Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Azərbaycana səfər edəcək. Rusiyanın Azərbaycandakı səfirliyindən “Trend”ə verilən məlumata görə, səfər sentyabrın 4-də baş tutacaq. N.Patruşevin təhlükəsizlik məsələləri üzrə Rusiya-Azərbaycan görüşündə iştirak etmək üçün Bakıya səfər edəcəyi bildirilir.
Bakıda onun müvafiq qurumlarda yüksək səviyyəli görüşlər keçirəcəyi gözlənir.