şənbə günü, 07 noyabr 2026
     

Putindən Paşinyana ikinci zərbə və təhqiramiz cavab – “Köçəryanla həbsdə görüşsə, ehtiyatlı olsun ki, arxasınca qapını bağlamasınlar...”

Image


Ermənistanın sabiq prezidenti Robert Köçəryan ətrafında baş verənlər və Rusiyanın buna münasibəti getdikcə daha maraqlı xarakter almağa başlayır. Belə görünür ki, yaxın tezlikdə Köçəryan amili Nikol Paşinyan iqtidarı üçün ciddi başağırısına çevriləcək. İndilikdə sabiq prezidentin ətrafında yer alan qüvvələr ölkə daxilində çoxsaylı etiraz aksiyaları keçirməklə bu istiqamətdə Paşinyana təsir göstərəmyə çalışır. Erməni mediası yazır ki, Köçəryan artıq tərəfdaşlarını yenidən hakimiyyətə qarşı səfərbər edir.

Xatırladaq ki, Köçəryan məsələsi Ermənistan hakimiyyəti daxilində də ciddi ziddiyyətə səbəb olub. Belə ki, Ermənistanda Konstitusiya Məhkəməsi keçmiş prezidentin həbsinin qanunsuz olduğu barədə hökm verib. Bundan sonra onun vəkilləri Köçəryanın dərhal azad olunmalı olduğunu bildiriblər. Konstitusiya Məhkəməsinin qərarında bildirilir ki, Köçəryana qarşı cinayət işinin açılmasına əsas götürülmüş hərəkətlər onun prezident kimi səlahiyyətlərinin tələbindən doğurdu. Amma  Ermənistanın Baş Prokurorluğu bu qərara qarşı çıxır. Qurum bəyan edib ki, Konstitusiya Məhkəməsinin qərarı keçmiş prezidentə  qarşı cinayət işinə xitam verilməsi üçün əsas sayıla bilməz. Ermənistan Baş Prokurorluğu onu da bildirib ki, eks-prezidentin hərəkətlərinin qanuna uyğunluğu məsələsini yalnız müstəntiqlər və prokurorluq müəyyənləşdirə, məhkəmə isə qərar çıxara bilər. Baş Prokurorluq bildirib ki, Köçəryanın 2008-ci ilin martında yol verdiyi hərəkət onun prezident kimi statusundan qaynaqlanmırdı. Başqa sözlərlə, Konstituiya Məhkəməsinin keçmiş prezidentə bəraət vermək hüququ yoxdur. Amma Köçəryanın vəkili Ovannes Xodoyan prokurorluğu Konstitusiya Məhkəməsinin qərarını diqqətlə oxumağa və onu yarımçıq şərh etməməyə çağırıb. Ölkənin ədliyyə naziri Rüstəm Badasyan birmənalı olaraq bildirib ki, Konstitusiya Məhkəməsinin qərarı əsasında o, həbsdən azad edilə bilməz. Nazir iddia edib ki, qərarın müzakirəsi şəraiti şübhəlidir. 

Belə ziddiyət Köçəryanın tərəfdarlarının Ermənistan daxilində mövcud iqtidara qarşı fəallaşmasına və çoxsaylı etiraz aksiyaları keçirməsinə səbəb olub. Onların fəallaşmasına Rusiya amili də getdikcə əhəmiyyətli təsir göstərir. Xüsusən də son dövrlər Rusiya prezidenti Vladimir Putinin bu məsələyə xüsusi diqqət ayırması Köçəryan tərəfdarlarının ümidini artırıb. Məsələ ətrafında isə gələn aya qədər mühüm yeniliklərin olması gözlənir.

Xatırladaq ki, oktyabrın 1-də İrəvanda Avrasiya İqtisadi Birliyinin sammiti baş tutmalı və Rusiya prezidenti də bu sammitdə iştirak etməlidir. Amma Köçəryan üzündən Vladimir Putinin Ermənistana gəlib-gəlməyəcəyi dəqiq bilinmir. Yayılan məlumatlara görə, Vladimir Putin Ermənistan hökuməti qarşısında tələb qoyub ki, Ermənistana gələcəyi təqdirdə mütləq Robert Köçəryana baş çəkməlidir. Amma İrəvan bu tələbi yerinə yetirmək istəmir. Bu fonda qeyd edilir ki, Putin hazırkı vəziyyətdə Ermənistana gəlməməyə qərar verib. Ermənistan parlamentinin Daimi Xarici Əlaqələr Komissiyasının üzvü Şirak Torosyan qeyd edib ki, sammitlərdə dövlət başçıları iştirak edir, lakin bu mütləq deyil: “Sammitdə prezident tərəfindən səlahiyyət verilmiş şəxs də iştirak edə bilər. Bunu oktyabrın 1-də görəcəyik”. Bildirilir ki, Putinin Ermənistana gəlib-gəlməyəcəyi hələlik Ermənistan hakimiyyət dairələrində müəmma olaraq qalır.

Bundan əvvəl Ermənistanın  “Past” qəzeti də Putinin payızda Avrasiya İqtisadi Birliyinin sammitində iştirak etmək üçün İrəvana səfəri zamanı həbsdə olan eks-prezident Robert Köçəryanla görüşmək istədiyini yazıb. Qəzet iddia edib ki, Rusiya tərəfi Putinin həbsxanada Köçəryanı ziyarət etməsi üçün müvafiq təhlükəsizlik tədbirlərinin həyata keçirilməsini tələb edib. Qəzetin yazdığına görə, erməni tərəfi bu tələbi rədd edib, nəticədə Moskva sammitin İrəvanda keçirilməsinin təxirə salınmasını və başqa üzv ölkənin paytaxtına təyin edilməsini də nəzərdən keçirir.

Xatırladaq ki, bu məsələyə “Məlumatlı vətəndaşlar ittifaqı” adlı QHT-nin lideri, Soros fondundan və digər Qərb institutlarından maliyyələşən və Paşinyanın “məxməri inqilabı”ına fəal dəstək verən Daniel İoannisyan özünün “Facebook“ səhifəsində münasibət bildirib. İoannesyan yazıb ki, Putin Köçəryanın yanına həbsxanaya getmək istəyirsə öz işidir, amma gərək ehtiyatlı ola. Çünki “qapı arxadan bağlana” bilər: “Vladimir Putin Robert Köçəryanla həbsxanada görüşmək istəyirsə, ehtiyatlı olsun ki, qapını arxasınca bağlamasınlar”. Paşinyanın tərəfdaşının bu təhqiramiz mesajı Rusiya mediasında geniş tirajlanıb. Ermənistanın Ədliyyə Nazirliyi isə bildirir ki, Rusiya tərəfindən prezident Putinin İrəvana planlaşdırılan səfəri zamanı həbsxanaya baş çəkmək istəyi barədə heç bir sorğu almayıb. Amma görünən budur ki, Paşinyan Köçəryanı həbsdə saxlamaqla Moskvaya qarşı çıxış edən, özünü onun təzyiqlərinə müqavimət göstərən kimi aparır. “1in.am” saytı  isə bunun Ermənistana baha başa gələ biləcəyini yazır: “Rusiyanın məmurları və yarırəsmi dairələri, o cümlədən erməniyönlü ekspertlər Ermənistana qarşı ənənəvi siyasət irəli sürürlər. Nikol Paşinyan hökuməti üçün Robert Köçəryanın həbsdə saxlanıb 2008-ci ilin mart hadisələrinə görə cəzalandırılması təkcə suverenliklə bağlı deyil, prinsipial məsələdir. Çünki bu həbs onu hakimiyyətə gətirən başlıca amillərdəndir. Amma Rusiya amilinin işə qarışması Paşinyan üçün müsbət nəsə vəd etmir. İstisna olunmur ki, gələn aya kimi bu məsələ həllini tapmasa, Rusiyanın Ermənistana genişmiqyaslı təzyiqlər dalğasının işə düşməsini gözləmək olar. Bu isə Ermənistanın əhəmiyyətli dərəcədə zəifləməsi deməkdir”.

İndi Ermənistanda böyük həsrətlə Putinin gələn ay Avrasiya İqtisadi Birlyinin sammitinə qatılıb-qatılmayacağını gözləyirlər. Xatırladaq ki, Vladimir Putin ötən ilin payızında Ermənistandakı hakimiyyətin yürütdüyü siyasətə etiraz olaraq İrəvana səfərini təxirə saldı. Bu, Moskvanın Paşinyan hökumətinə etimad etmədiyinin nümunəsi idi. Bu dəfə də Rusiya prezidentinin analoji addım atması gözlənir. Putinin Köçəryanın həbsdə qalmasına, deməli, Rusiyayönlülərin fəaliyyətinə göz yumub İrəvana səfər etməsi inandırıcı sayılmır.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ