şənbə günü, 07 noyabr 2026
     

Səudiyyənin neft yataqları vuruldu, hədəfdə İrandır, qiymət 100 dolları hədəfləyir...

Image


Dünya miqyasında bu gün ən çox müzakirə predmetinə çevrilən məsələlərdən biri də Səudiyyə Ərəbistanının neft ixracını ixtisar etməsi barədə xəbərlərdən sonra neftin qiyməti ilə bağlıdır. Xatırladaq ki, İranın dəstəklədiyi Yəmənin şiə qruplaşmasının Səudiyyə Ərəbistanının neft emalı zavodlarına və neft yataqlarına həyata keçirdiyi hücum qiymətlərlə bağlı şok effekti yaradıb. Neft kəskin bahalaşıb və qiymətlərin maksimum artımı 19% təşkil edib. Məlumata görə, "Brent" markalı neftin noyabr fyuçerslərinin qiyməti bir barrel üçün 71,62 dollara qədər bahalaşıb.

Son məlumatlara görə, neftin bahalaşması davam etməkdədir və bazarda ciddi təşviş hökm sürür. Çünki Səudiyyə Ərəbistanının neft hasilatı və ixracını nə vaxt bərpa edəcəyi bilinmir. Bu isə bazarda neftlə bağlı ajiotajı böyüdür. Çünki husilərin həyata keçirdiyi dron hücumu nəticəsində Səudiyyə Ərəbistanında gündəlik neft hasilatı 5.7 milyon barrel azalıb, bəzi məlumatlara görə isə ümumiyyətlə dayanıb. “Saudi Aramco” şirkətinin gündə 7 milyon barrel neft emal edən zavodu sıradan  çıxıb. Səudiyyə Ərəbistanının energetika naziri Əbdüləziz bin Salman da təsdiq edib ki, gündəlik xam neft və qaz hasilatı 5,7 milyon barrel azalıb: “Bu hücumlar krallığın təkcə həyat önəmli obyektlərinə deyil, dünya neft tədarüklərinə və onun təhlükəsizliyinə tuşlanıb, buna görə də dünya iqtisadiyyatı üçün təhlükə təşkil edir”. Dronların hücumu “Saudi Aramco” şirkətinin dünyada səhmlərini ümumi, ən irihəcmli yerləşdirmə çərçivəsində açıq bazara çıxmaq üçün addımlar atdığı bir anda baş verib. 

Bütün bunlar bazara ciddi təsir edir və qiymətləri artırmaqda davam edir. “Reuters” agentliyinin dərc etdiyi ekspert rəyində deyilir ki, Səudiyyə Ərəbistanında iki neftayırma zavoduna edilmiş bombalı hücum dünya bazarında neftin qiymətinə təsir edəcək. Ümumi rəyə əsasən, qarşıdakı 30 gün ərzində zavodlarda vəziyyət normallaşdırılmasa, sürətli şəkildə qiymət artımı olacaq. Analitik Bob Maknelli hesab edir ki, qarşıdakı həftələrdə “qara qızıl”ın qiyməti 15-20 dollar səviyyəsində yüksələcək. Belə bir vaxtda ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanının neft obyektlərinə hücumlardan sonra bazarda vəziyyəti sabitləşdirmək üçün, zəruri olduqda, ölkədə mövcud olan neftin strateji ehtiyatlarını istifadə etməyə icazə verib. ABŞ Energetika Nazirliyinin məlumatına görə, 1970-ci illərin neft böhranından sonra yaradılmış bir neçə neft anbarında ümumilikdə 630 milyon barrel neft var. İndi ABŞ onlardan istifadəni istisna etmir. Bununla belə, neft bazarında ABŞ-ın bu addımı da hansısa işə yaramayıb. Əksinə, ABŞ-dan gələn xəbərlər neftin qiymətinin daha da artmasını istisna etmir. Məsələ burasındadır ki, bu vəziyyətdə ABŞ-ın İrana qarşı hərbi əməliyyatları tezləşdirməsi gündəmə gəlib. ABŞ senatoru Lindsi Qrehem isə Səudiyyə Ərəbistanının neft yataqlarına edilən hücumlarla bağlı İranı günahlandıraraq, Ağ Evi bununla əlaqədar qəti tədbirlər görməyə çağırıb: “Rəsmi Tehran təxribatlarına və uranın zənginləşdirilməsi prosesinə davam edərsə, ABŞ masa üzərinə İranın zavodlarına hücum planını qoymalıdır”. Qeyd edək ki, ABŞ Dövlət Departamentinin rəhbəri Maykl Pompeo da Səudiyyə Ərəbistanının neft müəssisələrinə pilotsuz uçan hava aparatları ilə gerçəkləşdirilən hücumlarda İranın əli olduğunu deyib. Maykl Pomeo Yəmənin “Ənsar” üsyan hərəkatının partlayışlarla bağlı məsuliyyyəti öz üzərinə götürməsi faktına inanmadıqlarını bildirib. Dövlət katibinin sözlərinə görə, dronların Yəməndən gəlməsinə dair heç bir sübut yoxdur: “İran prezidenti Həsən Ruhani və xarici işlər naziri Cavad Zərif diplomatiya ilə maraqlanırmış kimi görünsə də, Səudiyyə Ərəbistanına qarşı təşkil edilən 100-ə yaxın hücumun arxasında Tehranın əli var. İran dünya enerji tarixində bu günə qədər misli görünməmiş hücum təşkil etdi. Bu hücumu Yəmənin etməsi ilə bağlı fakt yoxdur. Bütün dünyanı açıq və sərt şəkildə İranın hücumlarını qınamağa çağırırıq. İran bu hücuma görə məsuliyyət daşıyır”. İran isə ittihamları rədd edir. Ölkənin Xarici İşlər Nazirlyinin nümayəndəsi Abbas Musəvi bildirib ki, Səudiyyə Ərəbistanına edilən hücumların arxasında İranın dayanmasına dair ABŞ tərəfinin bəyanatları tamamilə yalandır. O vurğulayıb ki, ABŞ-ın maksimum təzyiq siyasəti maksimum yalanla müşayiət olunur. İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) isə bu arada, İrana hərbi təcavüz olacağı təqdirdə, ABŞ hərbi bazalarına zərbə endirməklə hədələyib. İİKK-nin Kosmik Qüvvələr komandiri Əmir Əli Hacızadənin sözlərinə görə, ABŞ-ın hərbi təcavüzü vəziyyətində İran öz raketləri ilə bölgədə yerləşən Amerika hərbi bazalarına və hərbi gəmilərinə zərbələr endirəcək. Onun sözlərinə görə, İran hərbçilərinin hədəfi altında ABŞ-ın iki bazası və Yaxın Şərqdə bir Amerika gəmisi var.

Donald Tramp isə İrana qarşı savaşı istisna etmir. O bəyan edib ki, ABŞ Ər-Riyaddan “Saudi Aramco”nun neft obyektlərinə hücumun arxasında kimin dayandığına dair bəyanat gözləyir və buna əsaslanaraq hərəkət edəcəklər: “Səudiyyə Ərəbistanının neft sektoruna hücüm edilib. Güman etmək üçün əsaslar var və biz bilirik ki, bunda kim günahkardır. Biz tam döyüş hazırlığındayıq və hər şey təsdiqləmədən asılı olacaq. Amma biz gözləyirik görək, krallıq nə deyəcək, hücumun arxasında kim durur və biz sonra necə hərəkət etməliyik”. Son məlumatlara görə, ABŞ Fars körfəzində yenidən hərbi qüvvələrini artırmaq qərarını verib. Rusiyalı senator Aleksey Puşkov da bildirir ki, Səudiyyə Ərəbistanının neft obyektlərinə hücumlardan sonra ABŞ-la İran arasında münasibətlərin korlanması yeni müharibəyə gətirib çıxara bilər. Onun sözlərinə görə, amerikalı senator Lindsi Qrehem neft obyektlərinə zərbə çağırışı ilə ABŞ-ı Tehrana qarşı müharibəyə cəlb etmək istəyir: “İran ətrafındakı vəziyyət sakitləşmir. Yaxın müharibə ən real variantdır”. Məhz belə vəziyyət fonunda neftin qiymətinin yenidən yüksək həddə qalxması qaçılmaz sayılır.  Hətta ABŞ və İran arasında münasibətlərin bir qədər də gərginləşməsi fonunda qiymətlərin 100 dollarıq həddə çatması belə gözlənir. Neft hasialtçısı kimi, baş verən proseslər Azərbaycan tərəfindən də diqqətlə izlənir.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ