20/10/2019 19:08
728 x 90

ABŞ Müdafiə Nazirliyi İranın neft infrastrukturuna hücum planını Ağ Evə təqdim etdi

img

ABŞ Müdafiə Nazirliyinin İranın kritik neft infrastrukturuna hücum planını Ağ Evə təqdim etdiyi məlum olub.

“Saudi Aramco” obyektlərinə hücumlarda İranı günahlandıran ABŞ-ın hədəfində nəhəng neft emalı zavodu Abadan və neft ixracat mərkəzi Harg Island da var.

Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı İran istehsalı olduğunu iddia etdiyi raket hissələri və mühərriklərin görüntülərini paylaşıb.

ABŞ rəhbərliyi və adı açıqlanmayan mənbələrin sentyabrın 14-də “Saudi Aramco” obyektlərinə (Bukayk və əl Haris) hücumlara görə İranının məsuliyyət daşıdığına dair açıqlamalarından sonra ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) Tehrana qarşı bir neçə hərbi müdaxilə variantını Ağ Evə təqdim etdiyi ortaya çıxıb.

ABŞ mərkəzli NBC və “New York Times” qəzetlərinin xəbərlərinə görə, ABŞ müdafiə naziri Mark Esper və Baş Qərargah rəisi Cozef Danford Trampa İranın raket bazalarının vurulması və İranın neft infrastrukturuna qarşı hərbi və ya kiber əməliyyatları nəzərdə tutan variantlar təklif edib.

NBC İrana qarşı hərbi variantları nəzərdə tutan təklifin bazar ertəsi Ağ Evdə milli təhlükəsizlik toplantısı zamanı Prezident Trampa təqdim edildiyini, lakin Tramp "daha məhdud hərbi cavab" üzərində işlənməsini istədiyini iddia edib.

ABŞ hərbi planlaşdırıcılarının uzun siyahısında dünyanın ən böyük neft emalı zavodlarından biri olan İranın Abadan neft obyekti və İranın ən böyük neft ixracat mərkəzi Harg Island-ın da yer aldığı bildirilir. Bu obyektlərin hər ikisinə və ya birinə edilən hücumun Tehranın neft istehsalı və satışına ciddi zərbə vuracağı iddia edilir.

Son xəbərlər