şənbə günü, 07 noyabr 2026
     

“Amulsar” olayı Paşinyanın onsuz da zəif beynəlxalq mövqelərini silkələdi…

Image


Son günlərdə Ermənistanla bağlı baş verən hadisələr fonunda, şübhəsiz ki, ən çox diqqət çəkən məqamlardan biri “Amulsar” qızıl mədənində baş verənlərdir. Əhalinin çoxsaylı etitrazlarına baxmayaraq, hakimiyyət bu mədənin işlənməsində israrlıdır. Artıq iş o yerə çatıb ki, yaranmış durumda sırf “Amulsar” mədəni ilə bağlı baş nazir Nikol Paşinyana qarşı ölkə miqyasında etiraz aksiyalarının başlanması gözlənir. Paşinyan isə mövqeyindən geri çəkilmir və bu durumda əhali onun istefaya çıxması üçün daha genişmiqyaslı aksiyalara hazırlıq aparır.

Məsələnin digər maraqlı tərəfi isə beynəlxalq miqyasda da “Amulsar” məsələsinə görə Paşinyana qarşı mövqe sərgilənməsidir. Nüfuzlu beynəlxalq media qurumlarının mövqeyinə diqqət yetirdikdə bəlli olur ki, bu məsələdə Paşinyanın mövqeyi kəskin tənqid hədəfidir. Məsələn, elə bu günlərdə ABŞ-ın “Foreign Policy News” portalında dərc edilən yazıdan bəlli olur ki, “Amulsar” mədənində işlərin davam etməsi faciəvi ekoloji problemlərə gətirib çıxaracaq. Bildirilir ki, Arpa və Vorotan çayları arasında, Cermux kurort şəhərinin 13 kilometrliyində yerləşən “Amulsar” yatağının istismarı zamanı Cermux yatağı yaxınlığında olan yeraltı sular, daha sonra isə əsas su mənbəyi olan Göyçə gölü həyat üçün təhlükəli olan maddələrlə çirklənəcək və bu, həlli mümkün olmayan fəlakətə səbəb ola bilər: “Məhz bu səbəbdən ekspert rəyi alınana qədər “Amulsar” qızıl mədənində işlər dayandırılıb və “Earth Link & Advanced Resources Development” (ELARD) şirkətinə kompleks ekspertiza aparmaq üçün vəsait ayrılıb. Lakin ELARD şirkətinin gəldiyi nəticə Ermənistan rəhbərliyinin istəyi ilə üst-üstə düşüb və bu yataqların istismar edilməsi qeyri-təhlükəli kimi qiymətləndirilib. ELARD bildirib ki, yataqların istismarı zamanı təhlükələr minimal və aradan qaldırıla biləndir. Buna baxmayaraq, dünyanın aparıcı beyin mərkəzlərinin üç əməkdaşı Ermənistandan olan həmkarları Harun Branozyanla birgə layihənin ətraf mühitə təsiri sənədini incələyərək belə qərara gəlib ki, “Amulsar” qızıl yatağının istismarı layihəsi ətraf mühit üçün çox zərərlidir. Layihə nəinki Cermuxətrafı bölgələrə və Göyçə gölünə, həmçinin Azərbaycan ərazisindən keçən çayların çirklənməsinə şərait yaradır. Layihənin başlanması ilə asid, metal, sulfat, nitrat və digər həyat üçün təhlükəli zərərli maddələr Arpa, Darb və Vorotan çaylarına, Kerçut su anbarına axacaq, bəlkə də daha çox müddətdə axıdılması baş verəcək ki, bu da nəticədə ekosistemin məhvinə şərait yaradacaq. “Lydian” şirkətinin nəzərdə tutduğu tədbirlər yetərli deyil və su hövzələrinin çirklənməməsi risqini qarşılamır. Adıçəkilən Arpa çayının Azərbaycanın Naxçıvan Muxtar Respublikası ərazisində, Vorotan çayının isə Ermənistan tərəfdən işğal edilmiş Azərbaycan torpaqlarında Araz çayı ilə birləşməsi o deməkdir ki, qızıl yataqlarının istismarı nəticəsində çirklənmiş su Araz vasitəsilə Azərbaycanın əsas içməli su ehtiyatı olan Kür çayına, oradan isə neft və nərə balıqları ilə zəngin Xəzər dənizinə axıdılacaq. Belə vəziyyət  bütün Xəzər hövzəsi ölkələri üçün də təhlükəli olacaq. Bu artıq problemi iki qonşu ölkə çərçivəsindən çıxaracaq və Amazon meşələrinin yanması kimi dünya miqyaslı edəcək. Bu mənada, “Amulsar” qızıl mədəninin yarada biləcəyi ekoloji fəsad iqlim dəyişikliyi ilə bağlı böyük dövlətlərin ortaya qoyduğu məqsədlərin əleyhinə fəaliyyət kimi qiymətləndirilə bilər”.

Rusiyanın “Nezavisimaya gazeta” mətbu orqanı da məsələyə eyni prizmadan yanaşır: “Kurort şəhəri Cermuxun sakinləri və ekoloji fəallar “Amulsar” mədəni ilə bağlı məsələni həll etmək üçün Ermənistan hökumətinə senytabrın 20-dək vaxt veriblər. Hakimiyyət mədənin istismarını 20 sentyabra doğru yasaqlamasa, əhali vətəndaş itaətsizliyi aksiyasına başlayacaq. Həqiqətdə bu artıq gedir, Nikol Paşinyan isə Cermux sakinlərini mədənin yollarını bağlamağı dayandırmağa çağırıb.

Danışıqların predmeti artıq yoxdur. Cermuxun və yan-yörəsinin sakinləri son günlərdə o qədər qəti mövqe tutublar ki, müzakirə etməyə nəsə yoxdur. Amma Ermənistan hökuməti hesab edir ki, qızıl ehtiyatına görə respublikanın ikinci mədəninin istismarı ekoloji fəlakətlə təhdid etmir. Lakin Cermux sakinləri öz mövqelərini yalnız sərtləşdiriblər: bütün infrastrukturu blokadaya alaraq və az qala, birbaşa təxribat hədəsi gəlməklə hakimiyyətə seçim qoymadan mədənin istismarını təcili durdurmağı tələb edirlər. Amma etirazın qeyri-formal lideri, ekoloq Şirak Buniatyan bu zaman aksiyaların dinc formasından – tətillərdən və hətta yerli məktəblilərin dərslərə mütəşəkkil gəlməyəcəyindən danışır. Anca bununla yanaşı o, eyham da vurub: hökumət güc işlətməyə çalışarsa, tezliklə özü buna təəssüflənəcək. Buniatyan bildirib: “Biz inqilaba inanırdıq. İnqilab nəticəsində hakimiyyətə gələn adamlar antixalq qərar alsalar, bizim hamımıza böyük zərbə olacaq”.

“Amulsar”la bağlı münaqişə bəzi partiyaların spekulyasiya predmeti və populist hərəkəti olmaqla ölkənin siyasi meydanında əks olunmaya bilməzdi. Bəziləri cermuxluları hökumətə təslim olmamağa çağıraraq hakimiyyətin yadına salırlar ki, Ermənistanı yalnız xalqın dəstəyi sayəsində yönəldiblər və indi “bu xalqı dinləmək və mənəvi borcu qaytarmağın vaxtıdır”. Başqaları hökuməti prinsipsizlikdə qınayır – indiki nazirlər müxalifətdə olarkən qabaqkı hökumətdən “Amulsar”da hasilatı dayandırmağı tələb edib, bu gün isə bunu özləri edirlər. “Məxməri inqilab” üzrə Paşinyanın bu yaxınlara qədər situativ müttəfiqi, “Çiçəklənən Ermənistan” partiyasının lideri Qagik Tsarukyan hökumətə xalqın iradəsini yubanmadan yerinə yetirməyi, “Amulsar”da işləri yekunlaşdırmağı və bütün mübahisələri bitirməyi məsləhət görüb. Sement zavodunun və dağ mədəni sahəsində müəssisələrin sahibi, milyoner Tsarukyan bildirib: “Adamlar hesab etsələr ki, mənim müəssisələrim çevrəyə ziyan vurur, mən özüm onları bağlamağa hazıram”.

Aydındır ki, bulanıq suda balıq tutmaq həvəskarları həmişə tapılır, amma Paşinyanın özü və nazirləri dəfələrlə vurğulayıblar ki, “Amulsar” mədəni üzrə qərar dəyişiləcək, ekoloqlar çevrəyə ciddi təhlükənin varlığı haqda, heç olmasa, nəzəri əsaslandırma təqdim etsələr, hasilat əlüstü dayandırılacaq. Bu hələlik yoxdur, amma gümanlar və Ermənistan gerçəkliyindənsə fantastik blokbasterlərə daha çox bənzəyən qiyamət gününün təsvirləri var. Ekspert David Petrosyan durumu şərh edərək bildirib ki, hüquqi baxımdan hökumətin mövqeyi güclüdür. Amma bununla yanaşı, ekoloji ekspertizada bir neçə parametr yoxdur, buna görə də obyektiv incələmə vermək çətindir. Hələlik Göyçə gölünə və onu qidalandıran Vorotan çayına deyil, onun bəzi xırda qollarına təhlükə var. Amma keçmiş hökumət də maraqlıdır ki, yataq ətrafında meydana çıxan gərginlik qurbanlar və ziyan çəkənlər olmaqla sərt münaqişəyə, ən yaxşısı, “ekoloqlar”  və asayişi qoruyanlar arasında toqquşmaya keçsin. Deyilməlidir ki, hələlik məsələ buna da gedir. “Keçmişlər”ə Paşinyanın reytinqini vurmaq lazımdır, onlar ekoloqlara da buna görə pul ödəyirlər. Durumun baş qarışdırıcıları keçmiş prezidentlər – dedi-qoduların kurort şəhəri Cermux üzərində bütün müalicə evləri, sanatoriyalar və otellərə vəkalətli nəzarəti ayağına yazdığı Serj Sarkisyanın və Robert Köçəryanın çevrəsi və qohumlarıdır”. Hesab edilir ki, yaranmış vəziyyətdə “Amulsar” məsələsi getdikcə Paşinyan üçün daha ciddi problem olacaq və ona xaricdən də təzyiqlər artacaq. Çünki bu mədən daha böyük məkan üçün potensial təhdid mənbəyidir.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ