19/09/2019 11:15
728 x 90

Azərbaycan və Ukrayna prezidentləri ABŞ-da görüşə bilər

Bakı və Kiyev prezidentlərin görüşünün təşkili üzərində işləyir

img

Azərbaycan və Ukrayna prezidentləri İlham Əliyev və Vladimir Zelenski arasında görüşün keçirilməsi ABŞ-da BMT Baş Assambleyası çərçivəsində mümkündür. Bunu Ukraynanaın Bakıdakı səfiri Vladislav Kanevski bildirib.

“İlk əlaqə, görüşlər çox vacibdir. Prezidentlərimiz gündəlikdə duran mühüm strateji məsələlərin müzakirəsinə başlamadan öncə şəxsən tanış olmalıdır”, - Kanevski çərşənbə axşamı “İnterfaks-Azərbaycan”ın müxbirinin sualına cavabında qeyd edib.

O əlavə edib ki, tərəflər “beynəlxalq meydançada iki ölkənin liderlərinin görüşünün” təşkili üzərində işləyirlər. “İlk əlaqə üçün kiçik görüşün keçirilməsi çox vacibdir. BMT Baş Assambleyası bu cür meydança ola bilərdi. Prezidentlərin qrafiklərini razılaşdırmaq lazımdır, bu məsələ hələ ki, açıq qalıb”, - səfir əlavə edib.

Son xəbərlər