şənbə günü, 07 noyabr 2026
     

ABŞ-ın ilk zərbələr ssenarisi, İranın ilk cavab zərbələri ssenarisi...

Image


Məlum olduğu kimi, Səudiyyə Ərəbistanının neft nəhəngi “Aramco” şirkətinə məxsus iki zavoda gecə saatlarında hava hücumu olub. Pilotsuz təyyarə ilə edilən hücum nəticəsində zavodlarda böyükmiqyaslı yanğın çıxıb.

Qeyd edək ki, bu, husilərin “Aramco”ya ilk hücumu deyil. İyul ayında da paytaxt Ər-Riyaddakı “Aramco” obyektlərindən birində yanğın çıxmış, şirkət yanğının səbəbini "texniki qəza" kimi təqdim etsə də, Yəməndəki husilər açıqlama verərək, hadisəni onların törətdiyini bəyan etmişdilər.

Ümumiyyətlə, şiəliyin Zeydiyyə məzhəbinə mənsub olan husi camaatı və Yəmən problemi Səudiyyə Ərəbistanı qurulandan bəri bu ölkənin ən böyük xofuna çevrilib. Səudiyyə Ərəbistanı liderlərinin Ərəb yarımadasının ən yoxsul ölkəsi sayılan Yəməndən bu qədər qorxması da, təbii ki, səbəbsiz deyil. Yəmən nə qədər kasıb olsa da, yarımadanın ən çox əhaliyə malik və demoqrafik olaraq sürətlə artan ölkəsidir. Eyni zamanda, həmin ölkənin İrandan böyük dəstək aldığı bildirilir. Hazırda Yəmənin əhalisinin 32 milyonu keçdiyi təxmin olunur. Ərəb yarımadasının əhalisinə görə ikinci, iqtisadi potensialına görə birinci ölkəsi olan Səudiyyə krallığının əhalisi isə 28.5 milyon civarındadır.

ABŞ Səudiyyə Ərəbistanındakı neft zavodlarını partladan pilotsuz təyyarələrin haradan qalxdıqlarını bildiklərini bəyan edib. ABŞ keçən həftə "Saudi Aramco" şirkətinin neft zavodlarının İran tərəfindən partladıldığını iddia edib. Təxribatda 20-dən çox silahlı pilotsuz təyyarədən istifadə edildiyini bildirib. ABŞ dövlət rəsmiləri hazırda dəlillərin toplandığını və yaxın günlərdə təxribatın bütün dəlilləri ilə ictimaiyyətə təqdim ediləcəyini açıqlayıblar.

İranın Ali dini lideri Əli Xameneyi bildirib ki, İran hökumətinin ABŞ-la danışıqlar aparmaq fikri yoxdur: “İran və ABŞ hakimiyyəti arasında istənilən səviyyədə danışıqlar olmayacaq. Bu cür əlaqələrin olması ABŞ-ın İrana təzyiq siyasətinin uğuru deməkdir”.

İran ABŞ-a etiraz notası da verib. Etiraz notası İsveçrə səfirinə təqdim edilib. Notada Səudiyyə Ərəbistanının “Saudi Aramco” neft şirkətinin obyektlərinə edilən hücumda İranın rolunun olmadığı bildirilib və bu məsələ təkzib olunub. Qeyd olunub ki, İran əleyhinə hər hansı bir addım atılarsa, ölkə tez bir zamanda buna cavab verəcək.

Xatırladaq ki, İsveçrə səfiri Tehranda həm də ABŞ-ın maraqlarını müdafiə edir. Göründüyü kimi, Səudiyyə Ərəbistanının neft obyektlərinə edilən hücum ABŞ-la İran arasındakı münasibətləri daha da qızışdırıb. Hətta bir sıra mənbələr iddia edirlər ki, yaranmış vəziyyət ABŞ-ın İrana hərbi müdaxiləsini mümkün edir. Belə zərbələr olacaqsa, İrana həmlə və İranın həmin həmləyə cavabı hansı ssenarilər üzrə inkişaf edə bilər?

  • “Tramp seçilmək istəyir, bu səbəbdən də heç vaxt İrana qarşı müharibə edə bilməz”

Politoloq Zərdüşt Əlizadə “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, hələ zərbələrdən danışmaq tezdir: “ABŞ-ın hədələrinə əsasən bunu təxmin edirlərsə, hələ tələsməsinlər. Çünki ABŞ indiyə qədər İrana zərbə endirəcəyi ilə bağlı o qədər yalan danışıb ki, indiki hədələrini də o qəbildən saya bilərik. Gəlirik ABŞ-ın əlində tutduğu indiki bəhanəyə. Onun əlində konkret dəlil yoxdur ki, həmin hücumu İran edib. Sadəcə, ehtimalla danışıb, İranı bəzi ərəb ölkələri ilə üz-üzə qoymaq istəyir. Niyə onlar hesab edirlər ki, bunu Yəmənin özü edə bilməz? Mən Yəməndə bir neçə il çalışmışam. Oranın spesifikasına yaxşı bələdəm. Çox döyüşkən əhalisi var. Səudiyyə bilmirdi ki, Yəmənə hücum edəndə, onun haqlarını tapdalayanda axırı belə olacaq?  Səudiyyənin neft obyektlərinə zərbəni Yəmən endirib. Bunu ABŞ hamıdan gözəl bilir. Yəmən öz qisasını alır. Səudiyyə xalqın dəstəkləmədiyi bir adamı ölkə başçısı edib, zorla 5-6 ölkənin qoşununu ora yeridib guya dövlət başçısını qoruduğunu bəyan edəndə, bu nəticəni də haqq etdiyini bilməli idi. Onlar öyrənmişdilər ki, Yəmən kasıbdır, cavab verə bilməyəcək. Hələ Yəməndə müharibə başlayanda mən demişdim ki, bu, Səudiyyənin sonu ilə nəticələnəcək. Proseslər ona doğru gedir”.

Politoloqun sözlərinə görə, sırr deyil ki, İran Yəmən xalqını dəstəkləyir: “Bu heç də o anlama gəlmir ki, onların əli ilə hansısa ölkəyə hücum etməlidir. ABŞ iddialarını sübut edə bilmir. Bundan əvvəl də belə yalanlar danışıb. İraqdakı bakterioloji silahdan tutmuş, Vyetnam gəmilərinin ABŞ gəmilərinə etdikləri hücumla bağlı. Artıq heç kim onlara inanmır. Ağlınız başqa ölkələrə getməsin. ABŞ heç vaxt İrana hücum edə bilməz, çünki buna cəsarəti çatmaz. Bilir ki, belə həmlə edərsə, ilişib o problemin içində qalar. Bir də qarşıdan seçki gəlir. Tramp seçilmək istəyir, bu səbəbdən də heç vaxt İrana qarşı müharibə edə bilməz. Birdə belə fikrə düşsə də, İrandan kəskin cavab alacaq. Bu dəqiqdir. Əslində isə müharibə nə Trampa, nə də İrana lazımdır. Bundan ən çox qorxan isə Səudiyyədir. Çünki hələ bilmir ki, müharibə olsa, Səud övladları hakimiyyətdə qala bilər, yoxsa yox? İstənilən halda, İranla bağlı gərginliyin olması bizə sərf etmir. Çünki qardaş, qonşu ölkəyik, əhalisinin böyük hissəsini bizim soydaşlarımız təşkil edir. Bacardığımız qədər həmin ölkə ilə həmrəylik nümayiş etdirməliyik”.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ