şənbə günü, 07 noyabr 2026
     

Qarabağ münaqişəsinin həllində Azərbaycan ssenarisi üstün mövqedə, Paşinyan hökuməti üçün geri sayım başladı

Image


Ermənistan daxilində baş verən hakimiyyət çaxnaşmalarının Dağlıq Qarabağ münaqişəsinə də mütləq şəkildə təsir göstərəcəyi artıq ekspertlər və araşdırma mərkəzləri tərəfindən də birmənalı şəkildə qəbul olunmaqdadır. Bunu ermənilər özləri də etiraf edərək bildirirlər ki, yaranmış durum İrəvanın Qarabağ məsələsində müqavimət gücünün daha tez sıradan çıxmasına səbəb olacaq.  Bunu Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri David Şahnazaryan da xüsusi olaraq vurğulayır.

Onun sözlərinə görə, Ermənistanda baş verənlər hakimiyyət daxilində növbəti dəfə xaosun hökm sürdüyünü nümayiş etdirir: “Biz hakimiyyət daxilində idarəolunmaz situasiyaya şahidlik edirik. Bu hökumət üçün artıq geri sayım başlayıb və Vanetsyanın istefası bunun sübutudur. Hakimiyyətin özünə yaratdığı böyük problemləri mövcuddur”. Şahnazaryanın sözlərinə görə, öz gələcəyinin üzərindən xətt çəkmək istəməyən istənilən ağıllı insan hazırkı hökumətlə əməkdaşlıq etməyəcək: “Azərbaycanla bağlı bir neçə aqressiv bəyanat verərək, Ermənistanın imicilə bərabər danışıqlar prosesinə də böyük zərər vurdular. Paşinyan Bakının əlinə çoxlu fakt verdi və Qarabağın həlli artıq Azərbaycanın ssenarisi ilə gedir. Azərbaycanın özünün beynəlxalq ictimaiyyət qarşısında hücum fəaliyyətlərini əsaslandırması üçün çoxlu arqumentləri var”. Eyni mövqeni erməni politoloq Armen Badalyan da sərgiləyir: “Ermənistan hakimiyyətinin irəliyə baxan gündəliyi yoxdur, bu, geriyə baxan gündəlikdir və bu gündəlik kontekstində ikinci qütb əslində ikinci prezident ətrafında formalaşmağa başlayıb. Hakimiyyət dəyişikliyi prosesi başlayır. Bu durum Ermənistanın xarici siyasətinə, Qarabağ münaqişəsinə əhəmiyyətli dərəcədə təsir edəcək. Paşinyan iqtidarı artıq bunların qarşısını almaq gücündə deyil. Azərbaycanın isə baş verənlərdən faydalanacağına şübhə yoxdur”.

Badalyan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyanın istefası məsələsinə toxunarkən bildirib ki, bu, əvvəlcədən hesablanmış addım idi. Onun sözlərinə görə, Vanetsyan Rusiyanın siyasi hakimiyyət dəstəyinə malikdir: “Paşinyandan fərqli olaraq, Vanetsyanın inzibati resurslarla əlaqələri var. MTX direktoru Rusiyanın siyasi hakimiyyət dəstəyinə malikdir. Paşinyan hazırda təkcə Rusiyanın yox, eləcə də Avropa İttifaqı və ABŞ-ın dəstəyinə malik deyil. Vanetsyan üçün maliyyə tapmaq, siyasi ittifaqlar formalaşdırmaq texnika və zaman məsələsi olub”. Bu arada Ermənistan Polisinin rəisi Valeri Osipyanın da vəzifədən azad edilməsi vəziyyəti daha sürətlə Paşinyanın əleyhinə çevirir. Qeyd edək ki, artıq Paşinyan Valeri Osipyanın tutduğu vəzifədən azad edilməsi haqqında sərəncam imzalayıb. Bundan sonra ölkə prezidenti Armen Sarkisyan da Valeri Osipyanın Ermənistan Polisinin rəisi vəzifəsindən azad edilməsinə dair sərəncam imzalayıb. Osipyan istefa ərizəsini Nikol Paşinyanın sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasından sonra yazıb. Erməni mediasının məlumatına əsasən, güc strukturlarının bütün rəhbərləri istefa verəcək.

Artur Vanesyanın istefası isə burada təkan rolunu oynayıb. Eyni zamanda onun istefa ərizəsində yazdıqları Paşinyanın komandasının tam dağılmaqda olduğunu üzə çıxarır. Xatırladaq ki, istefa ərizəsində Artur Vanetsyan çox maraqlı məqamlara toxunaraq yazır: “Dövlət quruculuğunun məntiqi var, qərarların spontanlığı, hərəkətlərin çevikliyi, prioriteti sonra ikinci dərəcəli olan məsələ və keçidlə qalıcı arasında fərq qoymamaq praktikası məqsədə çatmağa aparan yol deyil. Zabit ləyaqəti ilə heç bir ümumi əlaqəsi yoxdur. Zabitin paqonları ilə proseslərin bu cür inkişafı uyğun gəlmir. İstefam “Dur” üçün düşündürücü addım olsun”. Bu açıqlamalar Paşinyandan komandasının ciddi şəkildə narazı olduğunu ortaya qoyur. Aydındır ki, baş verənlər Paşinyan hökumətində sonuncu istefalar deyil. İrəvanda məlumatlar dolaşır ki, müdafiə naziri də istefaya hazırlaşır. Düzdür, David Tonoyan özü hələ bunu inkar edir. Ancaq Tonoyanın da Ermənistandakı mövcud duruma görə Paşinyanın yanından qaçması gözlənir. İstefaların sayı artdıqca isə Paşinyanın mövqeləri zəifləyəcək. İstefalar hazırda həm də onunla bağlıdır ki, məmurlar, belə demək olarsa, batmaqda olan gəmidə Paşinyanla çiyin-çiyinə dayanmaq istəmirlər. Digər tərəfdən məlumatlar dolaşır ki, istefa verənlər Rusiyadan gərəkən siqanalları alıb. Rus siyasi təhlilçi Aleksandr Skakov da bunu istisna etmir. O bildirir ki, baş verənlər, Ermənistanın ikinci prezidenti Robert Köçəryana görə, Kremlin qisas vasitələrindən biridir: “Robert Köçəryana qarşı baş verən hadisələr Moskvada olduqca mənfi qəbul edilir”. Onun sözlərinə görə, Moskvada Ermənistan hakimiyyətinə qarşı şübhələr var: “Mən bütün bunlarda kökündən mənfi heç nə görmürəm. Məncə, bunlar ikitərəfli əlaqələr kontekstində o qədər də vacib hadisələr deyil. Bu və ya digər şəxsin təhvil verilib-verilməməsi məsələsinə gəlsək, Rusiyanın bu kimi məsələlərdə mövqeyi bu cürdür: Rusiya ümumilikdə heç kimi təhvil verməməyə çalışır, bu yalnız Ermənistana qarşı deyil. Yəni Moskvanın hər hansı şəxsi geri qaytarması üçün ciddi səbəblər lazımdır, üstəlik də Moskvada Ermənistana qarşı şübhələr var. Ermənistanın ikinci prezidenti Robert Köçəryana qarşı baş verən hadisələr Moskvada olduqca mənfi qəbul edilir. Burada bir məntiq var, çünki Moskva, Saakaşvili kimi hadisələr istisna olmaqla, bu və ya digər ölkənin keçmiş rəhbərinin cinayət məsuliyyətinə cəlb olunmaması mövqeyindədir. Yəni yalnız esktremal hallarda”. O bildirib ki, Köçəryanın ittiham edilməsi Moskvanın siyasi mətbəx ənənələrinə uyğun gəlmədiyi üçün müəyyən qədər mənfi reaksiyaya səbəb oldu: “Buna görə də, qeyd etdiyiniz şəxslər həmin siyasi axına düşüb və məhz bu səbəblə onlar geri qaytarılmır. Şişkin məsələsinə gəlincə isə, düşünmürəm ki, bu hər hansı mənada Moskva üçün vacibdir, belə Şişkinlər bizdə çoxdur”. Rus siyasi təhlilçi qeyd edib ki, Robert Köçəryan amilinə görə Moskva təkcə Ermənistanda hakimiyyəti çalxalamaqla kifayətlənməyəcək. O hesab edir ki, Kreml Qarabağ məsələsi vasitəsilə də Paşinyana böyük zərbə vurulması planını istisna etmir. Belə ki, zəbt edilmiş ərazilərin daha bir hissəsinin Azərbaycan tərəfindən azad edilməsinə şərait yaratmaqla Moskva Paşinyanın mövqelərini əhəmiyyətli dərəcədə laxlada biləcəyini yaxşı bilir. Məhz elə bu səbəbdən yaxın tezlikdə Qarabağ məsələsi ilə bağlı müəyyən mühüm dəyişikliklərin olması tamamilə gözlənilən hal sayılır. Hesab edilir ki, bu istiqamətdə müvafiq addımlar Rusiya prezidenti Vladimir Putinin gələn ayın əvvəlində Ermənistana baş tutacaq səfərindən sonra atılacaq.

Xatırladaq ki, Rusiya prezidenti İrəvanda keçiriləcək Avrasiya İqtisadi Birlyinin sammitində iştirak etmək üçün Ermənistana gəlməlidir. Əsas ssenari budur ki, Putin Ermənistana gəlməyi o qədər də istəmir, lakin sözügedən qurumun iclasında iştirak etməyə bilməz, buna görə də onun münasibətləri hələlik gərginləşdirməməyi və oktyabrın 1-də cəmi 2-3 saat, naharda da iştirak etmədən qısamüddətli səfər etməyi üstün tutacağı qeyd edilir. Rusiyanın Ermənistandakı səfiri Sergey Kopirkin bəyan edib ki, səfərin ləğvi ilə bağlı hələ hər hansı bir açıqlama verilməyib, ona görə də prezident Putin əvvəlki zirvə görüşlərində iştirak etdiyi kimi sammitdə iştirak edəcək. Amma bu. yuxarıda qeyd olunan şəkildə baş tutacaq. Bununla yanaşı, erməni mediasında Putinin daha öncədən elan edilən səfərini ləğv edə biləcəyi ilə bağlı xəbərlər digər ssenari kimi qiymətləndirilir. Məsələ bundadır kk, hələ 2013-cü ilin dekabr ayında Rusiya prezidentinin Ermənistana səfərindən əvvəl təhlükəsizlik işçiləri Ermənistana gələrək avadanlıq gətirir, cangüdənlər hərəkət marşrutunu hazırlayıb yoxlayır, müşahidə oyuqları təşkil edilir, bəzən küçələri asfaltlayırdılar. Həmin vaxt səfərə hazırlıqlar, təxminən bir ay əvvəl, noyabr ayında başlayırdı. Rusiya prezidentinin Ermənistana gözlənilən 1 oktyabr səfərinə cəmi iki həftə qalmasına baxmayaraq, bu dəfə sanki səssizlikdir. Rusiya prezidentinin protokolu və təhlükəsizlik personalının niyə Ermənistana gəlmədiyi ilə bağlı Ermənistan XİN mətbuat katibi Anna Nağdalyana sual ünvanlanıb. Amma o da bu suala cavab verə bilməyib. Bu mənada, Artur Vanetsyanın da Rusiya üçün məqbul bir fiqur sayıldığını nəzərə alsaq, Avrasiya İqtisadi Birlyinin sammitindən əvvəl Ermənistan MTX direktorunun istefası nə dərəcədə məqsədəuyğun idi və bu addım Putinin səfərini ləğv etmək üçün əlavə bir təkan ola bilərmi? Erməni ekspert Gevorq Yenokyan bu xüsusda bildirib: “Düşünürəm ki, bunlar bir-biri ilə əlaqəli olan proseslərdir, zamanın üst-üstə düşməsi o deməkdir ki, bu proseslərin heç olmasa biri sürətlənib”. Erməni politoloq bildirib ki, Ermənistan hökumətinin dağılması sürətlənərsə, Qarabağ məsələsinin həlli prosesini də sürətlənəcək: “Hökumətin dağılması sürətlənərsə, düşünürəm ki, Qarabağ məsələsinin həlli prosesini də sürətləndirəcəklər. Xüsusən də Rusiya bu istiqamətdə fəallaşacaq”. “Ermənistan politoloqları” birliyinin sədri Hmayak Ovhannisyan isə hesab edir ki, Putin səfərini ləğv etməyəcək, amma Ermənistandan qayıtdıqdan sonra İrəvana qarşı təzyiqlər artacaq: “Məni ən çox narahat edən məsələ Qarabağ münaqişəsi ilə bağlıdır. Ermənistan bu məsələdə Rusiya iqtidarına qarşı heç bir addım ata bilməyəcək. Çünki Rusiya sərhədlərin nəzarətçisi, təhlükəsizliyin qarantıdır. Sərhədi Rusiya qoruyur, bazaya Rusiya nəzarət edir”.  Bütün bunlar yaxın tezlikdə Qarabağ məsələsində mühüm dəyişiklikləri istisna etmir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ