Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emil Həsənli Türkiyədə səfərdədi.
QHT rəhbəri “Bakı-Xəbər”ə açıqlamasında bildirib ki, səfər çərçivəsində bir sıra məhsuldar görüşlər keçirib: “Rum – Balkan Dərnəkləri Federasyonunun mənzil-qərargahında həmin qurumun rəhbəri ilə görüşümüz oldu. Bu Fedrasyon 55 dərnəyi özündə birləşdirir. Əsasən rum-balkan elindən olan türklər orda daha çox təmsil olunur. Onlar Atillanın zamanında, IV-V əsrlərdə rum-balkan elinə köçüblər. Bir də Osmanlı zamanında XV-XVI əsrlərdə Balkan elinə yerləşmiş türklərdi. Onların böyük əksəriyyəti birinci dünya müharibəsindən sonra Türkiyəyə köçüb. Dediyim dərnəklərdə ən çox həmin kateqoriyaya aid insanlar birləşir. Dərnək Türkiyədə çox böyük nüfuza malikdir. Bununla yanaşı, Avropada ciddi diaspor fəaliyyəti göstərir. Dərnəyin sədr müavini Şudeyif Çobanoğlu Azərbaycanda çalışıb. Ehtiyatda olan polokovnikdir, Naxçıvanda əsgəri ataşşe olub. Azərbaycan silahlı qüvvələrinin ilkin formalaşma mərhələsində ölkəmizdə böyük xidməti olub. Bizim əməkdaşlığımızdan çox məmnun oldu. Onalrın başqanını və idarə heyətinin üzvlərini Azərbaycana dəvət etdim, Azərbaycanın diaspor işinə dəstək verməyə hazır olduqlarını, həmçinin Dağlıq Qarabağla bağlı məsələni daima öz gündəmlərində saxlayacaqlarını bildirdilər. Onlar zaman-zaman köçə məruz qaldıqları üçün problemin mahiyyəti onlara yad deyil. Biz eyni zamnda onlarla Azərbaycan QHT-ləri ilə qarşılıqlı əməkdaşlığın zəruriliyini müzakirə etdik və bu istiqamətdə də ilkin razılıq əldə olundu. Mənim həmin dərnəkdə Azərbaycanın mövcud reallıqları ilə bağlı geniş çıxışım oldu. Mənə ünvanlanan sualları cavabladım. Hiss etdim ki, onların Azərbaycana marağı böyükdür. Hesab edirəm ki, ciddi diaspor imkanlarına malik olan bu dərnəyin imkanlarından geniş istifadə etməyimiz olduqca zəruridir”.
Məhəmmədəli QƏRİBLİ