16/10/2019 14:15
728 x 90

Rövşən Rzayev Minsk Qrupunu Dağlıq Qarabağda keçirilən qanunsuz "seçkilər"ə etiraz bildirməyə çağırdı...

img

ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycanın işğal olunmuş ərazilərində keçirilən qondarma “yerli özünüidarəetmə seçkiləri” ilə bağlı qətiyyətli mövqe nümayiş etdirməlidir.

“Trend”-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev deyib.

Onun sözlərinə görə, həmsədrlər ermənilərin bu cür təxribatlarına birmənalı yanaşmalıdır: "Hansısa xalq digər xalqa qarşı silahdan istifadə edirsə, o xalq öz müqəddəratını təyin edə bilməz. Bütün dünyaya və bütün beynəlxalq təşkilatlara bəlldir ki, Dağlıq Qarabağda yaşayan azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirilib və hazırda Dağlıq Qarabağda heç bir azərbaycanlı yaşamır. Dağlıq Qarabağdan qovulan azərbaycanlılar Bakıda və respublikanın 59 rayonunda məskunlaşıblar, Bu da məlum faktdır. Belə olan halda ATƏT-in Minsk Qrupu həmsədrlərinin Dağlıq Qarabağda ermənilər tərəfindən atılan təxribat xarakterli addımlara işğalçıların cüzi də olsa xeyrinə olan yanaşma nümayiş etdirməsi yolverilməzdir. Mən bunu qətiyyətlə pisləyirəm və gözləyirəm ki, bu cür addımlara məhz Minsk Qrupunun həmsədr ölkələri öz mövqeyini bildirsin".

Son xəbərlər