şənbə günü, 07 noyabr 2026
     

Patruşevin İrəvana və Bakıya tam fərqli məzmunlarda iki səfəri...

Image


Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin son Azərbaycan və Ermənistan səfərləri ətrafında maraqlı məqamlar üzə çıxmaqdadır. Yayılan məlumatlardan belə bəlli olur ki, Nikolay Patruşevin Azərbaycan səfəri daha çox Bakı ilə əməkdaşlığın dərinləşməsinə yönəldiyi halda, Ermənistana təzyiq xarakteri daşıyır. Bunu Ermənistanın “lragir.am” portalı da təsdiq edir.

Portal  bu xüsusda yazır: “Azərbaycana səfər edən Nikolay Patruşev avqustun 12-də İrəvanda olub. Onun səfəri və görüşləri haqda, demək olar, məlumat yoxdur. Rusiya tərəfinin məlumatında qeyd olunub ki, Nikol Paşinyanla görüşdə “həmsöhbətlər beynəlxalq gündəliyin bir sıra aktual problemlərinə, xüsusən də Suriya xalqına humanitar yardım göstərmək və Suriyada dinc yaşayışı bərpa etmək məsələsinə toxunublar”.

Ermənistan hökumətinin rəsmi məlumatında Suriyanın adı çəkilmir. Ermənistan baş nazirinin mətbuat katibi Vladimir Karapetyan bununla bağlı qeyd edib: “Məsələ Rusiya tərəfinin təşəbbüsü ilə qaldırılıb”. Karapetyan deyib:“Təbii, Rusiya Ermənistanın Suriyada humanitar missiyaya qatılmaq qərarını yüksək dəyərlərndirir”. Bu arada, Ermənistan qəzetləri yazır ki, Patruşev Suriyadakı missiyanı genişləndirməyi təklif etmək üçün Ermənistana gəlmişdi. Fikir var ki, Patruşev Rusiyanın Amulsara görə də mövqeyini ifadə edib. Bunun belə olub-olmadığını söyləmək çətindir, amma Paşinyan Patruşevin səfərindən sonra özünün iki baş müşavirini və köməkçisini işdən çıxarıb, Amulsarla bağlı əhvalat isə tədricən buna keçib ki, Ermənistan Amulsarın Britaniya-Amerika şirkəti tərəfindən istismarına yasağı götürməyib. Amerikanın Ermənistandakı ticarət palatası və Britaniya səfirliyi artıq bu haqda məyusluğunu ifadə edib. Patruşev Ermənistana missiyasını yerinə yetirilmiş sayıbmı ki, indi də Bakıya gedib?”.

Erməni mediası bildirir ki, həm Suriyada ordu məsələsi, həm də Amulsar olayı İrəvan üçün ciddi problemlər yarada bilər. Çünki hər iki halda Qərbin yanaşması Rusiyanın istəklərindən fərqlidir. İndilikdə isə İrəvan daha çox Rusiyanın istəklərini yerinə yetirməyə çalışır və bu hal da Ermənistanı Qərb təzyiqlərinin hədəfinə çevirir. Ermənistanda nəşr edilən “168 jam” qəzeti də yazır ki, artıq Suriyaya hərbçilər göndərilməsi ətrafında qalmaqal böyüyür və belə bir vaxtda Moskvanın İrəvandan Suriyaya əlavə hərbçilər göndərməsini tələb etməsi Ermənistanı daha çox təzyiq altında qoyacaq. Qəzet xatırladır ki, elə bu günlərdə ABŞ administrasiyası Ermənistan hakimiyyəti qarşısında hərbi kontingentin Suriyadan geri çəkilməsi haqda tələb qoyub: “Elə bir neçə gün əvvəl mətbuatda müdafiə nazirinin, xarici işlər nazirinin və bir neçə səfirin iştirakı ilə bu məsələ ilə əlaqəli qapalı toplantı keçirildiyi haqda xəbər yayılıb. Lakin XİN toplantı xəbərini təkzib edib.

XİN təkzib etsə də, mənbələr deyiblər ki, həmin mesaj Ermənistan hakimiyyətinə 2019-cu il avqustun 12-13-də, Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin İrəvana səfərindən dərhal sonra çatdırılıb. Deyilənlərə görə, Patruşev Ermənistan hakimiyyətindən bunun əksini - Suriyadakı erməni hərbi kontingentinin sayının artırılmasını tələb etmişdi. Məlumatda deyilir ki, ABŞ Ermənistanın Suriyaya hərbi kontingent göndərməsi ilə bağlı narazılığını bu ölkənin BMT-dəki səfiri Mqer Marqaryan vasitəsilə çatdırıb. Bildirilib ki, bu məsələ Ermənistan-ABŞ münasibətlərinə zərbə vurur. Həmin mənbənin bildirdiyinə görə, kontingent çıxarılmasa, bunun ikitərəfli münasibətlərə təsiri olacaq, üstəlik, ABŞ Ermənistana verdiyi minatəmizləyən avadanlığın Suriyada istifadə edilməsinə qadağa qoyacaq. Bu mesajı səfir müdafiə naziri David Tonoyana və xarici işlər naziri Zöhrab Mnatsakanyana çatdırıb. Mnatsakanyan ABŞ-a necə cavab veriləcəyi barədə narahatlıq ifadə edib, nazirlər vəziyyətdən çıxış yolu axtarıblar. Çünki hər iki variantda Ermənistan üçün problem yaranması qaçılmazdır. Həmin mənbələr təsdiq edir ki, sonda Tonoyan kontingentin çıxarılmasına qəti qarşı çıxıb. Baş nazir Paşinyanın Rusiya və ABŞ-ın tələblərinə necə cavab verəcəyi məlum deyil. Ermənistan Rusiyanın tələbi ilə Suriyaya azsaylı hərbi kontingent göndərib və ABŞ dəfələrlə buna qarşı öz mövqeyini bildirib”. Beləliklə, yaranan vəziyyət bir daha təsdiq edir ki, Ermənistan yaxın tezlikdə ya ABŞ-ın, ya da Rusiyanın sərt təzyiqlərinə məruz qalacaq. Artıq ABŞ tərəfi, erməni hərbi heyəti Suriyadan çıxarılmayacağı təqdirdə, bunun münasibətlərə mənfi təsir edəcəyini bəyan edib. ABŞ-ın istəyinə əməl olunması isə Rusiyanı qəzəbləndirəcək. Yəni hər iki halda Ermənistan problemlə üzləşəcək.  İndilikdə isə Rusiyanın istəklərinə əməl olunması heç də Moskvanın İrəvana xoş münasibət sərgiləməsinə də gətirib çıxarmır. Moskva hələ də Paşinyan iqtidarına inanmır və özünə sadiq adamların həbsinə görə İrəvana təzyiqləri artırır. Bunu “Vətən və Şərəf” partiyasının sədri Qarnik Marqaryan da təsdiq edir. O, Rusiya prezidenti Vladimir Putinin Robert Köçəryanı təbrik etməsini buna misal kimi göstərir və bunun Ermənistana təzyiq kimi dəyərləndirilməli olduunu deyir. Marqaryan  bildirib ki, rus sərmayələrinin sırası hissediləcək dərəcədə seyrəlib və bu boşuna baş vermir: “Həbsdə olan şəxsə ciddi və əsaslı ittiham irəli sürülüb. İstintaq orqanının nümayəndələri uşaq deyil, ciddi hüquqşünaslardır və kifayət qədər əsas olduğuna görə onu yenidən həbs ediblər. İndi Moskva öz təzyiqləri ilə Köçəryanı xilas etməyə çalışır”. Marqaryan bildirib ki, Levon Ter-Petrosyan-Yeltsin cütlüyü bir zamanlar həqiqətən problemləri həll edirdi. Köçəryanın vaxtında isə strateji vacib təyinatlı bir çox obyektlər ucuz qiymətə Rusiyaya verildi:  “İndi də təkidlə soruşuram, niyə bizim strateji şirkətlərin böyük bir hissəsi Rusiyaya hədiyyə edildi və indi niyə Rusiyanın təsiri altındadır?”. Marqaryan qeyd edib ki, Moskva İrəvana təzyiqlər göstərməkdə davam edəcək. Amma buna qarşı çıxmaq üçün Ermənistan meydanda tək qalıb və Qərb onu himayə etmir. Bütün bunlar qarşıdakı dövr ərzində Ermənistanın ciddi təzyiqlər altında olacağını bəri başdan deməyə əsas verir.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ