şənbə günü, 07 noyabr 2026
     

İrəvanın Qarabağ siyasətindən narazılıq Rusiyada külli-ümumi rəyə çevrilir…

Image


Ermənistan hakimiyyətinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sərgilədiyi mövqe artıq dünya miqyasında da ciddi tənqidlə qarşılanır və İrəvanın bu məsələdə qeyri-konstruktiv mövqeyinə qarşı iradlar artır. Xüsusən də Ermənistanın baş naziri Nikol Paşinyanın bir-birinin ardınca verdiyi ziddiyyətli bəyanatlar qəbuledilməz hal kimi qiymətləndirilir. Bu xüsusda Atlantik Şuranın siyasi şərhçisi, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayzanın məsələyə münasibəti xüsusi diqqət cəlb edir.

Sabiq səfir vurğulayır ki, Ermənistan hökumətinin indiki mövqeyi məzmunlu danışıqlar aparmağa imkan vermir. Bu mövqe Azərbaycan üçün tamamilə qəbuledilməzdir. Brayzanın sözlərinə görə, Dağlıq Qarabağın yekun hüquqi statusu danışıqlar yolu ilə razılaşdırılmalıdır: “Danışıqlar prosesində bir tərəf fayda əldə etmək üçün nəyisə güzətşə getməlidir. Hansısa tərəf istədiyi hər şeyi əldə etmək üçün güzəştə getməyəcəyini deyirsə, bu, sadəcə doğru deyil”. Brayza bildirib ki, indilikdə Ermənistan baş nazirinin bəyanatları bir-birinə ziddir: “Onun bəyanatları bir-birinə ziddir. Gah deyir Dağlıq Qarabağ müstəqildir, gah da deyir Ermənistanın bir hissəsidir. Mən vasitəçi olsaydım buna açıq şəkildə etiraz edib istefa verərdim. Bu mövqe ilə irəliləyiş əldə etmək mümkün deyil. Bu, ədalətli deyil”. Əslində vasitəçilərdən Rusiya məsələ ilə bağlı mövqeyini ortaya qoyub. Elə bu günlərdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova qeyd olunan xüsusda mühüm açıqlamalar vermişdi. O bildirmişdi ki, bəyanatlar səsləndirilərkən çox diqqətli olmaq lazımdır:

“Azərbaycan və Ermənistan arasında münaqişə çox çətin bir prosesdir. Bu baxımdan bəyanatlara diqqət edilməlidir. Bu, başlanğıc nöqtəyə qayıtmamağımız və prosesin sıfıra düşməməsi üçün vacibdir. Əlbəttə ki, biz tərəflərin bəyanatlarının sülh yolu ilə münaqişənin həllinə yönəlmiş ümumi səylər kontekstində uyğun gəlməli olduğu qənaətindəyik. Çox istərdik ki, daxili siyasi proseslərə hörmətlə yanaşaq. Lakin bununla yanaşı, bütün tərəflərin eyni prinsipdən - sürətli sülh yolu ilə həll etmə prinsipindən çıxış etməsini də istərdik”. O həmçinin bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi çox mürəkkəb və uzunmüddətlidir, lakin tez bir zamanda irəliliyə addım atmaq üçün ortaq bir anlayış var.
Göründüyü kimi, Moskva Paşinyanın son fikirlərini çox ağrı ilə qəbul edib. Rusiya ikinci dəfədir ki, Zaxarova səviyyəsində bu çıxışa reaksiya verir. Təxminən iki həftə əvvəl Zaxarova həftəlik brifinqdə Dağlıq Qarabağ münaqişəsinin həlli və Dağlıq Qarabağın statusu məsələsinə toxunub: “Rusiyanın fikrincə, Dağlıq Qarabağın son statusu Ermənistan və Azərbaycan arasında danışıqlar yolu ilə həll edilməlidir”. O, Rusiyanın ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi olaraq, İrəvan və Bakı ilə yaxın münasibətləri nəzərə alıb sülh prosesinin hərtərəfli irəliləməsini dəstəkləməkdə davam edəcəyini qeyd edib: “Məmnuniyyətlə vurğulayırıq ki, Ermənistanla Azərbaycan arasındakı təmas xəttində nisbi sakitlik hökm sürür. Eyni zamanda, tərəflərin bir-birinə qarşı müxtəlif ittihamlar səsləndirməyə davam etdirməsindən narahatlıq keçiririk. Bu kimi ritorika danışıqlar prosesi üçün əlverişli şəraitin yaradılmasına və təbii olaraq, münaqişənin həlli üçün kompromis variantların tapılması prosesinə ziddir”. Bununla Kreml əvvəlcə Paşinyana Qarabağın statusunun İrəvan və Bakı arasındakı danışıqlar yolu ilə müəyyən edilməli olduğunu bir daha xatırladıb. Rusiyalı siyasi analitik Fyodor Lukyanov da məsələyə eyni prizmadan yanaşır. O vurğulayır ki, Zaxarovanın açıqlamaları Moskvanın bu vəziyyətdə özünü əsl vasitəçi kimi göstərdiyinin təsdiqi və Ermənistana ünvanlanmış xəbərdarlıqdır. Lukyanovun sözlərinə görə, Zaxarovanın bu müşahidələri həmsədr ölkə nümayəndəsinin qiymətləndirməsi kimi qəbul edilməlidir: “Danışıqlar prosesinə mənfi təsir edə biləcək bəyanatları, inkişafları dayandırmaq və onlara reaksiya vermək bütün həmsədr ölkələrin funksiyasıdır. Başa düşmək lazımdır ki, Rusiya strateji müttəfiq olmaqla yanaşı, həm də həmsədr ölkədir və onun öz üzərinə götürdüyü öhdəliklər var. Ermənistan bundan nəticə çıxarmalıdır”.

Məsələ ilə bağlı Rusiyanın “rosbalt.ru” portalı da qeyd edir ki, Rusiyanın yanaşmasından Ermənistan müvafiq nəticələr çıxarmalıdır: “Kreml Qarabağ münaqişəsinin aktiv fazaya keçməsini istəmir. Çünki Rusiyaya indiki şərtlər daxilində Qafqazda gərginlik sərfəli deyil. Bu hal Qərbin diqqətini daha çox regiona yönəldəcək və Gürcüstanla ABŞ arasında münasibətlər fonunda Kreml buna qarşıdır. Lakin o da faktdır ki, Ermənistanla Azərbaycan arasında Qarabağ danışıqları da istənilən nəticəni vermir. Bu səbəbdən Bakı hər an hərbi əməliyyatların yenilənə biləcəyini bəyan edir. Bu durumda Rusiya Ermənistanın Qarabağ danışıqlarında irəliyə doğru müəyyən addımlar atmasında maraqlıdır. Əslində, Ermənistanın Rusiyanın bu istəyinə əməl etməsindən başqa çıxış yolu da yoxdur. Məsələn,  Ermənistana güzəştli kreditlə və daxili qiymətlərlə silah satan Rusiya ilə hərbi-texniki əməkdaşlığın inkişafı, xüsusən də İrəvan üçün həyat önəmlidir, çünki başqa tərəfdaşlar yoxdur. Bundan savayı, Rusiya və Ermənistan Cənubi Qafqazda təhlükəsizliyi təmin etmək üçün birləşmiş qruplaşma yaradıb. Buna əlavə edək ki, Ermənistan ərazisində - Gümrüdə Rusiyanın hərbi bazası mənzillənib – hesab edildiyi kimi, xarici təhlükələri dəf etmək üçün. Bütün bunlar Ermənistan üçün həyati əhəmiyyətlidir. Lakin görünən həm də budur ki, Nikol Paşinyan iqtidarı bu məqamları diqqətdən qaçırır, Rusiyaya qarşı müəyyən gedişlər edir. Ermənistan Rusiyadan ala biləcəyi hər şeyi almaq və əvəzində heç nə verməmək istəyir.  Bəs burada müttəfiqlik münasibətləri haradadır? Doğrusu, Moskva üçün bu, daha çox Bakı ilə formalaşır. O halda demək olar ki, Paşinyan hakimiyyətdə qalarsa, istisna deyil ki, Rusiya elə həmin Qarabağ və silah tədarükü məsələsində Ermənistandan aralanacaq ki, bu da Azərbaycanın işinə yarayır.

Bir də Köçəryanın həbsi də İrəvanla münasibətləri möhkəm korlayır. Hər halda, Ermənistanın qəzəbə gəlmiş keçmiş prezidentini doğum günü münasibətilə iki dəfə Putinin özü təbrik edib ki, bu da Ermənistan hökuməti üçün müəyyən “siqnal” rolunu oynamalıdır. Amma oynamayıb. Onda Rusiyanın istədiyi addımlar atlımasa, İrəvan bunun nəticələrinə də qatlaşmağa hazır olmalıdır. Düzdür, danışıqlar prosesinin irəliləməyini ləngidən daha bir məqam var – “DQR” və Ermənistan arasında münasibətlərin korlanması davam edir. Hesab olunur ki, Ermənistanın qabaqkı rejiminin – respublikanın iki keçmiş prezidenti Robert Köçəryan və Serj Sarksyanın tərəfdarları Xankəndidə artıq daha möhkəm  “səngər tutublar”. Onlar “Qarabağ klanı” deyilən qrupun təmsilçiləri sayılırlar. İrəvanda praktik olaraq açıq danışırlar ki, “əksinqilabçıların bu yuvasını” aradan qaldırmaq gərəkdir. Belə ki, Dağlıq Qarabağ, demək olar, inqilabi gözləntilər rejimində yaşayır.  Bu vəziyyətdə Qarabağdakı rejim Paşinyana etibar etmir və bu da məsələnin dinc həllini tormozlayan daha bir faktordur. Belə vəziyyətdə Rusiyanın “Qarabağ klanı”na münasibətini İrəvan nəzərə almalıdır. Əks mövqe, qeyd edildiyi kimi, Paşinyana yaxşı heç nə vəd etmir”.

Erməni politoloq Robert Gevondyan da məsələyə eyni prizmadan yanaşır. Onun fikrincə, Ermənistan hakimiyyətinin son addımları Rusiyanı getdikcə daha çox qəzəbləndirir: “Aydındır ki, Moskvanın müəyyən cavab tədbirləri olacaq. Bu hal Ermənistanın daxili və xarici durumuna təsir edəcək. Təkrar etməkdən yorulmuram ki, inqilabi hökumətin ən böyük səhvi bu idi ki, keçmiş rejimə siyasi qiymət verilmədi. Bu qiymət verilməyincə, qalan hər şey mənasız və məntiqsiz olur. Bax bu vəziyyətdə Rusiyanın Köçəryanı açıq müdafiə etməsi artıq yaxşı heç nə vəd etmir. Xarici siyasətdə təsir daha çox Qarabağ məsələsi üzərindən olacaq. Məsələn, mümkün yeni Qarabağ savaşı indiki şərtlər daxilində Ermənistana böyük zərbə olardı. Yaddan çıxarmayaq ki, düşmənlərimiz var –Türkiyə və Azərbaycan. Onların təzyiqi getdikcə daha sərt olur. Bizim öz maraqları olan  müttəfiq dostlarımız da var və onlar öz maraqlarına uyğun hərəkət edirlər. Məsələn, Rusiya artıq buna real nümunədir. Moskva Qarabağ məsələsində daha çox qarşı tərəfi dəstəkləməyə başlayır. Bu vəziyyətdə Azərbaycan istəyinə daha tez çata bilər. Rusiya ilə korlanan münasibətlərimiz də buna münbit şərait yaradır. Zaman keçdikcə təhlükə güclənir”.

Rus hərbi analitik Aleksandr Xramçixin isə bildirir ki, Rusiya Azərbaycan və Ermənistanla münasibətdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı baxımından da müəyyən sərt addımlar ata bilər. O qeyd edir ki, Kreml İrəvanı cəzalandırmaq üçün Azərbaycanın KTMT-yə müşahidəçi kimi qəbul edilməsini reallaşdıra bilər. Təbii ki, Bakı özü də buna razılıq versə: “Azərbaycanın KTMT-yə müşahidəçi kimi qəbul edilməsi səs çoxluğu ilə olsa, o zaman bu mümkündür”.

Onun sözlərinə görə, bu kimi dəyişikliklər təşkilata mümkün qədər çox ölkənin cəlb edilməsi üçün edilir. Ekspert bildirir ki, bu durumda KTMT amili və silah alınması məsələsi Ermənistan üçün hansısa əhəmiyyət kəsb etməyəcək. Bütün bunların qarşısı isə Ermənistanın Rusiya ilə münasibətlərini normallaşdırıması və Moskvanın istəyilə Qarabağ məsələsində də müəyyən güzəştli addımlar atması ilə alına bilər. Hər halda, proseslərin inkişaf axarı Moskva-İrəvan münasibətlərinin Qarabağ məsələsində də öz əksini göstərəcəyini deməyə əsas verir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ