şənbə günü, 07 noyabr 2026
     

ABŞ-la İran müharibənin bir addımlığında…

Image


Bu günlərdə Səudiyyə Ərəbistanında neft platformalarına edilən hucüm və bunun hansı nəticələrə gətirib çıxaracağı indi dünya miqyasında ekspertlər tərəfindən müxtəlif rakurslarda dəyərləndirilir. Məsələnin maraqlı tərəflərindən biri budur ki, dünya miqyasında müdafiə sənayesinə çox pul xərcləyən ölkələrdən biri olan Səudiyyə Ərəbistanı ölkənin ən böyük neft platforması olan “Saudi Aramco”nun raket və pilotsuz uçuş aparatları ilə hücuma məruz qalmasının qarşısını ala bilməyib.

Hazırda Səudiyyə Ərəbistanında ABŞ-dan alınan 6 ədəd “Patriot” hava hücumundan müdafiə kompleksi var. 2018-ci ildə müdafiə büdcəsinə 68 milyard dollar ayıran Səudiyyə Ərəbistanının müdafiə batareyaları ölkədəki neftin yarısının emal edildiyi kritik təsislərə istiqamətləndirilmiş hücuma müdaxilə edə bilməməsinin hərbi və texniki səbəbləri araşdırılır. Səudiyyə Ərəbistanının bölgədə ən ciddi rəqabətdə olduğu İran belə ötən il müdafiə sənayesinə 13 milyard dollar ayırıb. Bununla iki ölkə arasındakı rəqabətin ən çox nəzərə çarpdığı Yəməndə Səudiyyə cəbhəsi heç bir hərbi uğur əldə edə bilməyib. Belə vəziyyətdə Səudiyyə Ərəbistanının tədricən ABŞ hərbi texnologiyasından üz döndərməsi istisna olunmur.  Bu durum isə ABŞ-ı ciddi şəkildə narahat edir. Səudiyyə Ərəbistanının könlünü almaq üçün ABŞ-ın yaxın tezlikdə İrana müəyyən hərbi zərbələr endirməsi isə istisna olunmur.

Xatırladaq ki, amerikalılar raket və dronların İran torpaqlarından havaya qalxdığını iddia edir. İran prezidenti Həsən Ruhani də belə bir vaxtda açıqlama verərək bildirib ki, Səudiyyə Ərəbistanının “Saudi Aramco” zavodlarına PUA-larla olunan hücum xəbərdarlıqdır: “Yəmən xalqı Səudiyyə Ərəbistanındakı neft obyektlərinə edilən hücumla bu ölkədə müharibəyə qarışanlara bir xəbərdarlıq etdi. Yəmənlilər xəstəxananı və ya məktəbi vurmadılar, xəbərdarlıq etmək üçün məhz sənaye obyektini vurdular". Qeyd edildiyi kimi, ABŞ hücumun arxasında İranın olduğunu iddia edir. Birləşmiş Ştatlar Prezidenti Donald Tramp isə, məlumatlara görə, bu durumda "Saudi Aramco" şirkətinin neft emalı zavoduna hücuma cavab olaraq bir neçə variantı nəzərdən keçirir.

Məlumata əsasən, Tramp administrasiyası İrana qarşı kiberhücum, neft obyektləri və İslam İnqilabı Keşikçiləri Korpusunun obyektlərinə qarşı zərbələri nəzərdən keçirir. Məhz elə bu da İranla savaşın başlanmasını istsina etmir. ABŞ-ın “National Iinterest”  dərgisi də artıq belə bir savaşın qaçılmaz olduğunu yazır: “Dövlət katibi Mayk Pompeo kimi “qırğılar” üçün Amerikanın gücü, bir bolşevik məsəlində deyildiyi  kimi, sarsıla bilməz. Bir çoxlarının nəzərində Amerikanın qüdrəti düşmənin təslim olması üçün lazım olan və Amerikanın yumşaldığı təqdirdə itirəcəyi yeganə şeydir. Amma bu da var ki, Donald Tramp oğul Corc Buşun prezidentlik dövrünün İraq müharibəsində necə yandığını izləyib və seçki ili ərəfəsində onun müharibə xaosunu qəbul etməsi elə də asan deyil. Prezident Trampın Fars körfəzi bölgəsindəki ən son təhlükəsizlik epizodundan dərs alması, xüsusən də administrasiyasının Tehrana qarşı apardığı kampaniyaya diqqət yetirməsi məntiqli olardı.

Səudiyyə Ərəbistanındakı Abqaiq neft emalı müəssisəsinə həmlədən sonra dövlət katibi Pompeo hücumun husi dronları ilə deyil, İranın İraq ərazisindən istifadə ilə həyata keçirildiyini bildirib. Halbuki, husilər məsuliyyəti boyunlarına götürüb və İran Pompeonun iddiasını qətiyyətlə rədd edib. Husilər bu hücumu müvəffəqiyyətlə yerinə yetiriblərsə, bu onların xarici təcavüzkarlara qarşı strateji imkanlarının əhəmiyyətli dərəcədə artması deməkdir. Belə bir hücumun husilərin texnoloji imkanları xaricində olması iddiası əsassızdır. Əslində, son hücumla Birləşmiş Ştatların raket əleyhinə imkanlarının etibarlılığı şübhə altına alınıb. Səudiyyə Ərəbistanı və ABŞ hökumətinin “qırğıları” üçün husilər kimi qəbilə qüvvəsinin yad ərazilərə soxula bilməsi hərbi və praktiki olaraq siyasi baxımdan utancvericidir.

Digər tərəfdən, İranın Fars körfəzindən kruiz raketləri atması ehimalı, əslində, ABŞ üçün daha dəhşətli xəbər ola bilər. Vaşinqtondakı mütəxəssislər uzun müddətdir bu fikirdədir ki, İran raketlərinin dəqiqliyi azdır və nüvə başlığı olmadan İranın ballistik raketləri düşməni qorxutmaq və ya şantaj etmək üçün siyasi vasitə kimi təsirli ola bilməz. İranın kruiz raketləri hərbiləşdirilmiş Fars körfəzi boyunca uçubsa, Səudiyyə və Amerika sensorlarından yayınaraq neft qurğusunu vura bilibsə, bölgədəki ABŞ qüvvələrinə necə etibar edilə bilər? İranın asimmetrik və çəkindirmə qabiliyyəti ilə bağlı narahatlıq əlamətləri əvvəllər də var idi. Təqaüdçü vitse-admiral, indi siyasətçi və prezidentliyə namizəd Co Sestak bir ay əvvəl ABŞ-ın İrana birbaşa hücumunun əməliyyat nəticələrindən narahatlığını dilə gətirib. O, İranın bölgədəki qisas potensialı ilə əlaqədar xəbərdarlıq edib. Buna Pompeonun indi İran raketlərinə aid açıqlamasını və raketlərin dəqiqliyini əlavə edin, ABŞ-ın Fars körfəzi bölgəsindəki hərbi mövcudluğunun qorxuducu bir vasitə olmaqdan strateji zəifliyə keçməsi nəticəsi alınır. Hər iki halda ABŞ, Səudiyyə və İsrailin regional təhlükəsizlik arxitekturası uğursuz görünür. Birləşmiş Ştatlar müharibəyə gedə və ya barışıq davası aça bilər, ancaq ABŞ-ın məsafədən təzyiq göstərmə üsulu işləmir. Pompeo aylardır media kampaniyasında iştirak edir və İrana qarşı “maksimum təzyiq” siyasətini uğur kimi qiymətləndirir. Lakin Pompeonun sanksiyaların İranın bölgədəki şəbəkəsinə ciddi ziyan vurmasına dair dəlili əsassızdır. İlk prioritet İran rəhbərliyinin mənbələrini aşkar etmək idi. Məsələn, Pompeo “ABC News”a deyib ki, “hesablama, həqiqətən, çox düzdür. İndi “Hizballah” resurslar uğrunda mübarizə aparır. İraqdakı şiə milisləri də eyni durumdadır”. Səudiyyə Ərəbistanı neft emalı zavodlarına hücum Pompeonun təsəvvürlərini pozub. Konqresin Tədqiqat Xidmətindən Kennet Katsman sanksiya təzyiqinin İranın müttəfiqlərinə dəstəyini dayandırmasına səbəb olacağı fikrini rədd edib: “Nə İranın, nə də “Hizbullah”ın imkanlarının və ya Əsədin kömək etmək niyyətinin dəyişməsinə dair heç bir əlamət yoxdur. Hər ikisi də Suriyada əhəmiyyətli dərəcədə məşğuldur, İraq, Yəmən və başqa yerlərdə vəziyyət, demək olar ki, dəyişməz qalır”. Sadə dillə desək, Vaşinqton İran iqtisadiyyatına təzyiqlə onun müttəfiqlərini dəstəkləməsini dayandıracağına ümid edir. İranın ittifaq şəbəkəsini dəstəkləməkdən vaz keçəcəyinə dair Vaşinqtonda mövcud olan rəy səhvdir. İran üçün qeyri-dövlət müttəfiqləri əsas milli təhlükəsizlik məsələsidir və buna görə də gərginlik çoxaldıqda onlar büdcə mülahizələrində prioritet olacaq. Bu vəziyyətdə ABŞ-ın savaşa başlama ehtimalı artır və belə vəziyyət regionda uzunmüddətli dəhşətli vəziyyətin yaranmasına rəvac verəcək”.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ