21/11/2019 04:14
728 x 90

AŞPA-nın Azərbaycandan yenicə qayıtmış məruzəçisi radikal müxalifətin gözləntilərini yerə vurdu

“Bunların heç biri baş vermədiyi üçün, radikallar çox ciddi məyusluqla üzləşiblər”

img

Məlum olduğu kimi, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə məruzəçisi Thorhild Sunna Evarsdottir sentyabrın 5-7-də Bakıda səfərdə olub. Məruzəçi Bakıya səfəri çərçivəsində penitensiar müəssisələrdə bir sıra görüşlər keçirib. Eyni zamanda, səfər çərçivəsində Azərbaycan rəsmiləri və vətəndaş cəmiyyəti nümayəndələri ilə də görüşüb.

Səfərdən sonra məruzəçi qeyd edib ki, səfər səmərəli keçib və gələcək hesabat üçün yaxşı zəmin yaranıb: “Ümid edirəm ki, ilin sonuna qədər hesabat Avropa Şurasının Hüquq Komitəsinə təqdim ediləcək”.

Bununla belə, Thorhild Sunna Evarsdottir Azərbaycan hökumətinə təşəkkürünü bildirib. Məruzəçi Azərbaycan hökumətinin onun 5-7 sentyabr tarixlərində Azərbaycanda olduğu zaman səfərini asanlaşdırdığını vurğulayıb: “Mən Azərbaycan hökumətinə rəsmi iclaslar keçirdiyi və ümumiyyətlə, səfərimi asanlaşdırdığı üçün təşəkkürümü bildirirəm".

Thorhild Sunna Evarsdottir səfəri zamanı konstruktiv münasibət, eləcə də hər kəsin Avropa Şurası ilə işləməyə həvəsli olduğunu müşahidə etdiyini bildirib.

O da məlumdur ki, adətən radikal müxalifət belə səfərlərdən öz maraqları üçün istifadə edirdi. Radikal müxalifət təmsilçiləri ümid edirdilər ki, həmməruzəçi tənqidi fikirlər səsləndirər, onlar da bunu əllərində bayraq edərlər. Ancaq, göründüyü kimi, onların bu arzusu boşa çıxdı və məruzəçinin səfərlə bağlı təəssüratları fərqli oldu. Bu minvalla, radikal müxalifətin gözləntilərini yerə vurdu. Bu baxımdan yaranan vəziyyəti ekspertlər necə dəyərləndirirlər?

  • Elçin Mirzəbəyli: “Bu dəfə “siyasi məhbus” anlayışını biznesə çevirə bilmədilər”

Məsələyə münasibət bildirən politoloq Elçin Mirzəbəylinin sözlərinə görə, həqiqətən də radikalların məruzəçidən gözləntiləri fiaskoya uğradı: “Radikal müxalifət təmsilçiləri məruzəçinin səfəri ərəfəsində çox fəal idilər. Müxtəlif siyahılar hazırlayırdılar. Hansı ki, həmin siyahılarda şəxsiyyətə qarşı ağır cinayət törədən, terrora cəhd edən şəxslərin adları yer almışdı. O cümlədən, Azərbaycan dövlətinin konstitusion quruluşuna qarşı çıxanların adı var idi. AŞPA-nın Azərbaycan üzrə məruzəçisi isə radikalların biznes maraqlarına xidmət edən siyahıya fikir vermədi. Onlar gözləyirdilər ki, məruzəçi hakimiyyətə yönəlik tənqidi fikirlər səsləndirəcək və radikal müxalifət də bundan öz maraqları naminə istifadə edəcək. Ancaq bunların heç biri baş vermədiyi üçün, radikallar çox ciddi məyusluqla üzləşiblər. Çünki bu dəfə “siyasi məhbus” anlayışını biznesə çevirə bilmədilər. Məruzəçinin real mənzərəni təsvir etməsi radikal müxalifətə ciddi zərbə oldu. Çox güman ki, bundan sonra radikal müxalifət düşərgəsi AŞPA məruzəçisinin ünvanına böhtan xarakterli fikirlər səsləndirəcək. Çünki bunlar üçün obyektivlik anlayışı yoxdur. Kim onların xeyrinə danışırsa, onu qəbul edirlər, əks fikir söyləyəni isə düşmən kimi təqdim edirlər. Budur bunların təfəkkürü, siyasi baxışı”.

Vidadi ORDAHALLI

Son xəbərlər