07/12/2019 18:36
728 x 90

ABŞ-ın Erməni Komitəsi MKİ-nin adından mübahisəli “Qarabağ sənədi” yayıb...

Akif Nağı: “İstənilən halda, ABŞ bu məsələyə aydınlıq gətirməlidir”

img

Amerika Erməni Milli Komitəsi öz “Twitter” səhifəsində ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) Dağlıq Qarabağla bağlı gizli məlumatlarını yayımlayıb. Erməni mediası xəbər verir ki, 1988-ci ildə “Qafqazdakı iğtişaşlar və millətçilik təhlükəsi” adlı sənəd guya Qarabağdakı etnik qarşıdurmaya aiddir.

“1920-ci illərdə Ermənistanın mədəni və dini mərkəzi olan Dağlıq Qarabağın Azərbaycana verilməsi ermənilərin daimi, lakin böyük məyusluq mənbəyinə çevrilib”- sənəddə deyilir.

Amerika Erməni Milli Komitəsi sənədi böyük sevinclə yayaraq təfərrüatlara diqqət çəkib. Guya sənəddə qeyd olunur ki, Azərbaycan əhalisinin sürətlə artması fonunda gənc respublika müxtəlif sahələrdə üzləşdiyi problemləri həll edə bilməyib. Bu da erməni əhalisinə hücumlarda özünü göstərməyə başlayan ictimai narazılığa səbəb olub.

Sənəddə, eyni zamanda, Dağlıq Qarabağ Muxtar Vilayətinin 1923-cü ildə ermənilərin məskunlaşdığı ərazidə yaradıldığı, burada 89 faiz əhalinin ermənilərdən ibarət olduğu qeyd olunub.

Bu sənədlə bağlı ekspertər nə düşünür və ABŞ rəsmən buna münasibət bildirməlidirmi?

  • “Ən maraqlısı budur ki, həmin sənəd ermənilərin əlinə...”

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu tip məlumatları yayan mənbə ermənilərdisə, mütləq dəqiqləşdirilməlidir: “Çünki, adətən, onlar məsələlərin mahiyyətini təhrif edirlər. Bəzən hətta sənədləri də saxtalaşdırılmış halda verirlər. Sözügedən sənəd də çox müəmmalıdır. Məzmunda qeyd edilənlər, birmənalı olaraq, yalandır.  Çünki Dağlıq Qarabağ daim Azərbaycanın tərkibində olub və orada ermənilərə bizim tərəfdən heç bir hücumlar olmayıb. Hər halda, ABŞ səfirliyi və ya oranın rsəmi dairələri bu sənədə aydınlıq gətirməlidirlər. Ancaq məsələnin başqa bir aspekti də var. Münaqişə hələ SSRİ-nin vaxtında yarananda belə, Rusiya çalışırdı ki, konflikti sülh yolu ilə nizama salsın. Ancaq ABŞ qızışdırıcı mövqe tuturdu və əsasən də ermənilərin mövqeyini dəstəkləyirdi. Ola bilsin ki, SSRİ-nin dağılması prosesini sürətləndirmək üçün belə addımlar atırdı. 1989-ci ildə, münaqişənin ilk illərində ABŞ Konqresində bir qətnamə qəbul edildi. Həmin sənəddə qeyd edilirdi ki, ABŞ ermənilərin “azadlıq mübarizəsini” dəstəkləyir. Yəni bu fakt ABŞ-ın həmin zaman mövqeyini əks etdirirdi. Təbii ki, onda bizim ABŞ-a təsir gücümüz indiki kimi deyildi. Onların ABŞ-da oturuşmuş diasporu vardı. Sonra da 1992-ci ildə də qəbul olunan “Azadlığa dəstək aktı”na “907-ci düzəliş” ABŞ tərəfindən təsadüfən qəbul edilmədi. Bu mənada həmin sənədin inandırıcı olduğu qənaətinə də gəlmək olar. İstənilən halda, ABŞ bu məsələyə aydınlıq gətirməlidir. Ən maraqlısı budur ki, həmin sənəd ermənilərin əlinə niyə məhz indi düşüb və onu yaymaqda məqsəd nədir?”

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər