyyəli mötəbər tədbirlərin davamı kimi, sentyabrın 14-dən 18-dək Argentina Respublikasının paytaxtı Buenos-Ayresdə BPA-nın İcraiyyə Komitəsinin növbəti iclası, 24-cü İllik Konfransı və Ümumi Yığıncağı keçirilib. “Müxtəlif hüquq sistemləri üzrə beynəlxalq əməkdaşlıq” mövzusunda keçirilmiş konfransda 100 ölkəni təmsil edən 500-dən artıq iştirakçı - müxtəlif dövlətlərin prokurorluq, məhkəmə, ədliyyə və digər hüquq-mühafizə orqanlarının, habelə beynəlxalq təşkilatların yüksək vəzifəli nümayəndələri iştirak ediblər.

Yüksək səviyyəli tədbirdə ölkəmizi Azərbaycan Respublikası Baş prokurorunun müavini – Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi, Assosiasiyanın vitse-prezidenti Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

BPA İcraiyyə Komitəsinin sentyabrın 14-də keçirilmiş növbəti iclasında bir sıra təşkilati xarakterli məsələlər müzakirə edilib. Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən iclasda komitə üzvləri tərəfindən cari il mayın 15-17-də Bakıda BPA-nın və Azərbaycan Respublikası Prokurorluğunun birgə təşkilatçılığı ilə “Ədalət mühakimə sistemində insan haqları ilə bağlı qarşıda duran məsələlər” mövzusunda keçirilmiş beynəlxalq seminar istər prokurorluq orqanları əməkdaşlarının, istərsə də hakimlərin peşəkarlığının artırılması və effektivliyin təmin edilməsi baxımından faydalı tədbir kimi vurğulanıb. Tədbirin ölkəmizdə yüksək səviyyədə təşkilindən məmnunluq ifadə edilib.

Assosiasiyanın Senatının iclasında iştirakçılara Azərbaycan Respublikasının Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri, BPA-nın senatoru və fəxri üzvü Fikrət Məmmədovun dərin salamlarını çatdıran K.Əliyev qurumun təşkilati məsələləri və inkişaf perspektivləri ilə bağlı müzakirələrdə fəal iştirak edib.

Sentyabrın 15-də Assosiasiyanın 24-cü İllik Konfransının və Ümumi Yığıncağının açılış mərasimində Argentinanın Buenos-Ayres Muxtar Şəhər Baş nazirinin müavini Dieqo Santilli, Şəhər Prokurorluğunun Baş prokuroru Luis Çevasko və BPA-nın prezidenti Gerhard Yaroş çıxış ediblər.

Tədbirdə Azərbaycanın nümayəndə heyəti fəal və səmərəli iştirak edib.

Silsilə tədbirlərin davamı olaraq, sentyabrın 17-də Kamran Əliyevin həmsədrliyi ilə BPA-nın Anti-Korrupsiya Prokurorları Şəbəkəsinin (NACP) xüsusi maraq qrupunun növbəti sessiyası keçirilib. “Korrupsiya hüquqpozmalarına qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlıq” mövzusunda keçirilmiş tədbirdə beynəlxalq ekspertlər qismində ABŞ, Sinqapur, Honq-Konq, Argentina və Keniya prokurorluq orqanlarının rəhbər vəzifəli şəxsləri və digər nümayəndələri iştirak ediblər.

Həmin tədbirdə çıxış edən nümayəndə heyətinin rəhbəri Kamran Əliyev Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizə fəaliyyətinin dövlətimizin başçısı İlham Əliyevin qətiyyətli siyasi iradəsinə söykəndiyini qeyd edib, həyata keçirilmiş mütərəqqi hüquqi və institusional tədbirlər barədə ətraflı məlumat verib. Çıxışda ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatlarının keyfiyyətcə yeni mərhələyə keçidini nəzərdə tutan 2019-cu il 3 aprel tarixli “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmandan irəli gələn vəzifələr və həyata keçirilən tədbirlər qeyd edilib. Həmçinin, ölkəmizin antikorrupsiya strategiyasında beynəlxalq əməkdaşlığa xüsusi diqqət yetirildiyi vurğulanıb. Nümayəndə heyətinin rəhbəri çıxışında, həmçinin, beynəlxalq qurumların korrupsiyaya qarşı mübarizə sahəsində qabaqcıl nailiyyətlərinin öyrənilməsi, bunun cari fəaliyyətdə qarşıya çıxan çətinliklərin həllində və fəaliyyətin təkmilləşdirilməsində səmərəli tətbiqi məsələlərinə də geniş yer verib.

Bundan başqa, həmin tədbirlər çərçivəsində sentyabrın 17-də ölkələrimiz arasında müsbət təcrübə mübadiləsi və əməkdaşlığın dərinləşdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb etməsi nəzərə alınaraq, Argentina Respublikasının Buenos-Ayres Muxtar Vilayətinin prokurorluğu ilə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi arasında korrupsiyanın qarşısının alınması və ona qarşı mübarizədə əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Sentyabrın 18-də BPA-nın Baş iclası keçirilib. İclasda qurumun İcraiyyə Komitəsinin təklifi ilə Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasında, qanunun aliliyinin təmin edilməsində, BPA-nın inkişafına verdiyi müstəsna xidmətlər, qurumla Azərbaycan prokurorluğu arasında işgüzar münasibətlərin yaradılmasında göstərdiyi fəaliyyəti nəzərə alınmaqla Beynəlxalq Prokurorlar Assosiasiyasının yüksək mükafatı ilə təltif edilib - qurumun fəxri üzvü seçilib.

Həmin mükafatın rəsmi təqdimetmə mərasimində çıxış edən assosiasiyanın vitse-prezidenti Kamran Əliyev ölkəmizin BPA ilə daim uğurlu əməkdaşlıq etdiyini bildirərək, Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralovun qurulmuş çoxillik əməkdaşlıq münasibətlərinə xüsusi önəm verdiyini bir daha xatırladaraq, mükafata görə Azərbaycan Respublikasının hökuməti və Baş prokuroru adından minnətdarlığını ifadə edib.

Tədbirdə bir sıra mövzulara baxılması ilə yanaşı, 2013-cü ildən etibarən BPA-nın prezidenti vəzifəsində olan Qerxard Yaroş səlahiyyət müddətinin başa çatması ilə bağlı assosiasiyada tutduğu hazırkı vəzifəsindən azad olunub. Koreya Respublikasının Busan şəhərinin prokuroru Vanq Çeol-kyu səsvermə nəticəsində yekdilliklə həmin vəzifəyə seçilib.

Tədbirin yekununda BPA-nın növbəti İllik Konfransının 2020-ci ilin sentyabrında Yunanıstanın paytaxtı Afinada keçirilməsi qərara alınıb.

Tədbir çərçivəsində ölkəmizin nümayəndə heyətinin üzvləri BPA-nın yeni seçilmiş prezidenti Vanq Çeol-kyu və qurumun digər rəsmiləri ilə, o cümlədən, Estoniya, Yunanıstan, Keniya və Qazaxıstanın baş prokurorları, eləcə də Türkiyə, Kanada, Çin, Rusiya, Böyük Britaniya, ABŞ, Ukrayna, Koreya Respublikası və digər ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə görüşlər keçirərək, cinayətkarlığa qarşı mübarizənin müxtəlif aspektləri üzrə ikitərəfli əməkdaşlığın perspektivlərinə dair müzakirələr aparıblar.

Azərbaycan Respublikasının Argentina Respublikasındakı səfiri Rəşad Aslanov tədbirlərdə iştirak edib.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ