şənbə günü, 07 noyabr 2026
     

Bəzi banklarımız tək faiz soyğunçuluğu ilə yox, Suriyada terrorun maliyyələşdirilməsi ilə də...

Image


Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada terror təşkilatlarının maliyyələşdirilməsində iştirak edən 29 yaşlı Sahil İbrahimov, 28 yaşlı İlqar Ağayev və 27 yaşlı Namiq Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilir.

Təqsirləndirilən şəxslər Azərbaycandan yarım milyon manatdan çox vəsait toplayaraq Suriyaya göndəriblər. Belə ki, təqsirləndirilən Sahil İbrahimovun qardaşı Samir İbrahimov Suriyada gedən döyüşlərdə iştirak edib. O, Suriyada olduğu müddətdə Azərbaycanda olan, əhli-sünnə məzhəbinin sələfi təriqəti üzrə ibadət edən şəxslərlə müntəzəm olaraq əlaqə saxlayıb. Bildirib ki, Suriyada İŞİD-in tərkibində döyüşən azərbaycanlıların ölkədə və xaricdə yaşayan yaxınlarıyla, eyni təriqətdən olan şəxslərlə əlaqə saxlasınlar, onların göndərdikləri pulları yığıb Suriyaya yollasınlar.

Pullar xarici ölkələrdən Bakıya, buradan Türkiyəyə, oradansa Suriyaya göndərilib. Pul göndərişləri əsasən banklar vasitəsilə həyata keçirilib. 2017-ci ilin sentyabrından 2018-ci ilin fevralına qədər Sahil İbrahimov bir neçə dəfəyə 210 min manat, İlqar Ağayev 135 min dollar, 2018-ci ilin mart-aprel aylarında isə birlikdə yenə 135 min dollar pul göndəriblər.

Azərbaycanda bankların fəaliyyətindən narazılıqların olduğu bəllidir. Əsasən onların depozitləri aşağı qiymətlə götürüb, çox yuxarı qiymətlə kreditlər verməsi, ölkə başçısı tərəfindən dollar kreditləri ilə bağlı müəyyən edilən kompensasiyaların vaxtında müştərilərə çatdırılmaması ilə bağlı olan narazılıqlar tez-tez medianın gündəmində olur. Bakıda baş tutan bir məhkəmə prosesində açıqlanan faktlardan məlum olur ki,  sən demə, bəzi banklar terrorçuluğun maliyyələşdirilməsi prosesində yaxından iştirak ediblər. Ortaya çıxan faktlar nələri söyləməyə əsas verir?

  • Fikrət Yusifov: “İndi də belə bir hadisənin baş tutması onlarla bağlı olan mənfi təsəvvürlərin formalaşmasını daha da artıracaq”

Sabiq maliyyə naziri Fikrət Yusifof “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, belə halın baş verməsi doğrudan da təəssüfedicidir: “Bu cür məsələlərə birbaşa nəzarət etməli olan qurumlar var. Onlardan ən birincisi Maliyyə Bazarlarına Nəzarət Palatsıdır. Bir də maliyyə monitorinq xidməti deyilən bir təsisat var. Onların birbaşa vəzifəsinə aid olan məsələdir. Eyni zamanda, Mərkəzi Bank da öz nəzarət funksiyasını ciddi şəkildə həyata keçirməlidir”.

“Belə bir nəzarət hansı formada olmalıdır” sualına Fikrət Yusifov belə cavab verdi: “Onun araşdırma metodologiyası var. Bunu həmin qurumda oturanlar çox gözəl bilirlər. Yəni pul Azərbaycandan köçürülürsə, bunun hara, nə məqsədlə köçürülməsi də araşdırılmalıdır. Nəzarət etmək tam mümkündür. Götürək ki, fikri yayındırmaq üçün həmin pulları xaricə hansısa biznes kontraktı əsasında transfer ediblər. Onda da sübut etməlisən ki, həmin pula nə alıbsan? Sənin pul göndərdiyin adam bura həmin pulun müqabilində hansı malı göndərib? Əvvəlki illərlə müqayisədə indi nəzarət mexanizmi çoxdur və kifayət qədər də ciddiləşdirilib. Bütün bu nəzarətin gözündən yayınmaqla həmin vəsaitlər Azərbaycana gətirilib, oradan da Suriyaya göndərilibsə, deməli, burada böyük dəstəkdən söhbət gedir. Hansısa səlahiyyətli şəxslər həmin şəbəkəyə dəstək olublar”.

“Nə qədər məbləğin xaricə köçürülməsi şübhəli əməliyyat kimi nəzarətə götürülə bilər” sualına isə sabiq maliyyə nazirinin cavabı belə oldu: “Mən məbləğlə bağlı konkret nəsə deyə bilmərəm. Ancaq həmin proseslərə mütləq mənada nəzarət edilir. Barəsində söhbət açılan məbləğlər də az deyilsə, deməli, nəzarət edilməli idi”.

“Belə bir halın ölkəmizin imicinə nə kimi təsiri ola bilər” sualına  cavabında Fikrət müəllim bildirdi ki, bunun daha çox bank sektorunun imicinə ciddi təsiri var: “Onsuz da bankların imici çox aşağıdır. 2015-ci ildəki devalvasiyadan sonra onlar tamamilə nüfuzdan düşüblər. Dollarla verilən kreditlər və ondan sonra yaşananlar banklardan narazılığı artırıb. İndi də belə bir hadisənin baş tutması onlarla bağlı olan mənfi təsəvvürlərin formalaşmasını daha da artıracaq”.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ