şənbə günü, 07 noyabr 2026
     

Ermənistan Hikmət Hacıyevin fikirləri üstündə tutarsız təbliğat oyunu qurur...

Image


Ermənistan KİV-i guya Azərbaycanın KTMT-yə müşahidəçi qismində üzv olmaq istəyinin onların təkidindən sonra baş tutmadığına dair təbliğat aparır. Bu xüsusda qeyd edirlər ki, guya Azərbaycanın belə bir niyyəti olub, lakin Ermənistan diplomatiyasının “uğurlu” addımlarından sonra bu mümkün olmayıb.

Hətta Prezident Administrasiyasının rəsmisi Hikmət Hacıyevin səsləndirdiyi bəyanata da özünəməxsus rəy verməyə çalışırlar. Guya Azərbaycan əvvəl belə niyyətdə olduğunu bəyan edib və yalnız Moskvanın məsələyə müsbət reaksiya vermədiyini gördükdə bu fikrindən daşınıb. Qeyd edək ki, Azərbaycan heç vaxt rəsmi səviyyədə belə bir niyyətinin olduğunu bəyan etməyib. Həmin fikir millət vəkili Əli Hüseynov tərəfindən şəxsi fikir olaraq səsləndirilib və heç də Azərbaycanın rəsmi mövqeyini əks etdirməyib. Ermənistan KİV-i yazır ki, guya Hikmət Hacıyev bu imtinanı Azərbaycanın KTMT-yə üzv olan ölkələrlə olan ikitərəfli münasibətlərdə nə lazımdırsa, əldə edə bildiyi ilə əlaqələndirib.

Ermənilərin bu ucuz təbliğatı nəyə hesablana bilər?

  • Hatəm Cabbarlı: “Onlar bilirlər ki, Azərbaycanın qurumla ola biləcək hər hansı yaxınlaşma cəhdlərinə mane olmaq Ermənistanın siyasi iradəsi kənarındadır” 

Siyasət üzrə elmlər doktoru Hatəm Cabbarlı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Paşinyan hakimiyyətə gələndən sonra Ermənistanın Rusiya ilə münasibətlərində ciddi gərginliyin olduğunu müşahidə etmək mümkündür: “Bu gərginliyin əsası Paşinyanın məhz KTMT ilə bağlı atdığı addımından sonra başladı. Həmin vaxt Paşinyan KTMT-nin Ermənistandan olan dönəm sədrini həbs etdirdi. Bundan sonra Azərbaycanın da həmin quruma üzv ola biləcəyi ilə bağlı məlumatlar dolaşmağa başladı. Ölkəmizin  təhlükəsizlik doktrinasına baxdıqda məlum olur ki, Azərbaycan bu tip təşkilatlara üzv olmağı hədəfləmir. Bununla bağlı heç bizim rəsmi mövqeyimiz də olmayıb. PA rəsmisi Hikmət Hacıyevin bu məsələyə konkret münasibət bildirməsi erməni KİV-də geniş müzakirə edilir. Ermənilər Azərbaycanın təbii haqqı olan bir manevri edə biləcəyindən çox narahat idilər. Onlar bilməlidirlər ki, Azərbaycanın belə bir istəyi olarsa, bu, Erməənistan xaric, digər bütün dövlətlər tərəfindən məmnuniyyətlə qarşılanar. Azərbaycanın KTMT-yə üzv olan ölkələrlə münasibətləri olduqca yüksək səviyyədədir. Hətta  Ermənistanın həmin ölkələrlə münasibətlərindən daha yüksəkdədir. Azərbaycan quruma üzv olan ölkələrlə yaxın hərbi əməkdaşlıq da edir. Maraqlıdır ki, KTMT-nin nizamnaməsinə dəyişiklik ediləndə Ermənistan buna yox demədi. Oradakı dəyişikliklərdə nəzərdə tutulur ki, KTMT-də bəzi ölkələr müşahidəçilik statusu ala bilərlər. Ermənistan Azərbaycanın da ora üzv ola biləcəyindən ehtiyatlanırdısa, onda niyə həmin dəyişikliyin lehinə səs verdi?”

Politoloqun sözlərinə görə, KTMT-nin hazırda daxilində yeganə arzuolunmaz ölkə kimi Ermənistan xarakterizə olunur: “Azərbaycanın son rəsmi münasibəti bundan ibarətdir ki, hələlik ölkəmizin həmin quruma üzv olmaq kimi niyyəti yoxdur. Ancaq önümüzdəki dönəmdə bölgənin təhlükəsizliyinin təmin olunması tələb etdikdə, bu, nəzərdən keçirilə bilər. İndiki anda isə KTMT Azərbaycanın təhlükəsizlik maraqlarına tam cavab verən təşkilat deyil. Ermənistan guya  Azərbaycana KTMT-yə üzvlüklə bağlı mane olduğunu və ya gələcəkdə mane ola biləcəyini bəyan edir. Ancaq bu, Ermənistanın siyasi imkanlarını aşan bir iddiadır. Bu baxımdan da Ermənistan təbliğatının uydurduğu yalanlar heç nəyi dəyişmir, çünki reallıqdan tamamilə uzaqdır. Ermənistanın özünün potensialı elədir ki, o, KTMT daxilində əməkdaşlıq da qura bilmir. Ermənistanın bu məsələdə narahatlığı başadüşüləndir. Onlar bilirlər ki, Azərbaycanın qurumla ola biləcək hər hansı yaxınlaşma cəhdlərinə mane olmaq Ermənistanın siyasi iradəsi kənarındadır. Bu səbəbdən də öz daxili auditoriyasına hesablanan yalan informasiyalar yayırlar”.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ