20/10/2019 18:48
728 x 90

Zakir Həsənov müşavirə keçirdi, təlimləri izlədi - FOTO

img

Genişmiqyaslı təlimlərin planına uyğun olaraq, ərazinin kəşfi mərhələsindən sonra təlim iştirakçıları qoşunların qarşılıqlı fəaliyyətinin təşkilini maket üzərində həyata keçiriblər. Bu barədə “Trend” Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyilə keçirilən müşavirədə təlimlərin mərhələlər üzrə epizodları çətin dağlıq relyefli ərazinin maketi üzərində işlənib.

Qeyd edək ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən sentyabrın 16-dan Müdafiə nazirinin rəhbərliyi altında Azərbaycan Ordusunun müxtəlif qoşun növləri, qismləri, hərbi birlik və birləşmələrinin iştirakı ilə genişmiqyaslı əməliyyat-taktiki təlimləri başlayıb.

Sentyabrın 20-dək davam edəcək təlimlərə 10.000 nəfərədək şəxsi heyət, 100-dən çox tank və digər zirehli texnika, 120 müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatanlar, 20-dək ordu və cəbhə aviasiyası və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunub.

Son xəbərlər