Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 13-də Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib.
Azərbaycan Prezidentinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, dövlətimizin başçısı Mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.
Təhsil naziri Ceyhun Bayramov Mərkəzdə yaradılan şəraitlə bağlı Prezident İlham Əliyevə məlumat verdi.