İspaniya Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında yeni tərəfdaşlıq sazişinin yaxın zamanlarda imzalanacağını gözləyir. Bunu “Trend”ə İspaniyanın Azərbaycandakı Səfirliyinin müvəqqəti işlər vəkili İqnasio Sançes Taboada deyib.
O bildirib ki, İspaniya hökuməti Azərbaycanla Aİ üzv ölkələri, o cümlədən rəsmi Madrid arasında ticarətin liberallaşması üzrə müvafiq bəndin yer aldığı yeni sazişin imzalanmasına ümid edir: “Ticarət bu gün kompleks siyasətdir. Məhz Aİ bütün üzv ölkələrin adından ticarət sazişləri üzrə danışıqlar aparır. Biz gözləyirik ki, saziş iki illik məhsuldar danışıqlar nəticəsində qısamüddətli perspektivdə imzalanacaq”.