şənbə günü, 07 noyabr 2026
     

KTMT çərçivəsində yeni Qarabağ prosesi başlanır – Ermənistanın əleyhinə, Azərbaycanın xeyrinə, Rusiyanın dəstəyilə…

Image


Azərbaycan rəsmi səviyyədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) müşahidəçi statusu almaq üçün hər hansı müraciət etməsə və bu istiqamətdə heç bir addım atmasa da, bu məsələnin gündəmə gətirilməsi Ermənistanda böyük təşviş yaratmaqda davam edir.

İrəvanda belə hesab edilir ki, Azərbaycan hansısa formada KTMT-də təmsil olunsa, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistanın mövqeləri daha da zəifləyəcək. Çünki münaqişə yenidən aktiv fazaya keçəcəyi təqdirdə Ermənistan hansısa formada KTMT-dən, xüsusən də Rusiyadan yardım ala biləcəyinə hələ də ümidlər bəsləyir. Amma digər KTMT üzvləri Ermənistanın bu niyyətlərinin qətiyyən reallığa söykənmədiyini dəfələrlə qəsmi mövqeləri ilə nümayiş etdiriblər.

Digər tərəfdən reallıqda görünən budur ki, Ermənistandan fərqli olaraq, digər KTMT üzvləri, xüsusən də Rusiya Azərbaycanı təşkilatın sıralarında görmək istəyir. Rusiya baş nazirinin müavini Yuri Borisov və KTMT-nin baş katib əvəzi Valeri Semerikovun Azərbaycanın təşkilata müşahidəçi kimi üzv ola biləcəyinə dair son açıqlamaları da bunu təsdiq edir. Belə durum isə  Ermənistan tərəfindən böyük hiddətlə qarşılanır. Bu ölkənin Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Nağdalyan iddia edir ki, İrəvanın razılığı olmadan Azərbaycanın KTMT-də müşahidəçi statusu alması ilə bağlı hər hansı bir rəy yalnız rəy səviyyəsində qalacaq. Amma Rusiya mediası yazır ki, Moskva istədiyi təqdirdə Ermənistanın buna qarşı çıxması sadəcə mümkün olmayacaq. Məsələ ilə bağlı “regnum.ru” portalı yazır: “Moskva Cənubi Qafqazda bələdləmə aparır. İstisna deyil ki, o, Dağlıq Qarabağ münaqişəsini tənzimləməkdə siyasi praktikanın yeni yanaşmalarını tətbiq etməyə hazırlaşır. Rusiyanın hərbi ekspertləri ideya səsləndirirlər ki, Azərbaycan və Ermənistanın KTMT-də iştirakı “iki ölkə arasında silahlı münaqişə risqini azalda bilər”.

Rusiya baş nazirinin birinci müavini Yuri Borisovun İrəvanda hərbi-iqtisadi əməkdaşlıq üzrə Dövlətlərarası komissiyanın XVII toplantısında “Rusiya Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında müşahidəçi statusu almağına qarşı deyil” və “bu təkcə Azərbaycana aid deyil” bəyanatı sensasiya kimi qəbul edilir. Ermənistan baş verənlərdən çox narahatdır. Xatırladaq ki, Ermənistan parlamentinin xarici əlaqələr üzrə komissiyası lap bu günlərdə KTMT nizamnaməsinə təşkilatla münasibətləri dərinləşdirmək istəyən ölkələr üçün müşahidəçi statusu nəzərdə tutan düzəliş qəbul edib. Ermənistanın müşahidəçi ilə bağlı narahatlığı aşağıdakından qaynaqlanır: Bakıya belə bir status verilə bilərmi.  Bütün əlamətlərə görə, Moskva durumu yoxlayır. KTMT baş katibi vəzifəsini icra edən Valeri Semerikov durumu şərh edərək sıradakı şəkildə fikir bildirib: “Müşahidəçi, tərəfdaş, üzv olmaq haqda bütün bəyanatlar, yaxud ərizələr müəyyən edilmiş şəkildə KTMT katibliyinə daxil olmalıdır. Məndə Azərbaycandan heç bir ərizə yoxdur. Məsələyə baxılmayıb. Kimsə haradasa tribunadan fikir deyib, şəxsi düşüncəsini ifadə edib”. Amma fikrimizcə, Borisovun bəyanatını, çətin ki, siyasi improvizasiya saymaq olar. Onda İrəvan və Bakıya açıq “siqnallar” var. Birincisi: Moskva İrəvana KTMT-ni “antiazərbaycan yönündə” siyasiləşdirmək, bu qurumu öz maraqlarının girovuna çevirmək imkanı verməz. İkincisi: Bakı KTMT-də müşahidəçi statusu almaq istəyi göstərsə, belə bir təşəbbüs dəstəklənəcək. Nəhayət, maraq doğuran üçüncü siqnal. KTMT-yə qayıtmaq ideyası əvvəllər Azərbaycan hökuməti tərəfindən sələndirilibsə – düzdür, ancaq müxtəlif ekspert mülahizələri səviyyəsində – indi bu haqda Rusiyanın yüksək məqamlı məmurları danışmağa başlayıb. Niyə? Sanki öz-özünə ağla gələn nəticələrdən birinin mənası belədir: Rusiya özünün Cənubi Qafqaz siyasətinin bəzi cizgilərini təftişə başlayaraq bu mərhələdə hələlik ancaq Ermənistanın “məxməri inqilabı”na münasibətini sərgiləyir.

O biri yandan, “Paşinyan hökumətinin indiyədək İrəvan və Moskva arasındakı strateji ittifaqı şübhə altına qoya biləcək heç bir ifadə və hərəkətə yol vermədiyi”nə işarə edən ekspertlərlə razılaşmaq olar. Amma respublikada antirusiya əhvalının yüksəlişi görünəndir, Moskvada isə İrəvanın daxili siyasətindəki bəzi yönlərə görə ona münasibətdə heç də müsbət olmayan siyasi fon meydana çıxıb. Habelə istisna deyil ki, Rusiya Dağlıq Qarabağ münaqişəsini tənzimləməkdə siyasi praktikaya yeni yanaşmalar tətbiq etməyə başlayır. Rusiyanın hərbi ekspertləri ideya səsləndirirlər ki, Azərbaycan və Ermənistanın KTMT-də iştirakı “iki ölkə arasında silahlı münaqişə risqini azalda bilər”, çünki blok iştirakçıları güc işlətməmək prinsipinə tərəfdar olmalı, öz aralarında və başqa dövlətlərlə bütün fikir ayrılıqlarını dinc yollarla həll etməlidir.

Amma hətta bu prinsipləri gözləyəndə də gec, ya tez münaqişənin qarşılıqlı qəbul edilən tənzimlənməsinə keçilməlidir ki, bu da hələlik yalnız nəzəri səviyyədə, bir də qarşılıqlı siyasi iradənin varlığı zamanı mümkündür. Nə qədər fırladırsan-fırlat, amma Bakı və İrəvanın, əlbəttə, Rusiya da daxil olmaqla, ATƏT Minsk Qrupunun həmsədrləri arasında ehtimal edilən hansısa ziddiyyətləri əsasında oyunları nəticələrə səbəb olmayıb. Dəyişikliklər mümkündür, ancaq ya tarixi miqyasda, ya da Ermənistanda titrəşim verən siyasi dəyişikliklərlə. Bununla yanaşı, Tiflisin Abxaziya və Cənubi Osetiyaya görə barışmaz antirusiya mövqeyi tutduğu Gürcüstandan fərqli olaraq, Bakı Rusiyanın barış prosesində iştirakını dəstəkləyir. Buna görə də Azərbaycanın KTMT-yə üzvlüyü, heç olmasa ona görə məntiqli görünür ki, onun Rusiya ilə Dağıstan sahəsində quru sərhədi (284km), Xəzər dənizi akvatoriyası üzrə qonşuluğu var, bu, Moskva üçün isə artıq Azərbaycan üzərindən Dağlıq Qarabağa çıxmaq variantıdır. Paradoks bundadır ki, Bakıdan savayı Ankara və ola bilsin, Tehran da Rusiyanın Xankəndidə hərbi iştirakında maraqlıdır. Dünyada və bölgədə geopolitik durum hissolunan dərəcədə dəyişilir və bütün daxili və xarici oyunçular qeyri-standart deyilən həllər aramağa başlayıblar. Borisov ilk gedişi göstərib. Sıradakını kim edəcək – Vaşinqton, Ankara, ya Brüssel?”. Bu şərhdən də aydın görünür ki, Azərbaycanın KTMT-yə qoşulması sırf Qarabağ məsələsinin həllinə hesablanmış addımdır və elə Ermənistanı da qorxudan budur. 

Rusiyalı ekspert Yevgeni Mixaylov qeyd edir ki, istənilən halda Azərbaycan istəsə, Ermənistanın narazılığına baxmayaraq, KTMT-də müşahidəçi statusu alacaq: “Azərbaycan KTMT-də müşahidəçi statusu alsa, bu, postsovet məkanında təhlükəsizliyin əldə edilməsi üçün böyük bir addım ola bilər. Siyasi stabillik və iqtisadi inkişafın hökm sürdüyü Azərbaycan bu təşkilata lazımdır. Bakının öz siyasi kursu var və dünya dövlətləri onunla hesablaşır. Hətta müşahidəçi qismində belə bir müttəfiq əldə etməyə bir çoxları can atır. Fikrimcə, ümumdünya siyasi vəziyyətini nəzərə alsaq, bu, Bakı üçün də vacibdir. Bundan əlavə, müşahidəçi qismində Azərbaycan Ermənistan tərəfindən işğal edilmiş ərazilərini istənilən yolla geri qaytarmağa hazır olduğunu KTMT-yə üzv ölkələrə daha asanlıqla sübut edəcək”. Onun sözlərinə görə, Azərbaycanı KTMT-yə istənilən statusla qəbul etməyi düzgün saymayan Ermənistanın mövqeyi sadəcə təəccüb doğurur: “İrəvanın qorxusu əbəsdir. Moskva buna sadəcə şad ola bilər. Məhz Rusiya təşkilatın sponsoru və əsas oyunçusudur. Buna görə də, öz burnundan uzağı görə bilməyən Ermənistanın fikrinə ciddi yanaşmaq lazım deyil. Adi qığılcımın böyük müharibəyə çevrildiyi müasir dünyada bu tip uzağı görə bilməmək adətən təhlükəsizlik təminatını və dövlətçiliyi itirməklə nəticələnir”. O bildirir ki, İrəvan KTMT-yə üzv ölkələrin Azərbaycana silah satması faktından da narazılığını dilə gətirib. Silah və hərbi texnikanı ucuz qiymətə və ya kreditlə əldə edən Ermənistandan fərqli olaraq, Azərbaycan əldə etdiyi texnikaya görə tam ödəniş edir: “Azərbaycana silah satılması barədə İrəvanın küskünlüyü və ittihamları məsələsinə gəldikdə, Ermənistandan fərqli olaraq, Rusiya və KTMT-yə üzv olan digər dövlətlər Azərbaycanla dostluq münasibətindədir. Buna uyğun olaraq da, Moskva lazım olan silah və hərbi texnikanı satmaq hüququna sahibdir. Silah və hərbi texnikanı uzunmüddətli kredit qarşılığında əldə edən İrəvandan fərqli olaraq, Bakı silah və hərbi texnikadan təhlükəsizliyini gücləndirmək üçün istifadə edir. Ermənistan isə Qarabağdakı separatçıları gücləndirir. Azərbaycan heç vaxt kiminsə torpağını işğal etməyib. Bununla yanaşı, ərazilərin geri qaytarılması üzrə dialoqun olmamasına da icazə verməyəcək. Eyni zamanda nəzərə almaq lazımdır ki, silah Moskva və ya KTMT-nin digər üzvlərindən tədarük edilməsə, digər ölkələr asanlıqla bu rolun öhdəsindən gələcək. Buna isə imkan vermək olmaz. Çünki silah satışı təkcə pul və gəlir yox, eyni zamanda müttəfiq münasibətlərinin möhkəmləndirilməsinə yönəlmiş böyük siyasətdir. Halbuki, hazırki erməni hakimiyyəti Amerika fondlarından çox dəstək alıb və bir çox istiqamətlərdə Rusiya əleyhinə ritorikanı asanlıqla qəbul edir. Amerikalılar tərəfindən Ermənistandakı demokratiyanın inkişafına dair müxtəlif proqramlara milyonlarla dollar yatırılıb. Bu isə açıq-aşkar antirusiya meylinə çevrilir və İrəvanın bütün bədbəxtliklərində Moskva günahlandırılır. Mən əvvəllər də demişəm, gələcəkdə də deyəcəm ki, buna əhəmiyyət vermək lazım deyil. Çünki əhəmiyyət verəndə İrəvan özünü önəmli sayır və aldadılmış tərəf kimi təqdim edir”. Bütün bunlar qarşıdakı dövr ərzində KTMT olayı ətrafında olduqca maraqlı proseslərin cərəyan edəcəyini deməyə əsas verir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ