şənbə günü, 07 noyabr 2026
     

Ermənistanda böyük etiraf – “Bizə güclənən təzyiqlər məhz Qarabağ problemi ilə bağlıdır...”

Image


Xarici siyasət sahəsində işğalçı Ermənistanın üzləşdiyi çoxsaylı problemlər bu ölkənin getdikcə daha böyük çətinliklərlə qarşılaşmasına gətirib çıxarır. Söhbət Ermənistana yönəlik təzyiqlərin artmasından gedir ki, bunun da əsas təsirlərindən birinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olması proqnozlaşdırılır. Bunu Respublika partiyasının sədr müavini Armen Aşotyan da etiraf edir.

Aşotyan bildirir ki, Ermənistanın xarici siyasət vektorlarının dəhlizi regional xüsusiyyətlərdən çıxış etməklə çox dardır. O bildirib ki, bəziləri Paşinyanın istəyi və ya razılığı ilə Ermənistanı geopolitik oyuna cəlb etməyə çalışır: “Utancvericidir, lakin bu bir faktdır ki, Ermənistanın siyasi arenasında Avropa İttifaqı strukturları ilə daha operativ, intensiv və məzmunlu iş görən biri yoxdur. Qərblə əlaqələrimiz hər zaman xarici siyasətin zənginləşdirilməsi, balanslaşdırılması, daxili siyasi gündəmin və islahatların görünən, hiss olunan, mövzulu komponenti olub. Heç bir geopolitik mərkəz müasir dünyada təhlükəsizlikdən tutumuş iqtisadiyyata, təhsilə qədər Ermənistan problemlərini həll etmək gücündə deyil. Hiss edirəm ki, bəziləri bizi qlobal güclərin toqquşma sahəsinə çevirməklə ölkənin fəaliyyət göstərən rəhbərliyinin istəyi və ya razılığı ilə geopolitik oyuna cəlb etməyə çalışır. Ölkəmi sınağa çəkməyin. Sizin daxili oyuncaqlarınız və zərbələriniz bir tərəfə, xalqın və dövlətin taleyi ilə xəyanətkar oyunlar oynamayın. Sonra deməyin ki, xəbərdarlıq etməmişəm. İndilikdə isə atılan addımlar Ermənistanı zərbə altında qoyur. Bəs hakimiyyət bunun ölkəyə, Dağlıq Qarabağa necə təsir edəcəyini düşünürmü? Görünür, yox. Amma bəla burasındadır ki, yaranmış vəziyyət Qarabağ məsələsində Azərbaycanın maraqlarına işləyir”.

Ekspertlər də hesab edir ki, Ermənistanda getdikcə daha da gərginləşən ABŞ-Rusiya münasibətləri Nikol Paşinyan iqtidarının daha zəif duruma düşməsi ilə nəticələnəcək. Çünki hər iki tərəf öz məqsədinə nail olmaq üçün təzyiq alətlərindən geniş istifadə edir. Ermənistanla münasibətlərin pisləşməsi nəticəsində Rusiya və ABŞ isə diqqətini Azərbaycanla əlaqələri möhkəmləndirməyə yönəldir. Ermənistanın “Qraparak” nəşri yazır ki, belə bir vaxtda İrəvan Tehranı da Bakıya uduzur. Buna əsas səbəb Ermənistanın İrana qarşı siyasətdə yol verdiyi çoxsaylı yanlışlıqlardır. Nəşrə görə, Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyanın son mətbuat konfransında səslənən fikirlər də bunun təsdiqi sayıla bilər: “Həmin mətbuat konfransında nazir “məxməri inqilab” ifadəsini dəfələrlə vurğulayıb. Görünür, xüsusilə inqilabın məxməri olması Mnatsakanyanın çox xoşuna gəlir. Mnatsakanyanın qeyd etdiyi “məxməri inqilab”, onu Ermənistan xarici işlər naziri etməsindən əlavə, xarici siyasətə əlavə inqilabi dəyişikliklər də gətirib. Nümunə kimi Rusiyanın istəyi ilə Suriyaya humanitar hərbi heyət göndərilməsini göstərmək olar. Ermənistanın keçmiş hakimiyyəti bunun mənfi təsirlərini nəzərə alaraq, uzun müddət Suriyaya qoşun göndərməmək üçün ruslara müqavimət göstərib. Ancaq “məxməri inqilab”dan ruhlanan hakimiyyət Paşinyan və Mnatsakanyanın rəhbərliyi altında keçmiş hakimiyyətə qarşı çıxmağa qərar verərək, Rusiyanın istəyi naminə Suriyaya humanitar qoşun göndərməyi qərara aldı. Bu qərarın verilməsinə səbəb rusların xoşuna gəlmək, onların rəğbətini qazanmaq olub. Ancaq göründüyü kimi, ruslar bu özünü “fərdi qurbanvermə” addımını lazımi şəkildə dəyərləndirmir. Əksinə, ruslara görə, atılan bu addım amerikalıların xoşuna gəlməyib və hər dəfə bunun baha başa gələcəyinə dair davamlı ismarıclar göndərməkdədirlər. Belə vəziyyətdə hakimiyyətin yol verdiyi ciddi bir yanlışlıq İran amili ilə bağlıdır. Görünür, Rusiya və ABŞ-dan sonra hakimiyyət İranı da Ermənistana münasibətdə fərqli davranmağa vadar edəcək”. Nəşr bildirir ki, Ermənistan hakimiyyəti də hər iki supergücü razı salmaqla, tarazlığı qorumaq naminə İran məsləsində amerikalılara güzəştə getməyi qərara alıb və nəticədə Suriyaya qoşun göndərilməsini sığortalamaq üçün Ermənistanın İrana qarşı müəyyən sanksiyalarına qoşulub. Qeyd olunur ki, məhz bu amil İranın tədricən Ermənistandan üz döndərməsinə gətirib çıxarır. O da diqqətə çatdırılır ki, bu durumda İranın Azərbaycanla artan işbirliyi mütləq mənada Qarabağ məsələsinə də təsir edərək, Tehranın daha çox Bakının yanında yer almasına gətirib çıxaracaq. “Qraparak” yazır ki, İrəvanın Tehrana qarşı çıxmasına baxmayaraq, ABŞ da Rusiya kimi Ermənistan rəhbərlyinin addımlarını təqdir etmir. Erməni siyasi ekspert Aram Armatuni da məsələyə eyni prizmadan yanaşır. O vurğulayır ki, ABŞ-a yaxınlaşmaq üçün İrəvanın atdığı addımlar Vaşinqtonu qane etmir. Ekspert vurğulayır ki, bu mənada, Paşinyanın BMT Baş Assambleyasının iclasında iştirak etmək məqsədilə həyata keçirilən ABŞ səfərinin siyasi təsiri olmayacaq. Onun sözlərinə görə, Ermənistan-ABŞ siyasi münasibətləri kontekstində əsas problem göründüyündən daha genişdir: “NATO üzvü olan Türkiyənin Qafqazdakı xüsusi rolunu və maraqlarını, Ermənistanla müxtəlif əlaqələri olan Rusiyanı, ABŞ-la qarşıdurmada olan və problemlər yaşayan İranı, eyni zamanda Ermənistan üçün İranın əhəmiyyətini və digər kifayət qədər incə problemləri və məqamları nəzərə alsaq, bu proses olduqca mürəkkəbdir”. Armatuni bildirib ki, bu vəziyyətdə Ermənistan daha çox uduzan tərəfə çevrilir. Bütün bunlar regionda yaranmaqda olan yeni geosiyasi durumda Ermənistanın daha zəif vəziyyətə düşməkdə olduğunu aydın nümayiş etdirir.

Digər tərəfdən ekspertlər qeyd edir ki, geosiyasi vəziyyətlə yanaşı, Paşinyan hakimiyyətinin Qarabağ məsələsində bir-birinə zidd olaraq səsləndirdiyi mövqelər də regionda marağı olan böyük güclər tərəfindən mənfi qarşılanır. Bunu rus ekspert Stanislav Tarasov da təsdiq edir. O bildirir ki, nə Rusiya, nə Fransa, nə də Birləşmiş Ştatlar Qarabağ münaqişəsi ilə bağlı Paşinyanın son açıqlamalarından məmnundur: “Bu gün hamı diqqətlə “birləşmə” həyata keçirməyə cəhd edən Paşinyanın fəaliyyətini izləyir. Heç kim onun mövqeyini başa düşə bilmir. Paşinyan bir tərəfdən qeyd edir ki, Qarabağ sakinləri onu seçmədiyinə görə Qarabağın adından danışa bilməz, digər tərəfdən “birləşmə” haqqında danışaraq, “Qarabağ Ermənistandır, vəssalam”, deyə bəyanat verir. Belə vəziyyət həmsədr ölkələr tərəfindən də mənfi qarşılanır. Onlar məsələnin həlli istiqamətində indiyə qədər formalaşan bazanın, formatın məhv olmasını istəmir. Bu durumda bunları pozan Paşinyandır və bu da Ermənistan üçün müsbət heç nə vəd etmir. Azərbaycanlılar isə, yaranmış vəziyyətdən istifadə edərək, hələ hücum etməyə hazırlaşmır. Onlar Ermənistanda baş verən hadisələri izləyir, Qarabağda baş tutacaq “seçkiləri” gözləyirlər. Onlar başa düşür ki, Paşinyan Qarabağı zəiflədir. “Qarabağ klanı” Qarabağda hələ güclüdür, Paşinyan isə zəifdir. O, Qarabağı zəiflədəcək və həmin vaxtda Bakı öz problemlərini asanlıqla həll edə bilər. Ermənilər özləri-özlərini məhv edir. Bu təəccüblü və çox qəribədir. Azərbaycanlılar yox, ermənilər özləri-özlərini məhv edir. Paşinyanın çıxışına baxsanız, burada kifayət qədər ziddiyyətləi məqamlar görə bilərsiniz. Ermənistan Rusiyanın tərəfdaşı və müttəfiqimizdir. Amma Rusiyada Ermənistan hakimiyyətinin addımlarından ciddi narazılıq var.

İkincisi, biz korrekt ola bilmərik, ona görə ki, ermənilər bizi müharibəyə çəkməyə çalışır. Amma bilinməlidir ki, Rusiya bu müharibəyə cəlb olunmayacaq və onun Qarabağ məsələsində öz mövqeyi var. Amma ermənilər hesab edir ki, onların əvəzinə biz döyüşəcəyik. Belə bir vəziyyətdə necə korrekt ola bilərik?  Biz Ermənistanın özünü bu və ya digər şəkildə aparmasını tələb etmirik. Biz tələb edirik ki, Ermənistan Qarabağ məsələsində öz mövqeyini aydın şəkildə ifadə etsin.

Düzdür, superdövlətlər daxili və xarici auitoriya üçün hesablanmış bəyanatlar verə bilər. Amma Ermənistan belə ölkə deyil axı. Ermənistanda cəmi 2 milyon erməni yaşayır, qalanları xaricdədir. Diaspora daxili, yoxsa xarici auditoriyadır? Bizə dünyanın bütün erməniləri baxır və izləyir. Rusiyadakı ermənilər də baxır və nə baş verdiyini dərk edə bilmirlər. Biz Rusiyadakı ermənilərlə təmasda oluruq, onların da Ermənistanda nə baş verdiyini anlamadıqlarını görürük. Hansı daxili auditoriyadan söhbət gedə bilər? Mənim proqnozlarım çox aydındır. Qarabağı zəiflətsəniz, Azərbaycan sizi müharibəsiz alacaq. Bütün rayonları və Şuşanı azad edəcək. Həmin vaxt qaçqınların axını başlayacaq. Biz bunu istəmirik, ancaq belə olacaq. Paradoks ondadır ki, Paşinyan öz inqilabı ilə 10 il gecikib. İndi o heç kimə lazım deyil. Demokratiya kimə lazımdır? Heç bir inqilab baş verməyib. Sadəcə hakimiyyət dəyişikliyi baş verib. Real tərəfdaşlar və müttəfiqlər tapmaq lazımdır. Real problemləri həll etmək vacibdir, yoxsa inqilab ixracı ilə məşğul olmaq lazım deyil. Ermənistan bu gedişlə Qarabağ məsələsində daha tez uduzacaq. Azərbaycanın mövqeyi məlumdur. Bu ərazilər ona məxsusdur. Bu, Ermənistanın xoşuna gəlir-gəlmir, başqa məsələdir. Amma görünən budur ki, Azərbaycan istəyinə sürətlə yaxınlaşır”. Bütün bunlar Qarabağ münaqişəsi ətrafında yaranan geosiyasi vəziyyətin artıq daha böyük sürətlə Azərbaycanın lehinə dəyişdiyini göstərir. Şübhəsiz ki, belə durum yaxın tezlikdə konfliktin çözümü istiqamətində mühüm yeniliklərin olmasını da ististna etmir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ