Pakistan Azərbaycan sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyü prinsipini dəstəkləyir. “Trend”in məlumatına görə, bunu Pakistanın Azərbaycandakı səfiri Səid Xan Mohmand deyib.
O bildirib ki, Azərbaycan və Pakistan hərbi sahədə strateji tərəfdaşlardır: “Ölkələrimiz arasında strateji tərəfdaşlıq ən yüksək səviyyədədir. Biz Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyini tam dəstəkləyirik və uzunillik münaqişənin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında həllinin tərəfdarıyıq”.