şənbə günü, 07 noyabr 2026
     

Paşinyanın siyasəti üzündən Qarabağ danışıqları dayanır, hərbi yol gündəmə gəlir…

Image


Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Ermənistan hakimiyyətinin atdığı addımlar işğalçı ölkənin problemi dinc yolla həll etmək niyyətindən hələ də çox uzaq olduğunu göstərir. Azərbaycan tərəfi isə İrəvanın danışıqlar prosesini uzatmasının artıq qəbuledilməz olduğunu bildirir və belə gedişlə danışıqların ümumiyyətlə dayandırılması istisna olunmur. Təbii ki, bu halda məsələnin hərbi həlli daha da aktuallaşacaq. Artıq bu xüsusda Azərbaycan rəsmiləri müvafiq xəbərdarlıqlar da edir.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycana yeni təyin olunan səfiri Ceyms Şarp ilə görüşündə səsləndirdiyi fikirlər də yuxarıda qeyd olunan qənaəti gücləndirir. Ermənistanın işğalçılıq siyasətinin davam etdiyini və İrəvanın danışıqları uzatdığını deyən nazir bildirib ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səylərinə baxmayaraq, sülh danışıqları rəsmi İrəvan tərəfindən qəsdən yubadılır. Bu vəziyyətdə Azərbaycan rəsmiləri artıq danışıqların da əhəmiyyətinin aradan qalxdığını açıq bəyan edir. Prezident Administrasiyasının xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyevin bu səpkidə açıqlamaları da təsadüfi sayılmır. Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü məsələsini şərh edən Hikmət Hacıyev qeyd edir: “Nyu-Yorkda BMT Baş Assambleyasının növbəti sessiyası çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünün keçirilməsi fikri var”. Onun sözlərinə görə, bunu sadəcə görüş adlandırmaq olar: “Çünki Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesinə, gördüyümüz kimi, Ermənistan tərəfindən ciddi zərbələr vurulur və danışıqlar prosesinin pozulması üçün təxribatçı addımlar atılır. Bu baxımdan, qarşıdakı görüşdə də Azərbaycanın mövqeyi həmsədrlərə, Ermənistan tərəfinə, xüsusən də Ermənistan tərəfinin səsləndirdiyi bu destruktiv açıqlamaların fonunda çatdırılacaq”. Xarici işlər naziri Elmar Məmmədyarov isə bildirir ki, Ermənistan rəhbərliyinin məsuliyyətsiz davranışı bölgədə gərginliyin artmasına xidmət edir.

ATƏT-in Minsk Qrupunun keçmiş həmsədri, Birləşmiş Ştatların Azərbaycandakı keçmiş səfiri Metyu Brayza isə Ermənistanın “168 jam” nəşrinə müsahibəsində qeyd edir ki, danışıqların dayanması və savaşın başlanması ən çox ermənilər üçün böyük zərbə olacaq. O bildirir ki, Ermənistan qarşısında güclü Azərbaycanın dayandığının fərqinə varmalıdır: “Ermənistanda hakimiyyət dəyişikliyindən dərhal sonra, hakimiyyətə gəlişin ilk mərhələsində danışıqlar prosesində bəzi müsbət dəyişikliklər nəzərə çarpırdı. Ölkə rəhbərləri və nazirlər səviyyəsində görüşlər, danışıqlar yenidən başlamışdı, müsbət dəyişikliklər var idi. Tərəflərin aylarla davam edən danışıqları nəticəsində cəmiyyətlərin sülhə hazırlanması və təmas xəttində atəşkəs rejiminin gücləndirilməsi ilə əlaqədar etimad yaradan tədbirlərin həyata keçirilməsi ilə bağlı bir neçə ay bundan əvvəl verilən bəyanat mənim üçün son illərdə ən vacib irəliləyişdir. Mən bilirəm ki, Bakının ən yüksək səlahiyyətliləri nizamlanma məsələsində Paşinyanla irəli hərəkət etmək istəyir, lakin hər zaman şübhə var - Paşinyan öz siyasi gücünü səmərəli şəkildə konsolidasiya edə biləcəkmi? Çünki keçmiş sistem ona qarşı işləyir və rəqabətlər, təzyiqlər davam edir. Buna görə də, hesab edirəm ki, bu məsələ hazırda irəliləyişi ləngidir və Paşinyana təzyiq göstərir. Bu yalnız indinin problemi deyil, ötən 20 il ərizndə Ter-Petrosyan kəskin dəyişikliyə yaxın idi və böyük təzyiqlər altına düşdü. Bunu Ermənistan parlamentində baş vermiş hadisə izlədi.
Sarkisyanın hakimiyyət dövründən bir neçə il əvvəl də belə vəziyyət mövcud idi. Tərəflər o zaman kəskin dəyişikliyə yaxın idilər. Putin aprel döyüşlərindən sonra diqqətəlayiq təkliflər təqdim etmişdi, lakin bunu da Polis Post-Patrul alayının tutulması izlədi. Mənim fikrimcə, eyni şey hazırda da baş verir. Köçəryanın məhkəmə işi davam edir, Qarabağ qrupu hədsiz dərəcədə aktivdir. Hesab edirəm, ABŞ-dakı “Hay Dat Komitəsi”kimi dairələr onlara dəstək verir. “Hay Dat Komitəsi” münqaişəni nizama salmaq istəmir və biz nə zaman irəliləyiş əldə etməyə çalışsaq, o buna hər zaman qarşı çıxıb. Hər zaman antierməni dalğasında olublar. Ken Xaçikyan Serj Sarkisyanı da xəyanətkar adlandırır. Hesab edirəm, eyni şey Paşinyanla da baş verir, bütün bunlarda yenilik yoxdur. İndi hər hansı sənədin və ya təkliflərin müzakirə olunub-olunmadığını bilmirəm. Mən ancaq bilirəm ki, 11 il əvvəl razılaşdırılmış “Madrid sənədi” bütün bu müddət ərzində bu və ya digər şəkildə danışıqlar masasında olub. Fikrimcə, “Madrid prinsipləri” Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ən əhatəli, məntiqli, ən yaxşı çərçivədir. Bu, Əliyev və Sarkisyan arasında əsas razılaşmadır, lakin onlar bu razılaşmanı sona çatdıra bilmədilər. Ən vacib məsələ Dağlıq Qarabağın son hüquqi statusunun referendumla müəyyənləşdirilməsi və eyni zamanda müvəqqəti statusa malik olmasıdır”.
Brayza onu da qeyd edir ki, erməni tərəfi son dövrlərdə heç də reallığı əks etdirməyən açıqlamalar verir. Məsələn, erməni tərəfi Qarabağın Ermənistan olmasını qeyd edir və eyni zamanda Xankəndinin danışıqlar masasına qatılmasını istəyir: “Paşinyanın bu xüsusda bəyanatları bir-biri ilə ziddiyət təşkil edir, deyə bilərəm ki, bu nəzərə çarpıb. Dağlıq Qarabağ nümayəndələri əvvəllər danışıqlar prosesində iştirak edib. Ermənistanın ikinci prezidenti Köçəryanın dövründə bu dəyişdi, hazırda erməni tərəfi bu formatı yenidən dəyişdirmək istəyir və Azərbaycan buna razılıq vermir. Bugünkü reallıq budur ki, Qarabağ nümayəndələri bu danışıqlarda iştirak etmir. Bu reallığı dəyişmək istəyirsinizsə, yeni atəşkəs razılaşması istəyirsinizsə, bunun üçün nəsə verməlisiniz, bu, danışıqlar mexanizmidir. Düşünürəm, Azərbaycan hər zamankından daha yaxşı mövqe tutub. Ermənistan bunu nəzərə almalıdır”. Brayza onu da qeyd edir ki, danışıqların dayanması və savaşın olması Ermənistan üçün böyük dağıntılara səbəb olacaq. Bu səbəbdən o, İrəvanın danışıqlarda daha maraqlı olmasını zəruri sayır. Əks təqdirdə, onun fikrincə, Ermənistan ciddi təlatümlərlə üzləşməli olacaq. Bunu erməni hərbi ekspert Van Hambardzumyan da təsdiq edir. O bildirir ki, danışıqların dalana dirənməsi  genişmiqyaslı hərbi əməliyyatların başlamasına dair təhlükə yaradır.  O qeyd edib ki, Ermənistanın daxili siyasi gərgin vəziyyəti sərhəd gərginliyinə də gətirib çıxara bilər, bu zaman isə aprel savaşı kimi müharibə ilə məsələ həll olunmayacaq: "Hərbi qüvvələrin böyük toplanması nəzərə çarpır. Bu, 2018-ci il inqilabı zamanı başlayıb". Erməni eskpert  Azərbaycanda keçirilən genişmiqyaslı hərbi təlimlərə  də toxunub: "Azərbaycanın planı Ermənistana eyni zamanda bir neçə istiqamətdən, o cümlədən də Naxçıvan tərəfdən hücum etməkdir. Naxçıvanda hərbi təlimlər davam edir və sərhədə çox yaxın yerləşir. Yəni hər zaman qüvvələrin kifayət qədər böyük toplanması nəzərə çarpır. Oradan Ermənistanın paytaxtına qədər uzaqlıq birbaşa xətlə cəmi 42 kilometrdir, Ermənistanın əsas strukturları isə İrəvanda yerləşir".

Xatırladaq ki, müdafiə nazirinin rəhbərliyi altında Azərbaycan Ordusunun müxtəlif qoşun növləri, qisimləri, hərbi birlik və birləşmələrinin cəlb edilməsi ilə genişmiqyaslı əməliyyat-taktiki təlimləri keçirilir. Təlimlərə 10 min nəfərədək şəxsi heyət, 100-dən çox tank və digər zirehli texnika, 120 müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatanlar, 20-dək ordu və cəbhə aviasiyası və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunub. Mürəkkəb şəraitdə, dağ-meşə, qayalıq ərazilərdə və çətin radioelektron mübarizə mühitində keçiriləcək təlim zamanı ön və yandan keçmə dəstələrinin əsas zərbə qruplaşmaları, eləcə də, artilleriya, aviasiya və döyüş düzülüşünün digər elementləri ilə qarşılıqlı əlaqədə fəaliyyətin təşkili üzrə tapşırıqlar icra edilir. Bütün fəaliyyətlər döyüş atışlı mərhələlərdən ibarət olmaqla döyüş vəziyyətinə maksimal uyğun şəraitdə müxtəlif poliqon və təlim mərkəzlərində keçirilir. Erməni tərəfi isə təlimlərin danışıqların dalana dirəndiyi bir vaxta təsadüf etməsini ciddi narahatlıqla qarşılayır. Qeyd olunur ki, Bakı bununla danışıqlar variantını arxa plana atıb, güc yolundan istifadəyə doğru getdiyini aydın göstərir. “İrates” qəzeti yazır ki, Azərbaycan Qarabağ məsələsində nəticə istəyir və prosesi istənilən vaxt hərbi müstəviyə yönəldə bilər.  Bu fikri erməni hərbi ekspert Astvatsatur Petrosyan da təsdiq edir: "Yeni təlimlər mühüm əməliyyat strategiyaları, əhəmiyyətli istiqamətlər üzrə hərbi-strateji bir təlimdir". Onun sözlərinə görə, müharibə qanunlarına görə, hərbi əməliyyatlardan əvvəl hərbi təlimlər keçirilir:
"Təlimlər adı altında qüvvələr cəmləşdirilir və təlimlər yavaş-yavaş 2-ci mərhələyə keçməklə müharibə şəklini alır. Bu vəziyyət istisna edilmir, hazır olmalıyıq, heç bir fikri rədd etməməliyik".

Xatırladaq ki, ordumuzun təlimləri hər dəfə Ermənistanda ciddi narahatlıqla qarşılanır. Halbuki, ordumuzun planlı surətdə keçirdiyi təlimlər barədə Müdafiə Nazirliyi həmişə əvvəlcədən xəbər yaymaqla ictimaiyyəti və beynəlxalq qurumları məlumatlandırır. Amma indi danışıqların dalana dirəndiyi bir vaxtda keçirilən təlimlər Ermənistanda daha böyük əndişə yaradır. Çünki real vəziyyət yeni Qarabağ savaşını istiina etmir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ