şənbə günü, 07 noyabr 2026
     

Mövqe və əqidəsini ən çox dəyişən deputat…

Image


Azərbaycanın ictimai-siyasi həyatında elə şəxslər var ki, siyasi elastiklikləri ilə adamı təəccübləndirmirlər, sözün əsl mənasında, “heyran” edirlər. Tam məsuliyyəti ilə deyə bilərəm ki, belələrindən ən öndə gedəni millət vəkili Vahid Əhmədovdur. Niyəsini izah edirəm. Bir dəfə radikal müxalifətin təmsil olunduğu toplantıda jurnalist kimi iştirak edirdim. Zaman elə də uzaq keçmişi əhatə etmir. Birdən məclisə yaxasında deputat nişanı ilə Vahid Əhmədov daxil oldu. Hansısa jurnalistə rəsmi qəzetdə deyil, hakimiyyətə qarşı nisbətən loyal KİV-də çalışdığına görə salam verməyən radikalların Vahid Əhmədovun boynuna necə sarılıb, onunla öpüşdüklərini görmək məni çox təəccübləndirdi.

Vahid Əhmədovun hakimiyyətə, daha doğrusu, hakimiyyətlərə necə yol tapması başqa mövzunun söhbətidir. Mənə çox təəccüblü gələn radikal düşərgənin Vahid Əhmədovu tam özününkü kimi qəbul etməsi oldu. Deyə bilərlər ki, adam Elçibəy hakimiyyətində təmsil olunub, ona görə. Bu, beynimə batan arqument ola biməz. Çünki hətta son vaxtlara kimi Əli Kərimli ilə çiyin-çiyinə addımlayan, sonra bir balaca iqtidara loyallıq göstərənlərə həmin düşərgə birmənalı olaraq satqın damğasını vurur. Elə həmin hadisədən sonra V.Əhmədovun karyerası, keçdiyi həyat yolu ilə azacıq maraqlanmağa başladım. Bax, həmin araşdırmadan sonra V.Əhmədovun niyə bütün düşərgələr tərəfindən qəbul olunduğuna cavab tapmış oldum. Elə düşünməyin ki, bu, V.Əhmədovun əvəzolunmaz iqtisadçı kadr olması ilə bağlı olan məsələdir. Dərindən maraqlansanız görərsiniz ki, adam heç iqtisadiyyatı da əməli-başlı mənimsəyə bilməyib.

Bu müddətdə çox hadisələr baş verib, sular durulub, kimin kim olduğu üzə çıxıb, siyasətə yeni simalar gəlib, bəziləri isə, təbii ki, səhnədən gediblər. V.Əhmədovla bağlı məqamlar da yaddaşlardan silinməyib. Respublikamızda məlum siyasi hadisələr baş verib. V.Əhmədov isə, bir qayda olaraq, hər zaman hakimiyyətlərə yaxın mövqedə dayanıb. Adam bir şəxsin hamının “dostu” olmasına heyrət etməyə bilmir. Bir baxın, keçmiş sovet rejiminin məmuru ötən əsrin 90-cı illərinin əvvəllərində Xalq hərəkatının önündə gedən “azadlıq, müstəqillik” aşiqinə çevrildi, gah “mütəllibovçular komandasında” yer aldı, gah da “cəbhəçilər”in, “müsavatçılar”ın qanadının altına sığındı, onlardan vəzifə aldı. Son illər verdiyi açıqlamalardan da belə bəlli olur ki, onun siyasi əqidəsi yenə də möhkəmlənməyib, püxtələşməyib və hər zaman yeni bir dəstədə təmsil olunmağa hazırdır.

Zavod direktorluğundan o dövrün Nazirlər Sovetinə, yəni siyasi hakimiyyətinə yol tapmış V.Əhmədovun tərcümeyi-halına nəzər saldıqda onun bu gün sabit əqidədən danışmağa haqqının olmadığı qənaətinə gəlmək olar.

Bu şəxs özü də etiraf edir ki, ötən əsrin 90-cı illərinin əvvəlində kimin hakimiyyətə gəlmək ehtimalı olubsa, onunla arasını yaxşı edib. KİV-ə müsahibələrində, bir tərəfdən, Ayaz Mütəllibovla isti münasibətdə olduğunu deyən V.Əhmədov, digər tərəfdən, AXC rəhbərliyi ilə aranı “düzəltdiyini” söyləyib. O, açıqlamalarının birində qeyd edirdi ki, nəinki Baş nazirin müavini olduğu zamanlarda, hətta zavod direktoru kimi də AXC-Müsavat cütlüyünə yaxından kömək göstərirmiş. Hətta 1992-ci ilin may hadisələri zamanı Mütəllibov AXC ilə danışıq aparmaq üçün məhz V.Əhmədovu “göndəribmiş”. İkincinin dediyinə inansaq, o, bu danışığa gecikib. Amma sonradan vəzifə nərdivanında yüksəlməsi onun bu görüşə təsadüfən və ya qəsdən gecikmə ehtimallarını gündəmə gətirir. Hər halda, bu gecikmənin ardından V.Əhmədov daha yüksək vəzifə ilə “ödülləndirilir”.

Görünən budur ki, Elçibəy hakimiyyətindən sonra da V.Əhmədovun işləri pis getmir. İndiki hakimiyyətin dönəmində bir neçə dəfə millət vəkili olub, oğlunu bu yaxınlarda Bakının ən böyük rayonlarından birinə prokuror təyin etdilər. Bunları bəlkə də hamı yaxşı görür. Ancaq kimsə danışmaq istəmir. Səbəblər müxtəlif ola bilər: qorxu, aranı pis etməmək və s. Ancaq Vahid müəllimin özü yaxşı düşünməlidir ki, heç olmasa arada müxalif görünməyə çalışmaqla müəyyən mövzulardan xal əldə etməyə doğru yön götürməsin. Bilsin ki, kimsə ona bütün bunları xatırlada bilər.

Son vaxtlar bəzi KİV V.Əhmədovu media üzrə ekspert qismində təqdim etməyə başlayıb. Bu adam da sağına-soluna baxmadan ürəyindən nə keçirsə, onu danışır. Bəli, məhz ağlından keçənləri deyil, ürəyində olanları söyləyir. Bir gün deyir ki, filan qurum ləğv olunmalıdır, başqası gün jurnalistlərin əqidəsini ölçən cihaz rolunda çıxış edir. Çox təccüblüdür, bizə lazım olanda bu adamdan öz ixtisasına uyğun iqtisadi sahə üzrə proqnoz ala bilmirik, amma adam medianın problemlərindən həvəslə ekspertlik edir. Ona hansısa mövzu barədə danışmağı qadağan edə bilmərik, amma gərək o da bir az insaflı olsun.  Gəlin V.Əhmədovun jurnalistlərə xitabən işlətdiyi son fikrə diqqət edək: “Jurnalistin bir evə görə əqidəsi dəyişirsə, deməli, o jurnalist deyil". Yuxarıda əqidə dəyişməklə bağlı keyfiyyətlərini sadaladığımız  V.Əhmədov bununla demək istəyir ki, Azərbaycanda Prezidentin KİV nümayəndələrinə hədiyyə etdiyi evləri almaq üçün guya əsas meyarlardan biri də əqidəni dəyişməklə bağlıdır. Bu lap radikal müxalifətçilik və xaricdə söyüş söyən dəstə ilə həmrəylik mövqeyi oldu ki... Ancaq ev almaq üçün lazım olan və rəsmən elan olunan kriteriyalarda belə müddəaya rast gəlinmir. Hətta bu günün özündə elə ev alan jurnalistlər var ki, hakimiyyəti ən sərt formada tənqid edirlər. Hər halda, V.Əhmədov bunu bilməmiş deyil. Onda niyə jurnalistlərə verilən evlərlə bağlı Əli Kərimli ilə tam uzlaşan mövqeni bölüşür?

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ